Həzrəti Nuhun xilaskarlığı və Gəmiqaya-Qobustan əlifbası –32 hərf: 9 sait, 23 samit

Print Friendly, PDF & Email

Fikrimcə, Orxon-Yenisey və Gəmiqaya-Qobustan əlifbaları bir-birinin ardınca gəlir, lakin müstəqilliyi ilə fərqlənir. Onlar qohum oğuz-türk əlifbalarıdır.

     Orxon-Yenisey əlifbası işarələrin sayına görə Gəmiqaya-Qobustan əlifbası ilə müqayisədə “kasıb” görünür. Bu oğuz- türk əlifbası və ondakı işarələrin miqdarı barədə qəti mülahizə yürütmək mümkün deyil. Düşünürəm ki, hər iki oğuz-türk əlifbası son dərəcə qədim tarixə malikdir. Avrasiya məkanında Orxon-Yenisey əlifbası şərq, Gəmiqaya-Qobustan əlifbası isə qərb variantına aid edilir. Bu səbəbdən də qədim və çağdaş Avropa əlifbaları, Yaxın Şərqin bir sıra əlifbaları Gəmiqaya-Qobustan əlifbasının törəmələridir. Mən müxtəlif əlifbaları bir xeyli tutuşdurub müqayisə etdikdən sonra bu qənaətə gəldim. Müqayisələr göstərir ki, finikiya, yunan, latın, yəhudi, ərəb, kiril, İran (Arkaşid), sanskrit, brahma (hind) əlifbaları  Gəmiqaya-Qobustan əlifbasından çox şey mənimsəyib.

     Gəmiqaya-Qobustan əlifbası yuxarıda sadalananların nəinki ən qədimidir, lakin həm də daha zəngin, məzmunlu və bitkindir. O Azərbaycan (oğuz) dilinin fonetik və leksik özəlliklərinə birbaşa tam şəkildə uyğun gəlir. Azərbaycanda aşkarlanmış digər yazı işarələri və nümunələri – Gəncə, Şamaxı, Kəlbəcər, Mingəçevir, Hacıqabul, Nüvədi, Təbriz-Əhər, Pirallahı və İçərişəhər nümunələri, müasir istilahla desək, Gəmiqaya-Qobustan əlifbasının işarələrinə birbaşa uyğun gəlir,onunla  iç-içədir.

     İşğalçıların Azərbaycana basqınları zamanı Qobustan onlar üçün alınmaz qala deyildi. Buna görə də burada bir neçə ərəb, fars və Roma işarələrinə rast gəlmək mümkündür (3., 4). Mən bir araşdırıcı kimi onları qədim Qobustan işarələrindən tam ayırmağa, fərqləndirməyə cəhd etdim. Bu məqsədlə Orxon-Yenisey və Gəmiqaya-Qobustan əlifbalarından qaynaqlanan əlifbalar arasında müqayisə apardım.

     Qobustandan fərqli olaraq Gəmiqaya XX yüzilliyn ikinci yarısına qədər işğalçılar üçün əlçatmaz qalıb. Qobustanın ən qədim təsvirləri, işarələri Gəmiqaya rəsmləri tərəfindən tam şəkildə təsdiq olunur.

     Respublikamızın müxtəlif bölgələrində Gəmiqaya-Qobustan əlifbası işarələrinin aşkarlanması  faktı hələ eramızdan min  illər  əvvəldən  eramızın  ta  VII-IX  yüzilliklərinə  qədər, xüsusən də ərəblərin Azərbaycanı işğal etməsinədək bu qədim əlifbanın Azərbaycanda, Yaxın Şərqdə və  hətta  Avropada yayılması,  öyrənilməsi, istifadə  olunaraq  tətbiq  edilməsindən xəbər verir.Bu  prosesin  gedişində  iqtibas(faydalanaraq  özünüküləşdirmə) və mənimsənilmə baş verirdi.Bu xalqların Gəmiqaya-Qobustan əlifbasından yararlanması nəticəsində Tenqriyə  inamla  bağlı  çoxlu  əfsanələr,  dastanlar,  rəvayətlər, nəğmələr, atalar sözləri,  müdrik  ifadələr yaradılıb. Azərbaycan ərazisində tapılmış yazı işarələri Azərbaycan xalqının öz yaradıcılığıdır.  Gəmiqaya-Qobustan əlifbasının Azərbaycanın hüdudlarından kənardan ölkəyə gətirilməsi barədə söhbət ola da bilməz.

