Page 1042 - Vahid Rzayev
P. 1042
1040
Tarixi ərazilər və Mərhələlər, heç vaxt yaddan çıxmır!
"Bilqamıs", dastanına istinadən, Dünya Tufanına qədər də, Dünya Tufanından sonra
da, Azərbaycan ərazisi, Azərlərin Ərazisi, "Ur"- Ərazisi kimi, adlanıb, bu Adla ilkdən
tanınıb, tarixləşib!
Ərazi, İşıq Ərazisi olduğu, əhalisi isə, İşıq Daşıyıcıları, kimi, tanınıb.
Dünya Tufanında, Nuh dövründə, bu Ur Ərazisi, Tufandan xilas Ərazi kimi, İşıq
ərazisi adlandırmaqla, o, Tufandan, xilas olmuş ərazi kimi, əhalisini isə, İşıqlılar kimi,
tanıyıblar belə də, tarixləşdiriblər.
Çox-çox sonralar, ərazimizdə gələnlər, bizə Zər, Zərlər, İşığın kiçik Zərrə daşıyıcısı
kimi Ad çağırmaqla, bizlərə, Babalarımıza bu Ərazidə, Ad veriblər, Zər, Zərlər,
Azərlər!
İşıq Daşıyıcıları!
"Ur"-a sədası, çox-çox Qədim dövrdən, Nuh Dövründə, baş vermiş Dünya
Tufanından sonra, Qalibiyyət sədası kimi, min illərlə, bütün Bəşəriyyətin dilində, bir
Sözdə, Ur-a, Ərazi Adlığı, sözündə, tamamlanır!
O, "Ur"-anı, başqa bir Dilə, tərcümə etməyə, ehtiyac qalmır!
Ur - ərazidirsə,
Ra - işıqdırsa,
Ur - Ra, İşıq ərazisi kimi xarakterizə olunubdur.
Həmin, "Ur-Ra" Səmavi Kitab mətnlərində, Səmavi Kitab tərkiblərində, görünür.
28.05.2018
***
Yer üzündə, ilk Dil - Dilçilik...
Ümumi halda, yer üzündə bütün dillər-dilçiliklər, Kainat dili-dilçiliyi üzərində
qurulub.
Əgər bütün dillər optimal olaraq, Kainat dilçiliyi üzərində qurulmasa idi, insanların
özləri, dil-dilçilik kəşf etsə idi, o bacarığı olmuş olsa idi, onda həmin Dilçilik, ancaq
Yer miqyasında İşlək olardı.
Belə bir dilçulik üslubunun, bunun isə, Kainata heç bir aidiyyatı olmaz idi.
Dilçiliyi, insanlar icad etmədiyindın, belə bir, dilçilik mexanikası işlək olmadığından,
bütün insanlar ancaq, "öz Dilində", Allaha xitab edib, "Allah" - ı çağırıb, bütün
dualarını da, Allaha, insanın özünün, "icad etdiyi dildə", ünvanlamağının nə mə'nası
olmuş ola bilərdi?