“Dinamikanın ümumi qanunu” haqqında söhbət

Print Friendly, PDF & Email

 

Qısa məlumat

Kitabçada alimlərin fizikanın-mexanikanın ayrı-ayrı məsələləri üzrə mövcud olan baxışları və fikirləri aydınlaşdırılmış, həmçinin bizim bunlara “Dinamikanın ümumi qanunu”nun nəticələrinə əsaslanan münasibətimiz əks olunmuşdur. Material məlumat səciyyəsi daşıyır.

 

R.Ə.Ramazanovun “Dinamikanın ümumi qanunu” haqqında söhbət işi barəsində.

   R.Ə.Ramazanovun “Elm” nəşriyyatı tərəfindən kitabça şəklində çap edilmiş işi informasiya xarakteri daşıyır. Mövzu üzrə məşhur alimlərin görüşlərinin toplusudur. Kitabçada müəllifin qarşıya qoyduğu məsələnin əsaslandırılması nöqteyi-nəzərindən maraqlı olan, çox yığcam şəkildə şəxsi yönü, yaşanmasıdır.

   Belə ki, mənim R.Ə.Ramazanovun işi ilə tanışlığım, müəllifin iştirakı ilə onun müzakirəsi və şəxsi fikri mübadilələri güman etməyə imkan verir ki, bu əsərdə Kainatın və təbiətin müxtəlif hadisələrinin açılması üçün yeni cəhdlər vardır.

   Mənə elə gəlir ki, bu işin səlahiyyətli müzakirəsini, məsələn, Azərbaycan Respublikasının Elmlər Akademiyasında riyaziyyat, fizika, mexanika, kimya, dil, fəlsəfə və s. sahələrin müxtəlif mütəxəssislərini cəlb etməklə keçirmək və yaxud respublika alimlərinin diqqətini bu problemə yönəltmək məqsədilə müəllifə onun aldığı nəticələrin müfəssəl məzmununu nəşr etdirmək, əgər mümkündürsə, müəllifin rəhbərliyi altında yaradıcı qrup yaratmaq faydalı olardı.

   Mən R.Ə.Ramazanovun işinin elm ictimaiyyəti üçün maraqlı olacağını zənn edirəm.

 

   AREA-nın müxbir üzvü, t.e.d., professor R.S.QURBANOV

 

Kitabı yüklə

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.