     Vəli Əliyev “Gəmiqaya abidələri” kitabında yazır ki, Gəmiqayada qədim əlifbanı xatırladan, müxtəlif şərti işarələrdən tərtib edilmiş maraqlı şəkillərə rast gəlmək mümkündür (6). Gəmiqayada müxtəlif işarələrin  8  rəqəminə oxşar kompakt,U və  b latın hərflərinə  oxşayan  müxtəlif  işarələrin  yığcam kompleksi  lap  qədim  dövrlərdə  mövcud olmuş  əlifbanı xatırladır. Müəllif həmçinin  göstərir  ki,  qayaüstü  təsvirlərdə, o cümlədən  Gəmiqayadakı qədim yazılı işarələrdə tayfa nişanları və damğalar axtarmaq elmi baxımdan məqsədəuyğundur. Lakin düzgün qənaətə gəlməkdən ötrü dilçi alimlərin qayaüstü təsvirlər və işarələr üzərində gərgin araşdırmalar aparması zəruridir. Qayaüstü təsvirlərə münasibətdə reklam xarakterli uydurma mülahizələrirəli sürməyə, geniş oxucu auditoriyasını aldatmağa heç bir lüzum yoxdur (6).

     Nəsir Rzayev qəbirüstü yazının Gəncə diyarşünaslıq muzeyinə verilməsilə bağlı 1960-cı  ildə yazırdı ki,  bu tapıntı mütəxəssisləri maraqlandırmaya bilməz (10).

     Mən Gəmiqaya ilə bərabər bu işarələri də nəzərdən keçirtdim. Aydın oldu ki, Gəncə yazısı Gəmiqaya-Qobustan əlifbasının işarələrinə tam uyğun gəlir. Yəni onlar da Şamaxıda, Təbrizdə, Nüvədidə aşkarlanmış  işarələr  kimi  yerli,  qədim azərbaycan  əlifbasına  aiddir.

     Ümumiyyətlə isə, əlifbanın Orxon-Yenisey sistemi kimi Azərbaycanda yayılması və işlənməsi barədə fikir 1920-ci illərdən bu günə qədər dəfələrlə səslənib, lakin heç kim güman edə də bilməzdi ki, Azərbaycanda bu cür biçimli əlifba yaradıla bilər. Mənim nəzərimcə, Orxon-Yenisey əlifbası Azərbaycanda öz səsləri ilə təmsil oluna bilərdi.Gəmiqaya-Qobustan əlifbasında işlənən A, R(Р kiril)hərfləri, çoxnöqtəli Ф hərfi, birbaşa suyu göstərən Ö(Ө)hərfi, Orxon-Yenisey əlifbasında rast gəlinməyən T, Ş(Ш kiril)hərfləri, Gəmiqaya-Qobustanda 8 işarəsinin və ulduzvari nişanələrin çoxluğu, digər yerli rəmzlər sübut edir ki, Gəmiqaya-Qobustan əlifbası qədim azərbaycan xalqının özünün yaratdığı qədim, yerli fonetik əlifbadır və onun tarixi öz başlanğıcı eramızdan əvvəlki uzaq minilliklərə aiddir.

     Gəmiqaya-Qobustan əlifbası 32 səsdən – 23 samitdən və 9 saitdən ibarətdir.Onlar 100-ə yaxın işarəyə malikdir. Hələlik bu qədim əlifbada bütöv mətn əldə etmək mümkün olmayıb.

     Gəmiqaya-Qobustan dünyasına qayıdış- finikiya əlifbasının mifik “ilkin”liyinə son qoydu. Finikiya əlifbası daha bundan sonra “Orxon-Yenisey əlifbasına qədər mövcud olmuş əlifba deyil” və Orxon-Yenisey əlifbası finikiya-aramey əlifbasının deyil, Gəmiqaya-Qobustan əlifbasının modeli əsasında meydana çıxıb.

 

Əlbəttə, Orxon-Yeniseyə məxsus model, onun iç sirləri sonadək öyrəniləmyib. Fikrimcə, buna görə də hələlik belə bir fikir irəli sürmək olar: Orxon-Yenisey əlifbası Gəmiqaya-Qobustan əlifbası ilə zənginləşib. Bu mətləbin açılışı gələcək araşdırmarlara bağlıdır.

