Page 514 - Vahid Rzayev
P. 514

512




                  Bütün  Varlıqlar,  “Vardan,  vardırlar”,  yə'ni  ki,  İnsan  Kainat  sistemində  olan,  bütün
                  halların daşıyıcısıdır!
                  Bəs bu İnsan, necə bir daşıyıcıdır?

                  İnsan, hisslərin daşıyıcısıdır!
                  Hər bir hissi, hər bir duyğusu, “düçüncəsinin səs tezliyi”, vasitəsi ilə, ətrafa yayır!

                  Ətrafda olan, bütün varlıqlar da, onlar da, duyğu, hiss daşıyıcısıdır!

                  Bütün  varlıqlar,  çoxluq  təşkil  etdiyindən,  düşüncə  tezliyi  ötürücülüyü,  çox  sür'ətlə
                  ətrafa yayılır!
                  İnsanın say miqdarı çox olduğundan, kütlə şəklində, kütləvi düşüncəsi, ətrafa, Kainata
                  qədər yüksələ bilir!

                  İnsan hər hansı bir haldan, küsüb, incidikcə, ətraf da, ona müvazi, küsüb inciyə bilir!
                  Elmdə belə bir termin var, “Materiya”. Materiyanın adı var, özünün mahiyyəti haqda
                  mülahizələr çoxdur, amma konkret, nədə cəm olduğu, bir o qədər də, aydınlaşmadan,
                  ümumiləşmiş, Təbiət, ətraf, fiziki aləm kimi şərh olunur!

                  “Maddə”-də, bir termindir!
                  Maddə nədir?, o, da “Materiya”, anlayışı kimi, ümumiləşmişdir!

                  Maddə də, Materiya da, Var olandan, var olub, bütün düyğuların, hisslərin biri-biri
                  arasında ötürücüsü, Kainat nizamında, bir bağlayıcılardır!

                  Onlar da, küsə bilib, inciyə bilib, isti-soyuq, işıq-qaranlıq ötürücüləridirlər ki, onlar
                  olmadan, törəmə və törədici mümkünsüzdür!
                  Bu Yer həyatında hər bir canlı varlıq bir Fərddir, yə'ni ki, bir dənədir, onun təkrarı
                  yoxdur!
                  Bənzəri, oxşarı var, amma onun özü deyil!

                  Bu  səbəbdən  Vahid  deyir  ki,  (bu  mətnin  müəllifi,  Vahid  Rzayev),  “Atam  daha
                  dönməyəcək, Anam daha dönməyəcək, mən də daha dönməyəcəyəm, bir də, kiminsə
                  Atası  olmayacağam.  Məndən  sonra  olacaq,  mənim  bənzərimdə,  oxşarımda  olacaq,
                  amma “mən”, olmayacaq, o, da bir Fərd olacaq”.
                  Yə'ni ki, Yer həyatında insanlar arasında “Reinkarnasıya”, adlı bir anlayış var!

                  Reinkarnasiya haqda o qədər müxtəlif mülahizələr var ki, amma mahiyyəti na'məlum
                  qalır!
                  Məndən  əvvəlki  “mən”,  var idi,  amma  onun  oxşarında,  bənzərində,  yə'ni  kişi,  Kişi
                  davamında, Qadın isə, Qadın davamında var! Amma onların hər biri, Yer aləmində,
                  təkrar                                        bir                                       fərddir!
                  “Mən”-dən əvvəl kim olub, necə olub, nə işin, nə peşənin sahubi olub, onun aqibəti nə
                  olub ki, ondan mənə nə muraslar qalıb düşüncəsi, bütün insanlığı düşündürür!
   509   510   511   512   513   514   515   516   517   518   519