Dahi insan

Print Friendly, PDF & Email

Ən böyük dahi…

• Ay – yer kurəsinin peykidir. Günəş ətrafında olan planetlər isə, Günəşin peykidir.
• Sabahın xeyir Günəş! Bizim üçün sabahsan, amma özün həmişə varsan. Sən bir İşıq, qovduğunsa qaranlıq. Qaranlıq işıqdan qaçar, İşıq isə İşıq saçar. Sabahımız xeyir Ğünəş!
• İşlədilməyən sözlərə “arxaiq”-(köhnəlmiş, işlədilməyən) sözlər deyilir. Ola bilsin ki, bə`zi sözlər, kəlmələr daha işlədilmir.
Amma tarixlər, tarixi hadisələr, tarixi dövrlər isə heç vaxt yaddan çıxmır. İnsan unutqan olub, o, bə`zi sözləri unuda bilər, ancaq tarixlər heç vaxt özünü unutmur. Tarixləri, tarixi hadisələri təhrif etdikcə, tarix özünü təkrar edib, təsdiq edir!

 • Nə gələr, nə gətirər? Su gələr, su gətirər o, yaddaş gətirər. Susuz nə bitkilər, heç hava da olmaz (oksigen). Hava suyun yox, su havanın daşıyıcısıdır. Havanı yüksək təzyiqlə sıxsan, donar. Don açılar, su ilə hava olar.
• Kainat nisbi nəmişliklə əhatəlidir. Bütün planetlər (küllü kütlələr) nisbi nəm əhatəsində hərəkətdədir. Bütün planetlər həmahəng hərəkətdədir. Planetlər arasında zor, zorakılıqlar yoxdur. Əgər “güclü”, “gücsüz” planetlər olmuş olsa idi, onların biri-biri arasında təzyiq olardı. Planetlər ya biri-birini cəzb edər, və ya biri-birindən uzaqlaşardı. Zorakılıq, güc, təzyiq olmuş olsa idi Kainatda olan bütün planetlər qarışar, xaos olardı. Kainat sistemində birgə hərəkət var, xaos yoxdur. “Zorakılıqdan”- bütün planetlər biri-birindən uzaqlaşar və ya öz başına güclə bir topluma toplanardı.
• Söz boş olmur, çünki söz boşdan yox, Söz Sahibindən yerə gəlib söz olub, sözdə olub, sözə, söz olub. Söz olmasa idi, “sözsüz”- olacaqdıq, bir söz belə icad edə bilməyəcəkdik. Biz biri-birimizlə Söz Sahibinin “Sözləri”- ilə danışırıq, Kainata “Onun”-Sözü ilə xitab edirik. Bütün aləmlərin öz sözçülüyü, öz hecası, öz cümləsi var.
• О qədər dedik-dedik, dedik! Gördük ki, elə deyirik.
O qədər düşündük-düşündük, düşündük! Gördük ki, elə düşünürük.
O qədər baxdıq-baxdıq, baxdıq! Gördük ki, elə baxırıq.
Nə qədər bildik-bildik, onda gördük ki, bilirik! Bütün bilgilərin açarı elmlərdədir!
• Elmsiz söz ola bilməz, söz elmsiz ola bilməz, elmsiz cümlə ardıcıllığı qurula bilməz.
M.Füzuli, İ.Nəsimi, H.Cavid, U.Şekspir söz dedilər, əsərlərini sözdə dedilər, sözün elmi məntiqində dedilər. Söz deyilməsə, söz tamamlanmaz.
• Bu, yer üzü necə olaydı? İlki kimi xətsiz, sərhədsiz olaydı! İnsanlar ilkdə olduğu kimi biri-birinə sevincli, mehriban, biri-birinə ehtiyaclı olaydı. Sənin-mənim yox, bizim-sizin yox, yaşamaq hamımızın olaydı.
• Bu ərəfədə silaha tuş olmuşuq, öz Ərazimizdə o silahlara qarşı silah olmuşuq.
• Meyvələr ağacların, kolların: Söz-insanların. Rayihələr, rənglər, çiçəklərin, güllərin: Sözlər-insanların.
• Sevinc gözləntisi, başlanğıcı ilə bu həyata gəldi, insan! Kədərlər arasına börələndi niyə, insan?