Orxon-Yenisey əlifbası yazışünaslıq baxımından oxunub. Hərflərin səsləri mətnin əsasında müəyyən edilib, onu bu gün də mətnsiz oxumaq mümkün olmazdı.

     Mən Gəmiqaya-Qobustan əlifbasını mətndən kənar oxumağa, hərflərin piktoqrtafik-mifik kodlarını üzə çıxartmaqla, hərflərn səslərini təyin etməyə müvəffəq oldum. Əvvəlcə Gəmiqaya-Qobustan əlifbasını  Orxon-Yenisey  əlifbası  ilə  tutuşdurub müqayisə etdim və ardıcıllığı saxlamaqla Gəmiqaya-Qobustan işarələrini Orxon-Yeniseydəki uyğun işarələrlə birlikdə eyni xanaya köçürtdüm. Orxon-Yeniseylə  Gəmiqaya-Qobustan işarələrinin səsləri uyuşmaz çıxdı. Nəhayət, aydınlaşdırdım ki, Orxon-Yenisey işarələrinin səsləri şərtiliyə daha yaxındır.

     Araşdırmaları davam etdirərək Gəmiqaya və Qobustanın eyni mədəniyyətə mənsub olması, vahid  təfəkkürün qaynağını təmsil etməsi qəsdilə Qobustan qayalarında həkk edilmiş təsvirləri, işarələri yenidən nəzərdən keçirdim.

   Axtarışlar gözlənilməz nəticələr verdi.

   1.Buna qədər hesab edirdim ki, Gəmiqayadansa Qobustan daha qədim tarixə malikdir. Mərhum alim İsaq Cəfərzadənin fikrincə, Qobustan qayalarına rəsmlərin nəqş edilməsi öz başlanğıcını e.ə. VIII minillikdən götürür və eramızın II minilliyinə qədər davam edir(3). Prinsip etibarı ilə, bəzi fonetik kənarlaşmalara baxmayaraq,  Qobustanda təsvirlərdən başqa Gəmiqayadakıları təkrar edən yazılı-piktoqrafik işarələr də olmalı idi.

     2.Əldə  edilmiş  nəticələr  göstərdi  ki,  Qobustan- Gəmiqayanın davamıdır və yaxud, ən azı, onun həmyaşıdıdır. Istənilən halda, Qobustan Gəmiqayadan heç cür “yaşlı” deyil.

     Gözlədiyim  kimi,  Qobustanda  bir  neçə  deyil,  200-dən çox  piktoqrafik  işarələrlə  rastlaşdım. Onlar  İ.Cəfərzadənin “Qobustan” kitabında  rəsmlərdən  məhz  piktoqrafik  işarə  kimi seçilib  götürülüb (3).  Piktoqraflardan əlifba  işarələrini  seçib götürdüm. Gəmiqaya  təsvirlərinin  içində  bilərəkdən  qeyd edilməmiş  və  yaxud  arxeoloqun  diqqətindən  yayınmış   işarələr var. Yenidən  Orxon-Yenisey  və  Gəmiqayaya  müraciət  edib  bu  qənaətə  gəldim  ki,  Orxon-Yeniseyin səsləri  qədim  azərbaycan  əlifbasının  səsləri  ilə  oxşar  deyil. Bu, qədim Altay türklərinin dilinin səslərilə  qədim azərbaycan dilinin  səsləri  arasında  mövcud  olmuş  fərqlərlə  bağlı  ӨӨola bilər. Müqayisə etdikdə, Gəmiqaya-Qobustanın səslərinin Orxon-Yeniseylə  piktoqraik  mənasına  görə  daha  çox  səsləşir,  qənaətinə gəldim.

“A” piktoqrafı buna ilk nümunədir. “A” – sanki “addımlayan adam”dır. Deməli, A – adam, Uca Tanrının yaratdığı ilk kəsdir. A- ilk öncə “Aq”, “Ad” – “Od”dur.

     Gəmiqaya-Qobustan əlifbası bu məqamda  Orxon-Yenisey əlifbasından  fərqlənir. Artıq qeyd etdiyimiz kimi, Gəmiqaya-Qobustan  yazı  işarələri  daha  çox  səsə  və  məzmunca  koda daha yaxındır.

