Xanəli Kərimli:”Payız Duyğuları”

  Çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri, pedaqoq, tədqiqatçı Xanəli Kərimlinin bu kitabında poetik yaradıcılığından seçmələr toplanmışdır. Şairin əsərlərinin cövhəri olan vətəndaş yanğısı, Haqqa sədaqət, yurda bağlılıq, insana sevgi bu şeirlərdə aşkar gö­rünür. Şübhə etmirik ki, toplu oxucular tərəfindən maraqla qarşılanacaq. BU DA BİR NAĞILDI… Ata, bir nağıl kitabı tap, oxuyaq                   […]

AMЕA Naxçıvan bölməsi əlyazmalar fondunda saxlanılan naxçıvanlı müəlliflərin əlyazmaları və onların mövzu xüsusiyyəti

Bədii ifadə ilə belə bir deyiliş vardır ki, me`marlıq abidələri bəşər mədəniyyətini nəsillərdən-nəsillərə sözsüz, kitablar isə sözlə ötürür. Dünyanın bütün xalqları bəşər dühasının yaratdığı əsas sərvəti yazılarda qoruyub saxlamış, bunu min illərlə əl ilə kağızdan-kağıza köçürərək, bugünkü nəsillərə gətirib çatdırmışdır. Dünyanın qədim mədəniyyət ocaqlarından biri olan Azərbaycanda da bu yolla yaranmış minlərlə əlyazma Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına […]

Toponimlər orta əsrlərdə Naxçıvanda fəaliyyət göstərən sufi təriqətlərinin şahidi kimi

Qədim zamanlardan başlayaraq Naxçıvan bölgəsindən mühüm ticarət yollarının keçməsi ərazimizdə sufi təriqətlərinin geniş yayılmasını və çoxlu xanəgahlar qurulmasını şərtləndirən amillərdən biri olmuşdur. Orta əsrlər zamanı təriqət mənsubları olan dərvişlər daha çox adamla ünsiyyətdə olmaq və nəzarətini əllərində saxladıqları ticarəti gücləndirmək üçün öz xanəgahlarını əsasən gediş-gəlişin çox olduğu yerlərdə, mühüm ticarət yollarının kənarlarında qururdular. Bu fikri vaxtilə ərazidə müxtəlif vaxtlarda yaradılan, […]

Naxçıvan folkloruna həsr edilmiş dəyərli monoqrafiya

Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil, və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şö’bəsinin müdiri, Filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Rüfət oğlu Hüseynzadənin “Elm və təhsil” (2016) nəşriyyatı tərəfindən çapdan çıxmış “Naxçıvan folklor mətnlərində yaşayan tarix” adlı monoqrafiyası, Azərbaycan folklorşünaslığına, o cümlədən Naxçıvan folklorunun öyrənilməsinə dəyərli bir  töhfədir. Naxçıvan folklorunu dərindən öyrənməyi, ciddi tədqiq etməyi Ulu Öndərimiz Heydər Əliyev bir vəzifə […]

Unudulmuş adətlərimizdən: bayrama qalan əllidir…

(Naxçıvan materialları əsasında) Məqalədə Naxçıvanda heyvandarlıq təsərrüfatı əsasən oturaq formada olmaqla yaylaq və qışlaq xarakteri daşıdığı təhlil edilmişdir. Qışlaqların bölgədə daha çox Arazboyu əraziləri əhatə edildiyi araşdırılmışdır. Eyni zamanda topladığımız etnoqrafik çöl materiallarına görə, Döl bayramına əlli gün qalmış maldarlıqla bağlı olaraq Naxçıvan bölgəsində (əsasən Ordu-badda) xüsusi bir mərasim keçirildiyi araşdırılıb ortaya çıxarılmışdır. Mərasimin keçirilməsin-də əsas məqsəd doğulacaq quzuların sağlam, […]

XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvanda müəllim kadrlarının hazırlığı

Xülasə Məqalədə XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvanda müəllim kadrlarının hazırlığı məsələləri araşdırılmışdır. Bu zaman öyrənilmişdir ki, Naxçıvanda təhsil sahəsində həyata keçirilmiş mütərəqqi dəyişiklərdən biri də yerli, milli pedaqoji kadrlarının hazırlanması və müəllim potensialının  formalaşması olmuşdur. Bu isə regionda ədəbi-mədəni mühitin canlanmasına və yerli ziyalı sinfinin formalaşmasına təkan verdi. Açar sözlər:Məktəb, müəllim, təhsil, şagird, texnikum, inistitut, pedaqoji kadır XIX […]

Əzizə Cəfərzadənin “Hundağı” povestində tarix və müasirlik problemi

Məqalədə Əzizə Cəfərzadənin “Hun dağı” povesti tədqiqat obyekti kimi seçilmiş, əsərdə sənətkarlıq məsələləri, üslubi özünəməxsusluqlar vurğulanmışdır. Eyni zamanda əsərdə tarixi reallığın bədii təqdimi məsələləri, müasir gerçəkliyin əsərdə əksi problemi, yazıçı mövqeyinin əsərin ümumi ruhundakı həlledici mövqeyi müvafiq nümunələrlə təhlilə cəlb olunmuşdur. Açar sözlər: Ə.Cəfərzadə, “Hun dağı”, tarix, müsair gerçəklik, ədəbi norma Azərbaycan ədəbiyyatında povest janrının maraqlı nümunələri, özünəməxsus inkişaf yolu […]

Böyükxan Naxçıvanski və Təbriz tetrı

Azərbaycanda teatr sənətinin kökləri çox qədimdir.  Xalqımızın həyat tərzi ilə bağlı çox sayda qədim ayinlər, oyunlar, teatr ünsürləri, mərasimləri olmuşdur. Zaman keçdikcə bu ünsürlər xalqın həyatı ilə bağlı yeni məzmun ifadə edərək   xalq teatr tamaşalarının yaranmasının özülünü təşkil etmişdir. Sonralar xalq teatrı ilə yanaşı, dini tamaşalar meydana gəlmişdir. Meydan tamaşalarının bu növü həm öz dramaturgiyası, həm də öz “aktyoru” ilə […]

Vətən yanğılı şair

 Şairlik  müqəddəs və böyük  vətəndaşlıq  hissindən  başlayır. Yaradıcılığına daima diqqət göstərdiyim, izlədiyim gözəl, xeyirxah insan, mehriban, qayğıkeş ata – şair, publisist, vətəninə vurğun el sənətkarı  Vaqif  Məmmədov 28 iyun 1948-ci ildə  Naxçıvan MR  Sədərək kəndində anadan olmuş, ilk təhsilini həmin kənddə almışdır. Atası Cəfər kişi “Asnı” tayfasının Bayməmməd nəslində dünyaya gəlmiş,  uzun müddət yüksək vəzifələrdə işləmişdir. Anası Zəroş xanım da […]

Muxtariyyətin ilk illərində Naxçıvanda elmin inkişafı

1920-ci ildə Naxçıvan sovetləşəndən sonra Naxçıvan Xalq Komissarları Sovetinin əsas diqqəti burada maarif və mədəniyyət sahəsində həyata keçirilməsi vacib olan tədbirlərə yönəlmişdi. İlk tədbirlərdən biri savadsızlığın ləğvi ilə bağlı idi. Bu, təsadüfi deyildi. Çünki bir tərəfdən Rusiya müstəmləkəsinin ucqarlarından biri olması, digər tərəfdən isə 1918-1920-ci illərdə  xarici müdaxiləçilər və daşnaq bandaları tərəfindən maarif və mədəniyyət ocaqlarının dağıdılması (8, v.13) bu […]

1 2 3 4 5 6 7