Yorulmaq bilməyən tədqiqatçı alim

   Bu dünyadan köçüb – ölməyənlər     İstedadlı  tədqiqatçı, alim Əjdər Fərzəli (Əjdər Əliş oğlu Fərzəliyev 1937-2011) son illərdə çap olunmuş monoqrafiyaları  və elmi-kütləvi məqalələri ilə diqqəti cəlb etmişdir. Onun saysız araşdırmalar və tarixi müqayisəli təhlillər əsasında aşkar etdiyi, gəldiyi nəticələr elm üçün, xalqımızın qədim və zəngin mədəniyyətinin əl çatmayan qatlarının aşkarlanması üçün çox gərəklidir. Bunu müəllifin son 40 ildə […]

Mənasızlıqdan mənalar dünyasına, yoxsa?….

(Mərhum alim Fikrət Rzayevin vəfatının qırxıncı gününə) Çağdaş dünya elminin qədim yunanlardan və hind-çin-ərəb kəsimindən üzübəri keçib gəldiyi ziqzaqlı yolu saf-çürük edəndə olduqca sadə bir mənzərə yaranır: kəşfləri və açılışları ilə öyündüyümüz Yer elmləri (bundan dəqiq ifadə tapa bilmədik…) bu günə qədər, sadəcə, elmi təsvirlə məşğul olurmuş. Bu təsvirin bizim təfəkkürümüzün səviyyəsi baxımından inqilabi hesab edilən son nümunələri isə Albert […]

Söz nədir?

Aşağıda sizə təqdim edilən “Söz nədir?” adlı məqalə 04.11.2012-ci il tarixdə Azad Azərbaycan qəzetində dərc olunmuşdur.     Təbii ki, bu suala cavab vermək ilk baxışdan elə də mürəkkəb deyil! Söz səslərdən ibarət ifadədir. Əlbəttə ki, bu, ilk baxışdan olduqca sadə, olduqca asan görünən aksiomadır. Əlbəttə ki, sözlərə, səslərə bizim bildiyimiz, duyduğumuz kimi yanaşdıqda  məhz bu belə də görünür və […]

Məşhur neftçi və novator dilçi alim haqqa qovuşdu

Fikrət Həsən oğlu Rzayev (1936-2013)     Azərbaycan neft sənayesinə və dilçilik elminə ağır itki üz vermişdir. Görkəmli tədqiqatçı-mühəndis, uzun müddət “AZlNMAŞ”da çalışmış Fikrət Həsən oğlu Rzayev 28 fevral 2013-cü il tarixində qəflətən dünyasını dəyişmişdir. Allahdan bu gözəl insana, yaradıcı alimə rəhmət diləyirik. Heyif  Ondan…

Sözün sirlər aləmi

    Sözün zahiri və daxili cəhətindən danışırıq. Onun səslənməsinə, səs kompleksinə, mənasına diqqət yetiririk. Səs kompleksinə malik olmayan sözün mənası yoxdur deyirik.  Ancaq sözün səs kompleksinin – zahiri cəhətinin fonematik mahiyyətinə enmirik, səs kompleksindəki ayrı – ayrı fonemlərin daşıdığı məna yükü barəsində düşünmürük. Fonemlərin daşıdığı məna yükünü sözlərdə bərpa etmək, onların sistemli,

Heç bir iddiası olmayan mühəndis

    Fikrət Rzayev elm aləmində titulu olmayan, həm də buna ehtiyac hiss etməyən, öz mənəvi dünyası ilə yaşayan bir insandır. O, müxtəlif iddialardan çox-çox uzaqda dayanan təvazökar vətəndaşdır. Adiliklə dərinliyi özündə cəm etmiş fikir və düşüncə sahibidir. Açığını deyim ki, çoxları İlahi qüvvənin dediklərini duyub təhlil etmək bacarığına malik olsaydıllar, bəlkə də nələr etməzdilər. Bu da Fikrət Rzayevin xarakterinə […]

Əmim – Fikrət Rzayev

    Bu gün səhər acı xəbərlə açıldı gözlərim! İnana bilmirdim eşitdiklərimə! Amma… əmim artıq həyatda yox idi! Varlığını hər an görmək istəsəm də, nədənsə, bəzən uzaq qaldığım insan idi O! Uşaqlığımdan belə ona duyduğum sevgi sırf əmi sevgisi deyildi: böyük insan idi əmim mənim üçün! İdeal obraz idi həyatımda! Yerə bağlı sevgiylə çox istəmirdim onu ,

Fikrət Rzayevin “Unikal” qəzetinə müsahibəsi

    “Dilimizdəki istənilən söz sanki bir riyazi düsturdur” Fikrət Rzayev: “Dilin mənşəyi ilə bağlı axtarışlarımın ilk qaynağı, daha doğrusu, bulağın gözü milli-azadlıq hərəkatı oldu”      Məlum olduğu kimi, danışıq dilinin mənşəyi barədə lap qədim dövrlərdən başkayaraq ən müxtəlif nəzəriyyələr irəli sürülsə də, bu problem hələ də ciddi bir müəmma olaraq qalır. Qocaman mühəndis Fikrət Rzayevin danışıq dilinin və sözlərin […]

Fikrət Həsən oğlu Rzayev

FİKRƏT HƏSƏN OĞLU RZAYEV  (16.08.1936-28.02.2013)             1936-cı ildə Naxçıvan şəhərində qulluqçu ailəsində anadan olub. Naxçıvan şəhər 1 №-li orta məktəbi 1954-cü ildə “Qızıl medal”la bitirib. 1954-cü ildə Azərbaycan Sənaye İnstitutunun  “Neft mexanikası” fakültəsinə qəbul olunub. İnstitutu bitirmə ərəfəsində həmin Sənaye İnstitutu M.Əzizbəyov adına Neft  və Kimya  İnstitutu adlandırılıb.

1 2 3 4 5