     Gəmiqaya-Qobustan əlifbasındakı səslərin “müasirliyi” ilk baxışdan  heyrət  doğurur.  Lakin  bu  cür “müasirlik” Orxon-Yeniseydə  də  içərilənib. Məsələn,  kiril,  Orxon-Yenisey əlifbalarında  həm səs,  həm də  işarə  kimi  istifadə  olunan müasir latın “в”-si  cüzi  fərqlə  5-ci sətirdə  yer alıb.  Əlbəttə, latın və kiril əlifbaları ilə müqayisədə birincilik, şübhəsiz ki, Orxon-Yenisey əlifbasına məxsusdur. Gəmiqaya-Qobustandan əxz edilmiş  C Orxon-Yenisey əlifbasında süzgün şəkildə əyilən xətlər çıxardılandan sonra kiril əlifbasında  c  hərfindən dikəlir. Səs isə həm Orxon-Yeniseydə, həm də kirildə eynidir.

     Tanrıya inamdan doğan mifoloji ardıcıllıq, od-su, ucalıq-dərinlik ikili vəhdətinin ilkin prinsipi Gəmiqaya-Qobustan өişarələrinin səslərinin müəyyən edilməsi işində əvəzedilməz köməkçi olub. Məsələn, bu prinsipə görə, anlayışlar arasındakı tarazlıq mənasında istisnasız olaraq “Ө”işarəsi göl (su), (-); “üstəgəl” (+): -+ su və od səsini göstərir. Burada isə “Göl” piktoqrafik səsi kiçik gölün təsviridir. Bu, oguz mifologiyasına əsaslanan “ucalıq-dərinlik” prinsipini bir daha təsdiq edir. Bu cəhət Azərbaycan dilinin və onun qrafik işarəsinin qədim azərbaycan dilinin qrammatik qanunları ilə bağlı olduğundan xəbər verir.

     Orxon-Yeniseydəki bir neçə işarə eyni zamanda iki hərfdən xəbər verir (9). Məsələn, a/ə, ı/i, o/ө,y/ү. Başqa fərqlər də var. Əgər Gəmiqaya-Qobustan Orxon-Yeniseyin davamı olsaydı, təbii ki, onun səslərini də qəbul edərdi. Müdrik əcdadlarımız – Gəmiqaya-Qobustan əlifbasının tərtibçiləri onu qədim oguz– qədim  azərbaycan  dilinin  qanunlarına  tam  uyğun  şəkildə düşünüb  hazırlayıblar.

     Orxon-Yenisey əlifbası hərflərinin  Gəmiqaya-Qobustana doğru qrafik inkişafı cədvəlindən bu iki əlifbanın qarşılıqlı əlaqəsi müşahidə edilir. Öyrənirik ki, Gəmiqaya-Qobustandakı hərflər Orxon-Yeniseylə müqayisədə daha şərti və mükəmməldir.

     Gəmiqaya-Qobustan həm də bu cəhəti təsdiq edir ki, əlifbalar bir ay və yaxud bir il ərzində bir adam tərəfindən işlənib hazırlana bilməz. Əlifba çoxillik təcrübə və sınaqlardan keçib tədricən formalaşaraq insanların ümumiliyinə, etnosun mənşəyinə, xalqın psixologiyasına, onun dünyagörüşünə, dil və dinin vahidiyinə söykənib, piktoqraflardan – təsvirlərə yığılmış sözlərdən, damğalardan, şəkillərdən fərqlənərək bır sıraya düzülüb meydana çıxır. Belə əlifbanın yaradıcısı bütün xalq olur. Əlifba biçimlənərək bir neçə mərhələdən keçir. Onun tərtibatında, “ipə-sapa düzülməsində” bir neçə, yaxud da onlarla məlumatlı bilici iştirak edir. Onlar xeyli dialektin içindən “doğma dialekt”i  dəqiq seçib ayırır, səsin sözə çevrilməsinin sirrinə vaqif olub onları ümumiləşdirirlər. Əldə olan imkanlarla yalnız bu şəraitdə bir neçə il ərzində əlifbanın yaradılması və biçimlənməsi üzrə iş başa çatır. Burada birinin xidməti az, digərininki çox olur. Gəmiqaya-Qobustan əlifbası məhz belə bir şəraitin əsasında və tələblərilə yaradılıb. Hər bir hərfin, hər bir işarənin doğuluş tarixçəsi ondadır. Bu kitabda yeri gəldikcə bu məsələlər barədə söhbət açılacaq. Güman edirəm ki, bu əlifbadakı hərflərin bir hissəsinin inkişaf yoluna qısa şəkildə diqqət yetirməyin vaxtıdır. Gəmiqaya-Qobustan əlifbası son dərəcə zəngin əlifbadır. Sonradan meydana çıxmış əlifbalar ondan xeyli hərflər götürüb. Sonralar isə mənimsəyən əvvəlki əlifbadan fayda əldə edib.

