Su aləm bir də canlı

Print Friendly, PDF & Email

Deyilir ki, su həyat mə`nasıdır. Su özü bir həyatdır. Düzgündür. Ardıcıllıqlara və gedən prosseslərə baxdıqda su dayanmayan, tükənməyən bir varlıqdır. Suyun mənşəyi, əvvəli haradadır? (əvvəl olmasa, nəticə olmaz, mə`na olmaz) Su, nədir və nədədir? Gedən hansı prosseslərin nəticəsidir? Suyun öz funksionallığında, onun işıq yaddaş daşıyıcılığı var. Su hardan alır o ilkin işıq və yaddaş daşıyıcılığını?

Məsələ burasındadır ki, yer planetinin kütləsinə mütənasib olaraq onun mərkəzində nüvə mövcuddur. Yer planeti nüvəsi, aktiv nüvə hesab olunur. Çünki o nüvə aparıcı, bərabərləşdirici, nizamlayıcı, ardıcıllaşdırıcı funksiyası daşıyır.

Yer planeti mərkəzindəki nüvə bərk haldadır (insan vücudunda vəzlər, ağac daxilində düyünlərə bənzər). O, nüvə stabilləşdirir (bərabərləşdirir, bölür) amma transformasiya (özünə yığma, özündə saxlama) funksiya daşıyıcısı deyil. Dediyimiz o nüvə balıq qulağı daxilində yerləşən mirvariyə bənzər. Onun rəngi Ağ, çaları açıq mavidir. O, nüvənin iş prinsipi nə Adiabata, nə Absorbsiya, nə zəncirvari reaksiyaya bənzər. Balıq qulağı daxilində olan o mirvari dənəsi o məhluldan həcm qədəri toplar. Amma yer mərkəzindəki o nüvənin iş prinsipi, iş fəaliyyəti özündən pay verir, özünə yığmır toplamır. Nə baş verir onda?

Nüvə ətrafı halə diametral olaraq dairəvi bərk kristal əhatəsindədir. Özündən ayrılan işıq qədəri, rəvan, bərabər, ahəstə təlatümsüzdür ki, o kristal təbəqəsindən keçməklə o kristal (alunit, şəffaf daş duz kristallarına bənzər) parlaq işıq birliyində özünü əks etdirir. O, kristal qatı doymuş işıq tutumu olmaqla onun kənar sərhədliliyi, kütlə daxilinə tədricən bərabər duru hala keçir. Ona hərəkət verici nüvədir, hərəkətə gətirici də nüvədir.

O, duru hala gələn o mövcud varlıq layları, qatları yetkinlik halına gətirməklə faydalı qazıntıları hasilə gətirir, son nəticədə yer səthinə qalxır. İlkdə o duru kristal varlıq acı (həblərdəki xinin dadına bənzər) kimidir. O, varlığın belə olmasına səbəb layları, qatları yetkinlik qədərinə gətirməklə öz varlığı nəticədə təmiz, şəffaf hala gəlir. Ona görə də o maye dad, rəng götürmür ki, o sərbəst bir (aftonom da demək mümkündür bu halda) varlıqdır ki, yer aləmində onun ad daşıyıcısı “Su” – dur.

O, suyun ilki kristal mənşəlli olduğundan, yer səthində çaylar, dənizlər, su hövzələri parlaqlıq işıq daşıyıcıları, işıq əks etdiriciləridir. Bir misala baxaq daş duzu havada, günəş işığı altında saxladıqda o daş duzdan da nəm ayrılır, su ayrılır. Su donarsa, kristala dönər. Ona görə də su kürəmizin öz varlığı, öz tərkibi, öz yaddaş daşıyıcısıdır. Su nüvəmizin əhatəsindən ilk kristal qatından işığın duru halıdır ( kristal işıq saçar, özünə toplamaz ).

Bu yer həyatı susuz, duzsuz, dadsız, yağsız ( karbo – hidrat ) olmaz. Yer planetin də okeanlar, dənizlər duzsuz olmur. Suyun iki halı var. Bir halda yer qatlarını, layları, faydalı qazıntıları hasilə gətirir, bir halda isə bitkilərə, canlılara yaradıcı işıq bəxş edir.

Yer planetinin nüvəsi öz yaradıcı işıq payını hardan alır? Məsələ burasındadır ki, yer planeti nüvəsi, günəş nüvəsi ilə paralel bağlılıq funksiyası daşıyır. Belə ki, yer planetinin nüvə aktivliyi mart ayının 18 – 21 dən, avqust ayı 18 – dən 21 – nə qədər olan dövrdə bir işıq gücü nisbətində olar. Yer planeti nüvəsi ilə 6 ay aktiv, 6 ay sakitlikdə olar. Mart ayından avqust ayına qədər nüvənin aktivliyi qatları, suxurları yetkinliyə gətirməklə, bu ərəfədə bitki aləmini də yetkinliyə gətirir. Yay mövsümündə yer üzündə səthdə su miqdarı azalır ona görə ki, dərin qatları və bitki aləmini bərabər nəmlik qədəri bölməklə hasilə gəlsin. 6 ay müddəti payız və qış mövsümü sərf olunmuş isti və nəm miqdarı kürə daxilində bərabərliyə toplansın. Qış mövsümündə yer qabığı səthi bu səbəbdən soyuyur. Yer planeti isti və soyuğu nəmi bərabərləşdirir. Necə ki, kürə forması dairəvi olmasına səbəb iki qütb arasında kürə qurşağı (ekvator) kürə daxili temperaturların bərabərləşdirmək konsturuksiyasıdır.

Günəşdən əlavə olaraq, yer planeti ətrafında olan planetlərin nüvələri passiv nüvə olduğundan o planetlərdə hələlik dərin qatlardan su ayrılmaları sükutdadır. Amma demək olmaz ki, onlar adi planetlərdir. Onlar da işıq, yaddaş, hal daşıyıcılarıdır.

Beləliklə fikirlərdən doymaq olar, münasibətlərdən doymaq olar, nifrətdən doymaq olar, yalandan doymaq olar. Bu dörd mə`fumdan isə doymaq olmaz: – işıqdan, sudan, duzdan, çörəkdən doymaq olmaz. Çünki bunlar bizə Kainatla, yer bəxşidir bunlarsız isə canlı, insan olmaz. Ona görədə deyilir ki, “ Mən bir işıq, həyat duzu, həyat suyu, həyat çörəyiyəm ki, ondan kim dadsa, ondan doymaz ondan doymaq olmaz “.

Su olmasa nə bitəcək? Ha əksən də nə bitəcək? Su olmasa nə gələcək, insan bu dünyaya necə gələcək, niyə gələcək? Beləliklə bu yer həyatına İşıqdan zərrədir törəməsi, isti mühiti, su yaddaşı, torpaq müddəti olar.

Vahid Rzayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.