Möhtəşəm konstruktor

Print Friendly, PDF & Email

Qurulacaq bütün konstruksiyalara ilkin istinad axtarılır. Kainata baxdıqda planetlər də bir istinaddadırlar. Onların istinadı birgə hərəkət mexanikasıdır. O, birgə hərəkət arasında 16 – sür`ət hərəkəti və əhatəsində varlığındadırlar. O, planetlərin kütlə və həcminə baxmayaraq birgə hərəkət və sür`ətlər dəyişməz olaraq qalır. Birgə hərəkətdə olduqlarından biri – birinə güc, tə`sir etməz.

   Yer aləminə baxdıqda ən böyük və möhtəşəm konstruktor Hacı Leyləkdir. O, bir dayaq üstə qala hörər, qala qurar, yuva qurar. O, bir dayaq üstə ilk çöpü necə qoyar, çöpü – çöpə necə bağlar, ilk çöpə köməkci çöpləri hansı hesabatla qurar? Dayaq üstə qoyulan ilk çöp, gətiriləcək ikinci çöp niyə düşməz, niyə dağılmaz? Yel, külək də onu salmaz. Hacı Leylək gözündəki ölçüsü ilə, dimdiyində uzunluğu ilə, bir dayaqda gövdə qurar, yuva qurar.

   Onun yuvasını dayaq üstə qar ağırlığı ilə, külək gücü ilə, yağış suyu ilə, ailəsi balası ilə o ağırlıqlarla o yuva heç uçmaz, tökülməz. O, yuva o dayaqda taraz qalar. Hacı Leylək bir dayaqda taraz qurar, özünə qala qurar. Biz insanlara me`marlığın ölçülərini, hesabatını, yorğunluq həddini, istismara uzun müddətini göstərər, nümayiş etdirər. O, 8 – lik, 16 – lıq, 32 – lik qurar, 64 – lük qurmaz. Hacı Leylək əsas daşıdığı meynə, üzüm çubuğudur o çubuq ki, dördlük hesabatındadır.

   Quşlar da yuva qurar, budaqlar arasında yuva qurar. Budaqlar arasını o haçaları köməkci dayaq bilər, orada yuva qurar. Hacı Leylək isə bir dayaqdan istifadə edər, köməkci dayaq elementlərindən istifadə etməz, “iynə” üstündə möhtəşəmlik qurar. Qədim tarixlərdən Hacı Leylək tarazlıq, dəqiqlik rəmzi olub öz yuvasını ona uyğun qurar, model qurar, o quruluş qurar. O, qurduğu dəqiq, taraz quruluşu dağıtmağa güc yetməz, güc çatmaz. Haça arasında yuva qurmaz. O, bir dayaq üstə kütlə, çəki, uzunluq, hündürlük, dairə hesabatını konus tipdə gözündəki ölçüsü ilə dimdiyinə mütənasiblik, tarazlıq nöqtəsini dəqiq qurar.

   İnsan bina inşa edərkən o binanı, o tikilini dörd dayaq, dörd istinad üstündə qurar. İnsan da ilkin dördlük hesabatını qurar ki, özünə düşüncə bucaqları qurar. Kəndirbaz kəndir üstə, kanat üstə hərəkət edər o en, uzunluq görməz, o addımlarının sayını görər, öz müvazinətini taraz saxlar.

   Hacı Leylək qala qurar, taraz qurar, quruluş qurar, nöqtəni nöqtəyə taraz qurar. O, bir dayaq üstə bir böyük əzəmət varlığını qurar, o mə`na qurar. Hacı Leylək yazda gələr, isti ilə istidə gələr. Şum vaxtı, əkin vaxtı o vaxt gələr.

                                Vahid Rzayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.