     A  hərfi – səma öküzünün kəlləsinə bənzədilib (Öküz bürcü).

     Б  hərfi – naxışın formasını ifadə edir (azərbaycanca – buta). Onun təsviri “buta”dan qaynaqlanır. Б həmçinin “insan”ın – qadının və evin piktoqrafıdır.

     B  hərfi – onun digər V variantının yarım hissəsidir.

     i    hərfi “İşıq” məzmunu ilə bərabər Günəş şüasının piktoqrafıdır. Onun paralel təsvirində yuxarı yarım hissədə“uzun” nöqtənin qoyulması ilə onun kiçik i təsviri meydana çıxır.

     Gəmiqaya-Qobustan əlifbasında “doğum” piktoqrafı qayalarda “9” (doqquz) biçimində həkk edilib. “D” “doğum”; “dağ”.

     L   piktoqrafı “əl” və “ayaq” piktoqraflarından düzəlib.L – əl, Л – ayaq; yaxud L – bir ayaq, Л– ayaqlar.

     Qədim Azərbaycan əlifbasındaU hərfinin hissəsindən ikinci У əmələ gəlib (hazırda U – latın, Уkiril hərfidir).

     Bu əlifbada Ү,  u-dan törəmiş  у hərfi damğa-piktoqrafların fərqli “qıvrılması”kimi görünür.

     Ohərfinin tələffüzü zamanı dodaqlar dairəvi biçim alır. Bundan başqa, O – Günəş və Yerin piktoqrafıdır. Günəş nəzərdə tutularkən hərfin ortasında nöqtə qoyulur. “O”- ulduz əlifbasında “Yer planeti” ulduzunun işarəsi kimi Yerin kürə formasının oguz-azərlərə hələ bir neçə min il əvvəl məlum olduğunu xatırladır. Bununla bərabər, XVI yüzillikdə qoca Qaliley təki “Yox, Yer dairəvi deyil” desin deyə,onu ölümlə qorxudurdular.

     Gölü bildirən Ө(Ö)işarəsi doğma dilimizin ən qədim hərf və səslərindən biridir. Lakin  hörmətli  təbiətçı  alimlərimizdən  biri əssasız  olaraq  iddia  edir  ki, XIII  yüzilliyə  qədər  qədim azərbaycan dilində Өsəsi mövcud olmayıb. Təsəvvür edin ki, bu  yolda  nə  qədər  məşəqqətlərə  dözmək  lazım  gəlib!

     M hərfinin qrafik işarəsi Gəmiqaya-Qobustan əlifbasında “göldən böyük su”yu – dənizi göstərir. O, “göl”dəki “kiçik su dalğası”nın davamı kimi dəniz dalğası – “uzun dalğa”dır. M hərfinin elementləri- dənizin qoynunda “uzun dalğalar”dır.

 

  M   hərfi M piktoqrafından – “çoxlu su”dan törəyib. Mərmər (Мраморное море), Qəmər (Месяц), nəmişlik (сырость), more, Yağ+mur, Ur+miya, Şi+mal, Mолоко sözlərindəki M səsi qədim əlifbamızdakı “çoxlu su”, “böyük su” piktoqrafından törəmədir.

Mifologiyada Günəş odu, Ay isə suyu təmsil edir. Üçgünlük Ay C piktoqrafı və hərfini əmələ gətirir. Buna görə də su, sən,  suvar, sever (şimal) sözlərinin başlanğıcı C hərfi ilə başlamaqla ardıcıl qanunauyğunluğa malikdir.

Gəmiqaya-Qobustan əlifbasında “C” hərfindən güzgüvari üsulla S işarəsi əmələ gəlir. Səma C kimi, su isə C, S piktoqrafı kimi təsvir edilir.

