Talıb Heydərli

Print Friendly, PDF & Email

1948-ci ildə AZ SSR-ın Qubadlı rayonunda anadan olub , 1996-ci ildə rayon mərkəzində olan M.F.Axundov adına orta məktəbi bitirib.
1966-cı ildə V.İ.Lenin adına APİ-nin riyaziyyat fakultəsinə qəbul olub və 1970-ci ildə institutu bitirməklə Qubadlı rayonunda müəllimliyə başlayıb.1973-cü ildə qurtardığı institutun aspiranturasına sənəd verib.1-ci imtahan ingilis dili olduğu üçün , imtahandan qeyri müvəffəq qiymət almaqla arzusuna çata bilməyib.

 Müəlllimliyi rayon dövründə

1. “Elm və həyat ” jurnalı. 1977-ci il  №3-də “Ömürlük təqvim yaratmaq olarmı ?”

2. “Fizika və riyaziyyat tədrisi ” jurnalı, 1980-ci il . №4-də “Bəzi qeyri-müəyyən tənüklərin həlli təcrübəsindən ”

3. “Математика в школе ” jurnalı. 1983-cü il №l-də “Pifaqor ədədlərinin tapılmasının yeni üsulu ”

4. “Fizika və riyaziyyat tədrisi ” jurnalı 1988-ci il . №4-də “Bəzi riyazi teoremlər” kimi məqalələri dərc olunub.

Sumqayıtda qaçqınlıq dövründə müəllimlik fəaliyyətini davam etdirib və aşağıdakı kitabları dərc etdirib:

1. “Pilləli  həndəsə” 1-hissə. 1997-ci il.

2. ‘La İlahə İləllah ”, 1998-cü il

3. “Pilləli  həndəsə ” 2-ci hissə, 2001-ci il

4. “La İlahə İləllah və ondan çıxan nəticələr. Allaha hörməti necə etməli. Taleh. Qəzavü-qədər”, 2010-cu il

5. “Çox rəqəmli ədədlərin vurulmasının yeni qaydası və bəzi tətbiqləri ”, 2010-cu il

6. “Elm + Din = ?”,2010-cuil

7. “Riyaziyyatdan bir qrup test tapşırıqlarının həllinin yeni üsulu” , 2010-cu il

“Fizika riyaziyyat və informatika tədrisi ” jurnalının müəllimlər arasında keçirdiyi müsabiqə məsələlərinin həllində (2000-ci il) 1-ci yer,  2001 ci ildə isə 2-ci yer tutub (Jurnal yalnız 2000-2001 -d illərdə müsabiqə keçirib).

Həmçinin “Fizika riyaziyyat və informatika tədrisi jurnalının 2010-cu il . №2-də 1997-cu ildə çap etdirdiyi “Pilləli həndəsə ” vəsaitindən bir hissə çap olunub.

Hazırda Sumqayıt şəhər 25 saylı tam orta məktəbdə riyaziyyat müəllimi işləyir və tiyaziyyatın “ Ədədlər nəzəriyyəsi ” bölməsində klassik dövrdən indiyə kimi problem olaraq qalan iki məsələni: “Eyler-Qoldbax” və “ Sadə əkizlərin sonsuz sayda olması ” problemlərini həll edib və  Azərbaycan Respublikası Müəllif Hüqquqlarının Qorunması Agentüyində qeydə aldırıb. AMEA-na bu haqda rəsmi məlumat verib, lakin burada mütəxəssis olmadığı üçün materialları xaricə göndərməyə hazırlaşır.

Çoxrəqəmli ədədlərin vurulmasının yeni qaydası:  Yüklə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.