Page 402 - Vahid Rzayev
P. 402
400
Nə, Hərəkətsizdir ki...
Bütün Hərəkətlərə, Hərəkət Verici, O, Sahibi Mütləqdir ki, “O”-nun, Nizamlayıb,
Nizama Saldığının Qarşısında, Bütün Varlıqlar, Acizdir!
Nə hərəkətsizdir ki?...
23.08.2016
***
Kainatın Dili, Cəm Bəşəriyyətin Dili, Bəşəriyyətin Dili, elə Kainatın Öz Dili...
Tibb Elmində belə bir termin var, “Klinik ölüm!”.
Düzgündür ki, o, deyilən, həmin, “Klinik ölüm”, hər bir İnsan və bütün insanlar
arasında tez-tez, mütəmadi olaraq, baş vermir!
O, “Klinik ölüm”, çox-çox az, çox az, insanlar arasında, baş verən bir hadisədir!
Bütün, Klinik ölüm halında olmuş insanlar, belə bir xatırlatma ilə, o halı izah etməyə
çalışırlar!
Hamısı deyirlər ki, “mən, qaranlıq bir tuneldə, sür'ətlə irəliləyirdim, tunelin sonunda
İşıq görünürdü, sonda o, İşığa, o, İşıqlı bir Aləmə Çıxdım! Başqa birisi o, halı belə
təsvir edir, Düz bucaqlı çərçivə içərisində, sür'ətlə yuxarıya, qalxırdım, sonda İşıqlı
bir Aləm gördüm. Belə təsvir etmələr, müxtəlif olur!”.
Məsələ, bununla bitmir.
Çox düşündürücü məqam ondan ibarətdir ki, həmin “Klinik ölüm”, anını yaşamış hər
bir fərd, belə bir ifadələr işlədirlər, “Orada, Ağ Geyimli Varlıq gördüm, mənə dedi ki,
çox tez gəlmisən, qayıt! Yaxud da, sən indi gəldin, qayıt”, bu kimi müxtəlif fikirlər,
müxtəlif dialoqlar, işlədənlər var!”.
Qəribə hal, ən mühüm hal ondan ibarətdir ki, müxtəlif insanlar, Yer üzünün müxtəlif
ərazilərində baş vermiş o, hadisələrdə, müxtəlif milliyətlər, müxtəlif vaxtlarda, baş
verməsinə baxmayaraq, onlardan çox böyük maraqla soruşduqda ki, “sənə Qayıtmağı
Deyən O, Ağa Bürəli Varlıq, sənə, nə dildə, dedi ki, Qayıt?”.
Hamısı bir cavab verir “mənim öz dilimdə deyildi ki, Qayıt!”.
Müxtəlif vaxtlarda, müxtəlif ərazilərdə, müxtəlif şəraitlərdə, müxtəlif milliyətlər
araslnda baş vermiş belə hadisələrdə, cavablar birdir, “mənim Dilimdə!”.
Deməli, belə bir nəticəyə gəlinir ki, deyək ki, bir “Qayıt sözünün”, O, Aləmdə,
Tərcüməçisi, Tərcümə edəni yoxdur, o, tərcüməçiyə də, o, aləmdə heç ehtiyac da,
yoxdur!
Çünki Kainatın Dili, Cəm Bəşəriyyətin Dilidir!