Page 706 - Vahid Rzayev
P. 706
704
29.08.2017
***
Karıxmış insan, darıxmış insan...
İlk insanlar, keçmiş insanlar, (deyilir ki), uzun ömürlü, sağlam həyat sürərdilər!
Nə oldu, o, insana, nə oldu, bu insana?
O, İnsan, uzun ömür yaşardı, sağlam yaşardı, Yer aləmindən vidalaşanda, özü ilə, öz
yaddaşında, öz xəstəlikləri ilə, qayıtmadı Öz, ilkinə!
Özündən sonrakılara, xəstəlikləri mirası kimi, saxlamadı özündən!
İllər keçdi, vaxtlar keçdi, sonrakı tarixi mərhələlərdə, tədricən insanlar arasında, uzun
ömür, qıssalmağa və sür'ərlə, onlar başladılar “qocalmağa”.
Niyə, İnsanlar sağalmaz xəstəliklərə, sür'ətlə qocalmaya, tez, erkən, bu həyatla,
vidalaşmağa başladılar?
Çünki, “insanlar”- qidalara, bitkilərə, ətrafa, “elmi baza”, deyə - deyə, bütün canlılar
aləminə, müdaxilələr etməyə başlamaqla, o, qida, bitki aləminin, özü ilə, olan Təbii
yaddaş qədərini, “iflic”- etməyə başladılar!
Canlını, ali insanı, süni müdaxilələrlə, daha ölmüş, öldürülmüş hüceyrələrlə, daha
özünü tanımaq iqtidarında olmayan “qidalarla”, qidalandırdılar, geyindirdilər,
yatırtdılar!
İnsanı, iki hissəyə ayırdılar!
Bir hissəsini arıqlatmağa, bir hissəsini, kökəltməyə.
Plastik əməliyyat adıyla, xarici görkəmə, müdaxilələr təbii, natura halından,
uzaqlaşdırdılar!
Canlı aləm, karıx qaldı! Özünə baxdı, daha özünü, olduğu kimi, tanımadı!
Olduğu, təbii yaranış, yaddaş halından, məcburi daxili və xarici halını, “insanın
təkmilləşdirmələri” ilə, tanınmaz hala yuvarlandırdılar!
Zəhərsiz, saf, təmiz heyvan və bitki aləmləri daha, “zəhərləndilər”, deyə-deyə, dəyişə-
dəyişə, təkmilləşdirə-təkmilləşdirə, yeniləşdirə-yeniləşdirə, Kainatın yaratdıqlarını da,
tanınmaz hala, insanların özləri, gətirdilər!
Yeni insanlar, Yer üzünə, bir də, gələcək!
İlk insanlara, bənzər gələcək!
Mə'dələr kiçik olacaq, yoğun bağırsaq daralacaq, nazik bağırsaqla, qıssalacaq!
İnsanlar arasına, “uzun ömür”- bir də gələcək!
İnsanın, ali gözəlliyi, bir də Yer üzünə, yenəcək!
Daha təbiətə, sü'ni müdaxilələr də, dayanacaq!