Məşhur neftçi və novator dilçi alim haqqa qovuşdu

Print Friendly, PDF & Email

Fikrət Həsən oğlu Rzayev (1936-2013)
    Azərbaycan neft sənayesinə və dilçilik elminə ağır itki üz vermişdir. Görkəmli tədqiqatçı-mühəndis, uzun müddət “AZlNMAŞ”da çalışmış Fikrət Həsən oğlu Rzayev 28 fevral 2013-cü il tarixində qəflətən dünyasını dəyişmişdir.
Allahdan bu gözəl insana, yaradıcı alimə rəhmət diləyirik. Heyif  Ondan…

      Fikrət müəllim neft və qaz mədənlərinin maşın və avadanlığı üzrə ali təhsilli ən yüksək səviyyəli mütəxəssis olmaqla bərabər, novator dilçi-tədqiqatçı kimi də çox ciddi araşdırmalar aparmışdır. Onun Azərbaycan dilində (eyni zamanda alman və rus dilləriylə müqayisəli şəkildə) fonemlərin – sait və samit səslərin – məna əmələgətirmə xüsusiyyətlərini açması bu sahənin mütəxəssislərində özünəməxsus rəğbət yaratmışdır.
    Hələ 1995-96-cı illərdə Fikrət Rzayevin “Adəm dili haqqında”, “Fonemlər nəyə işarədirlər” məqalələri N.Tusi adına ADPU-nin tematik toplularında dərc olunmuşdur və onun elmə gətirdiyi bu yeniliklər klassik dilçilik tədqiqatı sahəsinə novatorcasına yanaşmanın təməli hesab olunur.

1998-ci ildə Fikrət Rzayev o dövrəqədərki araşdırmalannı topladığı 600 səhifəlik əlyazmasının üstündə bir daha və yenidən işləyərək, sadə və geniş oxucu kütləsi üçün anlaşıqlı olsun deyə, iki aya “Sözün sirri-səsin sirri’’ kitabını çapa vermişdir.
    1998-2000-ci illərdə qardaşı Vahid Rzayevlə həmmüəllif  kimi “Yaranış haqqında söhbət” adlı üç hissədən ibarət elmi-fəlsəfi toplunu ictimaiyyətin müzakirəsinə çatdırmışdır.
2012-ci il müdriklik çağını yaşayan Fikrət Rzayevin həyatında yazdığı “Söz” və “Söz konstruktorluğu” kitablarının nəşr olunması ilə yaddaşlarda əbədi qalacaq.

      Xalqa və Vətənə sonsuz sevgisi olan Fikrət Rzayev yorulmadan Azərbaycan dilçiliyinin zənginliyini, ilkdən ilkinliyini çatdırmaq üçün çalışırdı. Onun üstündə işlədiyi son araşdırmalar da xüsusi təmkin, fenomenal bacarıq və sonsuz çalışqanlıq tələb edirdi. Belə ki, Sözün həqiqi mənasında son nəfəsinə qədər kompüter arxasında bu amala xidmət edən araşdırmalar üzərində işləyən Fikrət Rzayevin növbəti tədqiqatı milli kimliyimizi, dəyərlərimizi nişan verən və bu yaxınlarda işıq üzü görəcək “Adlarımızı qoruyaq” əsəriydi…

Aydın Canıyev, “Elçi” qəzeti, №06(773), 17-23 mart 2013-cü il

Fikrət  Rzayev Haqqında

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.