Fərqanə Ramiz qızı Kazımova

Print Friendly, PDF & Email

Fəqanə Ramiz qızı Kazımova 1965-ci ildə Naxçıvan şəhərində anadan olub.1987-ci ildə Bakı Dövlət Universitetini bitirib. Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasının müəllimi kimi göstərdiyi səmərəli fəaliyyət Fərqanə xanıma ciddi nüfuz qazandırıb,elmi mühitdə əks-səda yaradıb.O, 1999-cu ildə “Professor Abbas Zamanovun həyat və yaradıcılığının elmi bibloqrafik tədqiqi”mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fililogiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.

            Filologiya elmlər namizədi,dosent Fərqanə Kazımova Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi İncəsənət,Dil və Ədəbiyyat İnsitutu ədəbiyyatçünaslıq şöbəsinin aparıcı elmi işçisidir. Beş kitabin,yüzdən artıq elmi məqalənin müəllifidir. Bir çox beynəlxalq simpozium və konfranslarda aktual mövzularda çıxışları xarici ölkə alimlərinin də nəzər-diqqətini cəlb edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.