Qəzəl

İgid əsgər, bu səhər oldu mübarək zəfərin, Düşdü azad Şuşaya indi güzarın, səfərin. Sancılıb bayrağımız Şişəyə gör, ünvana bəh, Yayılıb Azərbaycana sənin xoş xəbərin. Düşmənin bağrına dağ basdı sənin zərbələrin, Mərhəba! Çaldı zəfər, nura boyandı səhərin. Ordumuz viran edib erməninin postlarını, Dönəcək dastana, əfsanəyə hər bir hünərin. O zəfər badəsini nuş eləmişdir igidim, Yaz ki, Munis, qəzəlin əsgərə olsun nəmərin. […]

Naxçıvan Muxtar Respublikasında torpaq mühitinin qorunması problemləri. Ön Söz

ÖN SÖZ Məlumdur ki, dünyada baş verən səhralaşma-torpaq deqradasiyası prosesləri Naxçıvan Muxtar Respublikasında da yayılan torpaqların mühitünün pozulmasına təsirini göstərir. Ərazidə müxtəlif təbii və antropogen təsirlər nəticəsində torpaqlarda baş verən deqradasiya prosesləri münbitliyin azalmasına, məhsuldarlığın aşağı düşməsinə və əhalinin ərzaq ehtiyatlarının ödənilməsində iqtisadi-sosial çətinliklər yaradır. Bu məqsədlə muxtar respublikanın ərazisində torpaqların münbitliyinin qorunmasında və səmərəli istifadə olunması üçün torpaq-bitki tədqiqatlarının […]

Can verən ağac

Hündür ağacın nəhəng gövdəsi cadar-cadar idi. Bu ağacın nə qədər qoca olmasından xəbər verirdi. Ağacın şaxələnən budaqları müxtəlif tərəflərə yönəlmişdi. Böyük bir ərazini zəbt edən budaqların bəziləri yamyaşıl yarpaqlarla örtülmüşdü. Bəziləri isə qurumaq üzrə idi. Xəfif meh yarpaqları titrətdikcə ərtafa xoş bir sərinlik yayılırdı. Budaqların üstündə az qala şirəsi axan ağ tutlar ağ kəpənəklərə bənzəyirdi. Meh əsdikcə yetişən tutlar tappıltı […]

Quşların bəslənməsi zamanı doğru bildiyimiz yanlışlar

 İnsan orqanizminin sağlıqlı bəslənməsində  quş ətinin istifadə olunması əvəzolunmaz yerə malikdir. Çünki qırmızı ətlə müqayisədə , quş əti insan orqanizmində rahat həzm olunur və xolestirol yaratmır. Həmçinin lazımlı vitamin qrupu və elementlərlə təmin edir. Nəticə etibariylə daimi təmiz quş ətiylə bəslənən orqanizm bir çox problemlərdən uzaq olur. Amma hal-hazırki dövr üçün ən böyük aktual problemlərdən biri sağlıqlı yetişdirilməyən quş ətləridir. […]

Əmrə Yunis adı və Əbrəqunis toponimi

Yunis Əmrənin Naxçıvanla əlaqəsini bilirsiniz? Yunis Əmrənin doğum tarixi və qəbrinin harda olması haqqında dəyərli alim Akif Azalpın yeni araşdırmaları və mülahizələrini təqdim edirik.      Keçən il vəfatının 700 illiyi beynəlxalq miqyasda qeyd olunan dahi türk şairi və mütəfəkkiri Yunis Əmrənin bütün dünyada ən çox oxunan və sevilən Şərq şairlərindən biri olduğu hamımıza yaxşı məlumdur. Onun yubiley ilinin öz vaxtında YUNESKO tərəfindən […]

İkinci beyin xəstədədə birinci beyin xəstədir

Akkermansia muciniphila yeni nəsil probiotik bakteriyaların strateji rolları. İKİNCİ Beyin və BİRİNCİ Beyin arasında ikitərəfli əlaqə var. 1.Bağırsağın selikli qişası 2-ci hissə Vagus Enterik sinir sistemi İkinci Beyin bağırsaq florası, düzgün adı ilə bizim Microbiota orqanımızdır. Mikrobiotada faydalı bakteriyaların əvəzinə zərərli bakteriyalar və digər orqanizmlər çoxalırsa, immunitet sistemi zəifləyir və sonrakı mərhələdə çökür və ikinci beyin xəstələnir. Bağırsaq keçiriciliyi Bağırsaq […]

Bizi idarə edən gözə görünməzlər

(PREBİOTİK VƏ PROBİOTİKLƏR) Bizi idarə edən gözə görünməzlər dedikdə bizim göz vasitəsilə görə bilmədiyimiz kiçik canlı orqanizmlər nəzərdə tutulur. Bunlar təbii ki,bakteriya qruplarıdır. Bakteriyalar hər yerdə rast gələ biləcəyimiz yeganə canlı varlıqlardır.Müxtəlif forma və funksiyaya malik olan bu canlılar nəinki insan orqanizmini, bütün bəşəriyyəti idarə edir. Baş verən bütün təbii çevrilmə proseslərini bakteriyalar çox böyük məharətlə yerinə yetirirlər. Bunların içərisində […]

E`lan

E`LAN Beynəlxalq Sistemologiya Akademiyası Türkoloqların I Beynəlxalq Sistemoloji Konqresi çərçivəsində tədbirlərdə iştirak etmək istəyənləri dəvət edir. Çıxış edənlər tam soyadını və adını, təmsil etdikləri təşkilatın tam və qısaldılmış adını, habelə şəxsiyyətini təsdiq edən sənədin (pasport) fotoşəklini göstərməlidirlər. Hesabat tezislərinin həcmi – istənilən dildə 5-8 səhifə (A4 formatı; səhifənin kənarından abzaslar – 2; 2; 2.5; 1.5; şrift – Times New Roman, […]

Bitki yetişdiriciliyi, Ramazanova Xəyalə Sərdar qızı

Cəlilabad rayon  Uzuntəpə kənd R.Hüseynov adına 2 saylı tam orta məktəbin biologiya müəllimi. Elmi rəhbər: Prof. Rüfət Lətif oğlu Hüseynzadə Açar sözlər: Organik bitki, təmiz ekologiya,sağlam organizm. Anahtar kelimeler: Organik bitgi, saf ekoloji, sağlıklı organizma Bütün canlıların yaşaması üçün bitkilərin hər zaman yetişdirilməsi ön planda olmalıdır.Bu səbəbdən bəşəriyyət bitkilərsiz heç bir gücə malik deyildir. Mən bitkinin vegetativ orqanı olan kök […]

“Vətəni bütöv olanın ürəyi də bütövdür” misralarının müəllifi Xanəli Kərimliyə – ELBƏYİ MAQSUDOVDAN.

Körpə maral bağrı yanar Ovçu görsə yarağında. Biz də sözlə alışırıq Şeir,sənət ocağında.       Çox düşərək bərkə-boşa, Əlli ili vurdun başa, Bundan sonra, qardaş, yaşa Yeni əlli marağında.   Zülmət görüb nə yol azdın, Nə kimsəyə quyu qazdın, İki gözəl əsər yazdın Ürəyinin çırağında.   Qəriblikdə daş da solur, Ana,bacı saç da yolur. Kəsilməyə baş da olur, Bütöv […]

1 2 3 4 5 6 35