 S    hərfi işarə kimi “çoxlu su”yun axtarılan kəmiyyəti ilə fərqlənir.

 Gəmiqaya-Qobustanda N-H(kiril) hərfi həm  N(en)  həm də kiçik  n  hərfini bildirən piktoqrafdan törəmədir.

Gəmiqaya-QobustandaT hərfindən törəyən Tenqri-dir vət-    “Tarak” işarə kimi darağın piktoqrafı, damğa işarəsidir.

 Gəmiqaya-Qobustan əlifbasında daha bir neçə fonetik özəllikləri müəyyən etmək mümkün oldu. Məsələn, bu əlifbada Ф hərfi eyni zamanda güzgünün və gözün piktoqrafıdır; latın  F-i qədim AzərbaycanФ-hərfinin güzgülü, ikinci hissəsidir.

     1. Bir sıra hərflər  A, O, Ö, K, Z əsasən, oxşar formada yazılır;

     2. Bəzi hərflər Б, В, Д, У, Т, N, S, R  iki  və daha çox formada  yazılır; (qeyd:yuxarıda  göstərilən  müxtəlif  əlifba işarələri  kitabın  8-ci  səhifəsindəki  “Gəmiqaya-Qobustan əlifbası” adlı  cədvəldə  göstərilmişdir; övraqda bundan əvvəlki məqalədə).

     3. Hərfin bir hissəsi sözdə, mətndə yerindən asılı olaraq güzgü üsulu ilə yazılır.

     4. Hərflər mətndə, əsasən,bir-birinə  birləşmədən, soldan sağa yazılır. Bunu bir neçə sözün yazılışı ilə müəyyən etmək olar.

     Bununla bərabər, mətnin daxilində hərflərə “pərçimlənmiş” piktoqrafların istifadə edilməsi və yaxud edilməməsi barədə qəti fikir söyləmək hələlik çətindir.

     Nəticə: qədim Azərbaycan əlifbası əlifbalar sistemində- təməldə duranlardan biridir.

     Gəmiqaya-Qobustan əlifbası zəngin qədim azərbaycan, qədim oğuz mədəniyyətinin ən əzəmətli aynası,onun tarixi hünəri, onun doğma torpaqlarda ən qədim zamanlardan yaşaması faktını təsdiq edən tarixi rəşadətdir.

     Gəmiqaya-Qobustan abidələri qədim azərbaycan, qədim oğuz mifologiyasının “Kitabi-Dədə Qorqud”dakı fundamental ideyalarını üzə çıxardan qədim və əsas qaynaqlardır.

Gəmiqayada hər bir hərfin 2-4 icadı(növü) var və hər biri digərinin törəməsidir. Hərflərdə müşahidə edilən dinamik inkişaf cədvəldə əksini tapıb. Bu təsvirlərdən hər biri həmin uzaq minilliklərdə mətnlərdə istifadə edilib. Sonradan bu mətnlər öyrənildikcə bu özəllikləri aydınlaşdırmaq mümkün olacaq.

Altay türklərinin rəsmlərində insanın “doqum”u başdan dabana qədər 32 sümüklük birləşmələr kimi təsvir edilib. Bəlkə, bu, ağızdakı 32 dişin ixtisarlı təkrarıdır? Qobustan rəsmlərində (məsələn, 29-cu daşda,həmçinin hesab üzrə 23+9)  32 işarəsi yaddaşın yaranışının təcəssümüdür. 32 rəqəminə müqəddəslik verilməsi üzündən tayfanın, məntəqənin, kəndin adına çevrilib (Bərdə və İmişli rayonlarında Otuzikilər kəndləri). 32 rəqəmu həm də yaranışın 4 ünsürü ilə səsləşir: 32: 4=8, 8:2=4.

Nəhayət, bu  fakt  təsadüfi  deyil ki, əcdadlarımızın  yaratdıgı Gəmiqaya-Qobustan əlifbası 32 hərfdən ibarətdir. Bu sirrin izilə gedilsə, o zaman olduqca maraqlı tapıntılarla rastlaşmaq olar.

Əjdər Fərzəli (Əjdər Əliş oğlu Fərzəliyev)

Ə,Fərzəli .”Həzrəti Nuhun xilaskarlığı və Gəmiqaya – Qobustan əlifbası” kitabından səh.12-33.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.