İşıqla, İsti ilə, Şirinlə, deyilmi?

Print Friendly, PDF & Email

İnsan, canlı, bütün kütlə, cisim, varlıqlar, İstiyə möhtacdırlar!

Qidalar arasında, əsas qidalar, istilik nəticəsində hasil olunur!
Bütün Bəşəriyyət, bütün İnsanlar, bütün Canlılar, bütün Bitki Örtüyü, İstiyə Möhtacdırlar!
Yer Kürəsinin, İki Qütbü belə, İstiyə Möhtacdırlar, İsti Həsrətindədirlər!
Çay, kofe, kakao, isti ilə!
Yemək çeşidləri hazırlanar, İsti ilə!
Çimərik, İsti su ilə!
Yatarkən, yorğanla bürələnərik, İsti ilə!

 Soyuq, qış mövsümündə, geyinərik, bürələnərik, İsti ilə!
Gör bir, necə möhtacıq, İstiyə ki, əkərik, məhsul toplayarıq, isti mövsümdə, İsti ilə!
İstehsalatlar, e’mallar, İsti ilə!
Bütün mexaniki hərəkətlər, müşahidə olunar, İsti ilə!
Sürtünmələr, sürüşmələr, İsti ilə!
Yonmalar, kəsmələr, deşmələr, pərçimləmələr, İsti ilə!
İnsanla-insan arasında münasibətlər, “isti”, ilə!
Sevgilər, məhəbbətlər, istəklər, diqqətlər arasında, İsti münasibət dayanar, İsti ilə!
Nə İsti ilə, deyil ki?
Nə İstisiz, nə Şirinsiz, deyil ki?
İşıqdan – İsti, o, İstidən – Şirinin, Özü deyilmi?
Ana südü, niyə şirin olar ki?
Ana İstisinin, Ana istəyinin, Özü şirin deyilmi? 
Balaya istək, balaya məhəbbətdən, Ana vücudu, Şirin deyilmi?
Ana şirin ki, südü şirin ki, İnsan vücudu, insan əti Şirin deyilmi?
Acı bibərin, İstiotun daşıyıcısı, Özü, sonda, şirin deyilmi?
Nə İstisiz, nə Şirinsiz deyil ki?
Baxışın, nəfəsin, istəyin, arzun, Şirin deyilmi?
Həsrətin, O, İşıqla, O, İşıqdan, İstiyə, O, İstinin, Özü Şirin, deyilmi?
Nə İşıqsız, nə İstisiz, nə Şirin deyil ki?
Axı, bir müddətli Həyatın, Özü belə, Şirin deyilmi?

Vahid Rzaev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.