Page 732 - Vahid Rzayev
P. 732
730
Çay sularının rəngi, lilli dəyişəndə, Dəniz sularının rəngi, bulanıq olanda, olacaqdır!
Okean sularının, rəngi tündləşəndə, olacaqdır!
Bitkilərin, yaşıllıqların, Ağacların, boynu, bükülü olanda, olacaqdır!
Sularda, balıqlar yan üzəndə, quşların sol qanadı, sallaq olanda, olacaqdır!
Yer planetinin “Son gün”, “Son gecə” - si, Olmayacaqdır!
Mərhələdən-mərhələyə, dövrdən-dövrə, tarixdən-tarixə keçid anlarında, o tarixdə,
olacaqdır!
Günəşdə, Yerdə dəyişikliklər olanda, Dağ zirvələri, yamacları tündləşəndə, qaralmağa
başlayanda, olacaqdır!
Yeni yaşam, yeni dövr, yeni elmlər, insanla sevinclər, İşıqlı günlərin, saat sayı çox,
qaranlıq gecələrin az sayı, onda olanda - Yer kürəsi də, Sevincdə olacaqdır!
10.09.2017
***
Gəlin köçərkən, “Vağzalı” sədası, ifa olunur...
Bu həyatda, elə sözlər, elə kəlmələr, elə hecalar var ki, onlar, mə'naları, fikirləri,
nəticələri, açıqlayıb, aydınlaşdıra, bilirlər!
Elə, həndəsi quruluşlar var ki, onlar göz önündə, formaları, tutumları, ölçüləri,
həcmləri, təmsil edirlər!
Bu həyatda, elə musiqi sədaları, elə musiqi janrları var ki, onlar da, duyğuları,
istəkləri, təəssüfləri, ifadə edirlər!
Bütün, musiqi janrlarında, şe'riyatda, Qəzəldə, Rübaidə, bir həsrət, bir giley, bir İstək
hissləri, ifadə olunur.
Ritmik, musiqi janrına, rəqs musiqilərinin hamısına, Valslara, diqqətlə qulaq asıb,
dinlədikdə də, onların, musiqi tərkibində, şən əhval-ruhiyə, eşidilir.
O, musiqi janrları, ritmik ardıcıllıqda, şadlığı, sevinci ifadə edirlər!
Amma ki, Azərbaycanın toy məclislərində, gəlin köçürülərkən, mütləq “Vağzalı” adlı,
musiqi sədası, eşidilməlidir.
Çox maraqlıdır ki, niyə həmin o, Vağzalı sədası, səslənməlidir?
Başqa, musiqi sədası, başqa musiqi səsi, eşidilsə, olmaz?
Mütləqdir ki, “Vağzalı” səslənməlidir, elə Vağzalı da, səslənir.
Toy yığıncağının sonunda, o, musiqi sədası, eşidilən kimi, Ana doluxsulanar, Ata
kövrəlir, Gəlin doluxsulanar, Bəy isə, sakit dayanıb, o, Vağzalı sədasını, dinləyər!
Çünki, Ata - Ana ailəsindən, evindən, bəy evinə, gəlin köçür.
Amma ki, o, gəlin, heç də, başqa yerə yox, ailədən - ailəyə, köçür.