Səkinə Əliyeva – “Azadlıq carçısı”, İşığın dostu, zülmətin düşməni olmuşdur

“Azadlıq carçısı” kitabında Naxçıvan MR Respublikası Ali Soveti Rəyasət heyətinin sabiq sədri, Sovet ittifaqının tərkibindən çıxmaq haqqında ilk dəfə mərdanə qərar qəbul edən Səkinə xanım Əliyevanın ömür yolundan (1925-2010) bəzi məqamlar açıqlanmışdır. Kitabda eyni zamanda Səkinə xanım haqqında dostlarının xatirələrinə və ürək sözlərinə də yer verilmişdir.  İŞIĞIN DOSTU, ZÜLMƏTIN DÜŞMƏNI  Onunla Mərdəkanda sanatoriyada tanış oldum. Bu tanışlığa səbəbkar görkəmli folklorşünas, […]

Akademik İsmayıl Muxtar oğlu Hacıyev

Monoqrafiyada Azərbaycan xalqına qarşı törədil­miş soyqırımı və deportasiya siyasətini ifşa edən sənədlər, Azərbaycan torpaqlarına qarşı əsassız ərazi iddiaları, bu torpaqlar uğrunda gedən mübarizə və onların nəticələri, düşmən dövlətlərin məkrli siyasəti və bu siyasətin həyata keçirilməsində ermənilərin oynadıqları mənfi rol aydın şəkildə göstərilmişdir.  Müəllif arxiv sənədləri, dövrü mətbuat materialları, habelə bir çox tədqiqatçıların əsərlərindən istifadə etmək­lə ermənilərin Naxçıvana qarşı ərazi iddialarının […]

Abbas Zamanov

“Böyük alim, Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin inkişafında öz fədakar əməyi ilə əvəzsiz rol oynamış Abbas Zamanovun  xidmətləri unudulmazdır. Azərbaycan ədəbiyyatının  bir çox  ölkələrdə tanınması və təbliğ olunması Abbas Zamanovun adı ilə bağlıdır. Şübhə yoxdur ki, Abbas Zamanovun yaratdığı əsərlərdən milli mədəniyyətimiz gələcəkdə də bəhrələnəcəkdir”.   Bu millətə saysız – hesabsız say – seçmə oğullar verən Uca Tanrım XIX əsrin sonu – XX əsrin əvvəllərində daha üç OĞUL – üç KİŞİ bəxş etdi. Biri Əziz Şərif (1895), biri Məmməd Cəfər Cəfərov (1909), biri Abbas Zamanov (1911). kitabı yüklə Abbas Zamanov haqqında video material  

Ataxan Paşayev

   Kitabda ilk mənbələr və real faktlar  əsasında iki əsr ərzində Güney Qafqazı istila etmiş Rusiyanın və digər Avropa dövlətlərinin, Sovet hakimiyyəti illərində isə kommunist rəhbərlərin köməyilə şovinist erməni millətçilərinin bütün vasitələrdən istifadə edərək torpaqlarımızı ələ keçirmək üçün xalqımıza qarşı törətdikləri vəhşiliklər və xalqımızın başına gətirdikləri müsibətlər ətraflı araşdırılır. Kitabı yüklə

Olma Günahkar Nərgiz Çalxanqaya

Nərgiz Çalxanqaya (Orucova Nərgiz Musa qızı) 1956-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirərək politexnik ixtisas qazanmış və əmək fəaliyyətinə başlamışdır. Nərgiz Çalxanqaya uzun müddət Naxçıvan Dəmiryol Nəqliyyat hissəsində kitabxana müdirəsi kimi çalışmışdır. Həm dahilərin kitabları arasında ömür sürüb dünya ədəbiyyatı ilə dərindən tanış olmaq, həm də çox yerlərə, o cümlədən dini ziyarətgahlara səfərlər onun […]

Tarixlə səsləşən ömür yolu

Azərbaycanın və Özbəkistanın görkəmli döviət xadimi, Azərbaycan Respublikasının Özbəkistanda ilk Fövqəladə və Səlahiyyətli səfiri və Məkəzi Asiya Respublikalarında akkreditə olunmuş səfir Aydın Əlibəy oğlu Əzimbəyova həsr olunmuş bu kitab təkcə keşməkeşli, müsibətli sürgün həyatı yaşamasına baxmayaraq, həyatda özünü təsdiq etməyi, öz qürbət və doğma Vətəni üçün layiqli oğul olmağı bacarmış bir insanın taleyi haqqında deyil. Bu, həm də bu gün də təkrarlanan bir çox problemlərin çox uzağa – […]

Gülarə Munis

 Gülarə Munisin uşaqlar üçün yazdığı nağıl və şeir nümunələri  Kərimova Gülarə Musa qızı 1953-cü il 30 dekabr tarixində Bakıda dünyaya gəlib. Şairə-publisist. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 1988-ci ildən dövri mətbuatda şeirləri, publisist yazıları və elmi məqalələri dərc olunur.  “Azad Qələm” qəzeti və ”İşıq” qadın jurnalının əməkdaşıdır. 14 kitabı nəşr olunub, geniş oxucu kütləsinin istifadəsinə verilib.

“Bəla”ya düçar olmamaq üçün “Şər suyu”nu “Zəhrimar” bilmək lazımdır!

Yazıçı həkim-narkoloq Asif Kəngərli     “Mart ayı dərd ayıdır” deyirlər və bu dərd ayının ilk günündə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi Suraxanı rayon Mədəniyyət Evində ixtisasca peşəkar həkim-narkoloq olan Asif Kəngərlinin özünəməxsus bir istedadla qələmə aldığı hekayə, povest və dram əsərləri toplanmış kitablarının təqdimat mərasimini keçirib. Mərasimin özəlliyi isə bu tip tədbirlərin quru protokol çərçivəsində yox, ölkənin ən […]

Fikrət Rzayev Söz kitabı

 Fikrət Rzayevin “Söz” adlı kitabı son dövrlər dilçilik sahəsində müqayisə-qarşılaşdırma-ümumiləşdirmə yolu ilə aparılmış maraqlı tədqiqatlardan biridir. Səs, söz, şəkilçilər üzrə hər bir fonemin mahiyyəti müəyyən qanunauyğunluqlar əsasında bu kitabda təhlil və tədqiq olunur. Müəllif səslərlə sözlərin mə’nalarının əlaqəli şəkildə olduğunu mümkün hal hesab edir, sözlərin yaranma prinsiplərinə dil faktlarının müqayisəli təhlili əsasında elmi cavab axtarır.    

1 2 3 4