• Qal-qal demə! Qala bilmərik, qal demə! Qalmağa yox, qayıtmağa gəlmişik qal, demə! Heç birimiz burada qala bilmərik, qal demə! İlkimizə qayıtmalıyıq, burada qala bilmərik!
• “İnsandır”- deyib düşünən insan! Nə böyük insandır o insan!
“Heyifdir”- deyib düşünən insan, nə böyük insandır o insan!
“Yaziqdir”- deyib düşünən insan, nə böyük insandır o insan!
• Müəllimə, müəllim gərək. Bu yer həyatı müəllimsiz nəyə gərək?
Göy qübbəsi, kəhkəşan, Kainat da bir müəllimdir! Onun ardıcıl hərəkətinə, dəyişməyən hallarına, davamiyyətinə baxmasaydıq, seyr etməsəydik, dərk etməsəydik, məntiqdə “məntiqi”- necə deyərdik? Məntiq tədrislə deyil, məntiq Kainatlardadır. Fəlsəfə, məntiqin törəməsidir.
• Düşüncə olmasa, söz olmur. Söz olmasa, sözdən düşüncə olmur. Sözun ilki düşüncə, sözün özü düşüncə, Kainatın ilki düşüncə. Düşüncə ilə düşüncə, yaradar düşüncə. Nə tapılsa, düşüncədən tapılar. Nə icad olunsa, düşüncədən icad olar. Nə kəşf edilsə, düşüncədən kəşf edilər.
• Biz Zərik, Zərdənik, Azərik, Azərləyik (vətən) Azəriyik! Yer üzünün üçüncü atası, Azər var. Adəmi, Nuhu, Azəri var.
• H.Cavid əfəndim- ustad, Nəhəngdir. Dram əsərlərində personajları vasitəsi ilə çox böyük mətləblər, mə`nalar deyib. H.Cavid əfəndim dram əsərlərində, söz xatirinə söz deməyib. Söz içində söz deyib, sözə söz deyib, mə`na deyib. Elə cümlələri var ki, aylarla, bəlkə də illərlə onu təhlil edib düşünməyə sövq edir. Budur fəlsəfi düşüncə, budur fəlsəfi məntiq.
• Bir kitablıq söz, kitabda “söz”- o böyük bir açardır.
• Anesteziya (xalq arasında narkoz, o cərrahiyyə zamanı xəstəni müvəqqəti yuxulatmaq üçündür) nədir? Vücudu-vücuddan ayıran nədir? O müvəqqəti bir yuxudur. Canı-candan, vücudu-vücuddan ayıran bir yuxudur.O baş yatmaz, mürgüləməz. O baş (kəllə) bir mütləq olar, Kainatlarda olar, “Mütləqə”-yaxın olar.
O, Mütləqə yaxın ki, O Kainata yaxın ki, orada qorxu yox, təlatüm yox, ağrı yox, acam yox, suzam yox, üşüyürəm yox, ümidsizlik yox. Canı-candan, vücudu-vücuddan ayıran Kainata, O Mütləqə yaxın edən yuxudur.
İlkimiz ora, sonumuz oradır. Yuxu ilə qalxarıq ora. Kainata qalxıb, qovuşarıq onda ora. Yuxudan ayıldarlar, özümüz oyanarıq, onda qayıdarıq bura.
• Narkomaniya- bəşəriyyətin mərtəbə-mərtəbə, mərhələ-mərhələ məhvi!
Dünya müharibəsinin başqa bir növü, üslubu. Ərazilərin canlıları ilə birlikdə müharibəsiz məhvi.
Narkomaniya-bütün qanlı müharibələr tarixində, son dövrdə yer üzündə bəşəriyyətin məhv edilməsinə e`lan edilməyən ağır müharibəsi!
Bütün qitələrdə, bütün ərazilərdə, bəşəriyyətin məhv olmasına sakit, rəvan, örtülü müharibələr gedir. Bəşəriyyətin məhvi gedir.
Narkomaniya-özü özü ilə, bəşəriyyətin özü ilə, özündə özü ilə kütləvi məhvi sükutla gedir.
• Ustad H.Cavid əfəndim dedi ki, “Kəssə hər kim, tökülən qan izini, qurtaran dahi odur yer üzünü!”.

 

                                                                             Vahid Rzaev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.