Həyat davamı

Print Friendly, PDF & Email

 – Bütün təsəvvürlər Onun olduğundan, “O” – Təsəvvürlərə sığmadı, sığa Bilmədi.

   – Gün bizə müddət, Sahibi Mütləqə, bir Andır.

   – Cəhənnəmin “odu” – olmayacaqdı, əgər bə`ziləri öz odunu aparıb, öz “odunda” – yanmasa idi, əgər.

   – Ə. Vahid sözü, mə`nanı əqiq, qiymətli daş kimi cilaladı, hamarladı sözü, bədahətdən Qəzəllərdə dedi.

   – Mülahizələr olmasa idi, cümlələr qurulmayacaqdı, hecalar olmasa idi, sözlər deyilməyəcəkdi.

   – Verilən, qeydə alınan ən böyük müəlliflik hüququ və ən böyük patent xalqın özü, dili, yaddaşıdır. Müəllif  və mövzu o ərazinindir, o ərazidəndir.

   – Əgər ərazi,  “dirisinə” – sahib çıxsa, ölüsündən narahat olmasın, ölüsü də diridir onda.

   – Mükalimə – danışıq, fikir bölmək, düşünmək, düşündürmək gözəllikləri bir görmək, bir də eşitməkdir. Gözəllik – gözəlliyə bürəli olduğundan, insana rahatçılıq hissi verir.

   – Bu yer həyatı, ayrı bir həyatdır. Bu yer həyatı, Kainata  bağlı olan bir həyatdır.

   – Böyüklüyü dərk etməyən (istəməyən), kiçikliyi necə dərk edər? Ancaq “mənəm” – deyər.

   – Xəyanətlərin kateqoriyaları yoxdur. Xəyanətlər heç vaxt, özünə haqq qazandırmağa yer saxlamir. “Xəyanətin” – adlığı  yox!  Özlüyü xəyanət adlı, xəyanətdir.

   – Cüt, cütdürsə əgər, bir ayrılar, bir qalar.

   – İsti, soyuq, gecə, gündüz, həyat, ölüm özü bir sübutdur! Onlar sübutsuz, sübut  “olduqlarından”, onları sübut etməyə də lüzum yoxdur. Necə ki, Kainatın, onun Sahibi Mütləqinin də, sübut Edilməyinə – Ehtiyacı yoxdur.

   – Biz Zərik, Zərdənik, Azərik, Azəriyik, Azərləyik, İşıqlılarıq! Bizə, oturaq həyatımızda  Od Yurduna, İşıq Yurduna həmişə, uzaqdan qonaq gəliblər.

   Qonaqpərvərlik – bu bizim, təməl yaddaşımızdır. Qonaq gəlişinə sevinən, şadlanan, qonaqpərvərik. Bu, Həzrəti Nuhla, Nuh babamızdan bizə, ərazimizə, özumuzə qalma bir mirasdır. Qonaq – qonaq kimi gəlsə buyurar, məqsədli gəlmiş olsa, süquta uğrayar! (baxın təhrif olunmamış, qədim tarixlərə).

Qonaq gələr ərazimizi, İşığımızı görməyə. Qonaq gedər, bizi – Zəri, ərazimizi deməyə.

 – Zərim, Zərlim, Azərim, Zərlə Azərlə, İşıqla Azər-bəy-can, Vətənimiz!

– Xalq arasında deyərlər ki, “Çörəyi ver şörəkçiyə, birini də artıq” – bəli, tamamı ilə düzgündür. Amma, bir də, “Kitabı ver kitab oxuyana, birini də artıq” – şünki, kitabla söz, Kainat, məntiqi, mə`na “çörəyidir”- ki, heç ondan da, doymaq olmur.

Əgər ki, yer üzü, bütün bəşəriyyət çörəksiz ola bilməzsə əgər deməli, yerin özü də, sözsüz, hecasız, cümləsiz də , səssiz  və məntiqsiz də ola bilmir. Yazı, daş, qaya üstü yazılar  və Kitab, elə bir məvhumdur ki, həmişə haradasa, özünün bir nüsxəsini qoruyub saxlacaq, özünü oxutduracaqdır.

– Söz, quru bir kəlmədir? Yox! Söz Kainat aləmində, Kainat aləminin özündəndir.

– Dərviş yaxından baxar, dərvişə uzaqdan baxarlar. Dərvişi dərk etməyə, dərviş gərək. Dərvişə “su” – gərək, uzaqdan “fidan” – gərək, o Kitabı gərək.

– Nə isti, nə soyuqdur. O vücudun öz hərarəti var o nə isti, nə soyuqdur.

– Sevgi səndə deyil ki, sevgi məndə deyil ki, Sevgini bu aləmə özümüzlə gətirdiyimizdir ki… Sevməsə insan biri-birini, onlar cevgini biri-birinə necə sevdirərdilər  ki?  Sevgi qarşılıqlı, sevmək qarşılıqlı, sevgi – sevilər, qarşılıqlı!

-Musiqi kollektivlərində, ansambllarda hər bir musiqi aləti öz vaxtında, öz yerində, öz zamanında səslənirlər. İfaçılar musiqiçilərə, musiqiçilər isə, ifaçıya yer saxlayırlar.

İndiki ərəfədə, insanlar arasında hansısa bir mövzuya diqqətlə qulaq asıb, dinləmək, eşitmək istədikdə, sanki orada olanlar,  bir Kvartetə bənzəyir. O insanların hamısı eyni vaxtda danışmağa, fikrini deməyə çalışır. Daha nə biri-birini eşidən, nə də biri-birinə imkan verən var.

Hərdən belə bir təsürat yaranır ki, bu müzakirələr “xoru” – Xor kapellasına, bənzəyir. Yəni ki, eyni mövzunu, eyni vaxtda, o insanlar, hamılıqla  səsləndirir.

-“Z”, “S”- Kainat əlifba sistemində İşıq başlanğıcı, İşıq daşıyıcısı anlamındadır. Z-S, İşıq – Ur – (ərazi), van – (o ərazidən, o ərazidə) – bildirişidir. Zurvan adlığı, örtülü, əksi (güzgü) adı, Navruz kimi tarıxləşib. Gəmi – Qayadakı daş, qaya üzərindəki yazılarda Survan, Zurvan qeyd olunub. Bu ilk olan,  və başlanan həyatın, İşıqdan, istidən, Qoç – (Kainatın böyük partlayış gücündən yaranması, İşıq anoloqu Günəş) bürcündən, Buğa – (o ərəfədə, suyun, küləyin, torpağın, bitkilərin gücə, qüvvəyə gəlməsi, törədici başlanğıcı) bürcünə keçən ərəfədə həyat  başlanğıcı, istidən, isti başlanğıcı ilə başlayar, anlamı daşıyıcısıdır.

                                                                                       Vahid Rzaev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.