Bir könül sındırmışam

Siz heç düşünmüsünüzmü ki, nə üçün Rəşid Behbudov, Sara Qədimova, Anatollu Qəniyev və digər  korifey sənətkarlarımızın oxuduğu mahnılar daha çox sevilir və hələdə dinlənilir ? Bunun səbəbi yalnızca onların bizi ağuşuna alan ahəngli səsləri deyil, həmdə mahnıların sözlərindəki dərin məna və sözlərin axıcılığıdır. Sevərək dinlədiyimiz  bu müğənnilərin oxuduğu mahnılara nəzər yetirsək görərik ki, bu mahnıların sözləri tanınmış şairlərə məxsus olduğu […]

“Pastulat”

Uzun illər ərzində Dеyimlər haqqında hеç kimə hеç bir məlumat vеrməyən Vahid Rzayev ilk dəfə 1997-ci ildə məsələni Böyük Yaradanın İcazəsi ilə qardaşına açıqlamışdır. Məhz qardaşı Fikrət Rzayevin təşəbbüsü ilə Böyük Yaradanın Deyimləri ilk dəfə 1999-cu ildə kitab (“Yaranış”) formasında çap edilmiş və bununla, Böyük Yaradanın bütün bəşəriyyət üçün göndərdiyi Deyimlərinin daha geniş kütləyə çatdırılmasına şərait yaradılmışdır. Sonradan çap olunmuş […]

Sarıköynək

… viran olan bağdan çoxdan idi ki, quş səsi gəlmirdi. Sanki yuvası dağılan quşlar bağdan küsmüşdü. Əvvəllər səhərin gözü açılmamış, gün şəfəqlərini saçmağa macal tapmamış, quşların cəh-cəhi bağı bürüyərdi. Güllər nazlanar, yırğalanıb ətrini ətrafa yayardı. Səhərin mehi bu gözəl ətri bütün bağa çatdırardı. Güllərin ətrindən bihuş olan quşlar daha şövqlə oxuyar, bir-birinə səs verərdilər. Bəs bu axşam vaxtı bu quş […]

Etiraf

Bu günlərdə yenə şəhid ailəsi ilə görüşürdüm. Bu ailədən ön cəbhədə iki nəfər vuruşub, biri əlində silah tutub, o biri isə sanitar çantası.  Mən bütün bu söhbətləri dinlədikcə, o dəhşətli, müdhiş  mənzərələr gözlərim önündə canlanırdı. Düşünürdüm, İlahi, gör döyüşə gedən ana-bacılarımız nə dəhşətlər ilə üzləşiblər. Tibb bacıları   nə qədər  axan insan qanı, parələnən insan cəsədi görüblər.  Necə polad iradə sahibi olmaq […]

Alma almaya bənzər…

Azərbaycanın zəngin təbiətinə  istinadən deyirlər ki, dünyanın on bir iqlimindən doqquzu bizim məmləkətimizdədir. Bu Allahın Azərbaycana və  xalqına olan lütfü, mərhəmətidir. Torpağımızda bitən nemətlərin sayı hesabı yoxdur, meyvə, tərəvəz, gül-çiçək, min bir dərdin dərmanı otlar, daha nələr, nələr? Allahın verdiyi, torpağın yetişdirdiyi nemətlərə görə şükür əlaməti olaraq tarix boyu nənə-babalarımız nağıllarda, bayatılarda, o  nemətlərin müqəddəsliyini, saflığını, halallığını nəzmə çəkib. Bəstəkarlar […]

Çərşənbə arzuları…

Su olmaq istəyirəm… Saf, təmiz, şəffaf su. Dağlardan şəlalələr kimi hayqırıb axım. Bir ovuc mirvari kimi ətrafa səpələnim. Torpağın üstü ilə yol tapıb üzü çaylara doğru gedim. Çayın suyuna qarışıb, dərin-dərin dənizlərə, ümmanlara süzülüm. Su olmaq istəyirəm… Otlara, güllərə, çiçəklərə, ağaclara, bütün canlılara həyat vermək istəyirəm. Yayın qızmar istisində günəşin məhəbbətinə qərq olub buraxlanım. Səmaya qalxıb bulud olum və dünyaya […]

Gülarə Munisin deyimləri

Munisin deyimləri  “Munisin deyimləri” müəllifin on səkkizinci kitabıdır. Kitaba G. Munisin müxtəlif vaxtlarda dediyi ana sözləri, nənə öyüdü, ibrətli və hikmətli kəlamları, gənclərə tövsiyyə və nəsihətləri cəm olunub. Kitabı yazmaqda məqsəd budur ki, tarixdə “Atalar sözləri” var, qoy “Ana sözü” də olsun. Şərqdə, bəlkə elə Qərbdə də, indiyə kimi “Analar sözü” adlı kitab və ya toplu olmayıb, bu hər deyimin […]

Qaytar dənizi…

 Səni heç vaxt belə pərişan görməmişdim…     -Nədən belə məyussan, dəniz?     Sanki ləpələr sənin göz yaşlarını sahilə aparır. Suların rəngi də qaralıb, elə bil üşüyürsən.     Üfüqündə belə bir zərrə rahatlıq yoxdur. Elə hey ətrafa boylanıb o tərəf-bu tərəfə baxırsan.     Kimi axtarırsan, dəniz? Kimdən nigaransan? Dəniz: -“Çətindir, çox çətindir mənə… Hamı məni lənətləyir, hamı günahı məndə görür. Sahildə dayanıb […]

Bir tay uşaq ayaqqabısı

Novella Güclü yağış kəsmək bilmirdi… Avtobusun şüşəsindən küçəyə baxırdım. Havanın əlverişsiz olduğundan avtobus yavaş sürətlə hərəkət edirdi. Dayanacağa çatırdıq, birdən asfaltın üstündə gözümə nə isə sataşdı. Diqqətlə baxdım, 4-5 yaşlı qız uşağının ayaqqabısının bir tayı idi. Bir az aralıda yola xeyli şüşə qırıqları səpilmişdi. Güclü yağışın yaratdığı gölməçənin içində bir tay ayaqqabı yavaş-yavaş yırğalanırdı. Yaraşıqlı ayaqqabı tayı sanki sola-sağa boylanmaqla […]

Deyə bilmədiyimiz sözlər…

Nitqimizdə bəzi sözlər var ki, onu deməyə çox çətinlik çəkirik. Bəzi sözlər də var ki, onu çox asanlıqla və soyuqqanlı şəkildə deyirik… Niyə görəsən, “Sevirəm” sözünü demək bu qədər çətindir? Nəyə görə başqa vaxt dil-dil ötən insan bu bir kəlmə sözü deməyə cəsarət etmir? Sözü ağzında o qədər fırladır ki, sonra onu udmalı olur.  Bir həqiqət  də var, saf məhəbbətlə […]

1 2 3 5