YÜZƏ ÇAT; QARA QUTU; ÜNVANINA ÇATMADI Vaqif Məmmədovdan – Xanəli Kərimliyə.

  Vaqif MƏMMƏDOV YÜZƏ ÇAT   Şair dostum Xanəli Kərimlinin 60 illiyinə  Fidanları bağ eylədin bu yolda, Təpələri dağ eyədin bu yolda. Qara saçı ağ eylədin bu yolda, Bu haqqındı,haqqa qovuş, düzə çat!..   Tale vurdu qandalları qoluna, Sən çevrildin söz mülknün quluna. Misraların işıq salır yoluna, Yolları yor,kəlama çat, sözə çat.   Yollar keçdin kinayəli, tənəli, Ömür daha düzəngaha […]

“İNSAN SÖZÜ KƏŞF EDİB, SÖZ DƏ İNSANI…”

Şair Xanəli Kərimli ilə poeziya söhbəti  “Şair olmaq xoşbəxtlikdir” – deyirlər Ruhumuza sığal çəkən, könlümüzü oxşayan, bizi düşündürən, mənəviyya- tımıza təsir edən poeziya romantik duyğuların təcəssümüdür. Lakin o şair xoşbəxtdir ki, yaratdıqları özündən sonra da onu yaşadır. Əminliklə deyə bilərik ki, şair Xanəli Kərimlinin də yaradıcılığı nəsildən-nəslə keçərək onu yaşadacaq. Çünki Xanəli Kərimli “Ay işığında”, “Anamdan məktub”, “Bu da bir […]

TƏLƏBƏ DOSTUM XANƏLİ KƏRİMLİ HAQQINDA BİR NEÇƏ SÖZ

Əziz dostum, qardaşım, uzaq tələbəlik illərimin yaxın sirdaşı Xanəli Kərimli, bu yazını yazmazdan əvvəl əlli iki illik bütöv bir dövrün sirinli-acılı, fərəhli-fərəhsiz, sevincli-kədərli günlərini, ustad M.Şəhriyar demişkən “bir sinema pərdəsi tək” göz önümə gətirdim, nədən və necə başlayacağımı kəsdirə bilmədim… Əziz qardaşım, sənin şeirlərinin birində deyildiyi kimi:   “xatirələr var ki, yaşamalıdır, xatirələr var ki, ölsə yaxşıdır…”   …Bu misralarını […]

HALAL VƏ ƏXLAQLI YAŞAMAQ QƏHRƏMANLIĞI

HALAL VƏ ƏXLAQLI YAŞAMAQ QƏHRƏMANLIĞI (Elmi-publisistik məqalə)   “Vicdan insan varlığının ictimai təbiətini hərəkətə gətirən duyğudur. İnsanın özü-özünü insanların gözü ilə görmək qabiliyyətidir. Başqa sözlə, sağlam ictimai rəyin şəxsiyyətdə fərdiləşmiş ifadəsidir. Öz vicdanının səsini eşidən ictimaiyyətin, elin səsini eşidir”. Camal Mustafayev   O – Camal Mustafayev – Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Camal Vəli oğlu Mustafayev Günəş qədər […]

Xanəli Kərimli – “Ata” poeması

  A T A (xatirə-poema)   “Ata” xatirə-poemanı mənə dostum, iman-irfan əhli Çingiz Süleymanovun gördüyü yuxu yazdırıb. Dedi, bu yaxınlarda axşam namazını qılıb yatdım, yuxumda dolu bədənli, ağsifət bir kişi dedi: “Xanəli Kərimlini tanıyırsan?” Cavab verdim, bəli, tanıyıram. Dedi, onun atasıyam, adım da Abbasəlidir. De ki, niyə adımı kitabına salmır? Bu kağızı da ona verərsən. Ka- ğızı aldım, gördüm yazılıb […]

Xanəli Kərimli: Şairin könül dünyası.

 Görkəmli şair, ədəbiyyatşünas alim, pedaqoq, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimlinin anadan olmasının 70 illiyinə həsr olunmuş bu topluda onun ümumi yaradıcılğına, ayrı-ayrı kitablarına və əsərlərinə həsr olunmuş elmi, şəxsiyyətindən bəhs edən publisistik məqalələr, müsahibələr, qələm dostlarının yazdıqları ithaflar, məqalələrdən sətirlər, xəbərlər  və “Ata” poeması toplanıb. O, ədəbiyyatşünaslıqla bağlı tədqiqatlar, 8 poetik toplu müəllifidir, yaradıcılığına və şəxsiyyətinə həsr olunmuş beş […]

Elman Cəfərov 70

     CƏFƏROV ELMAN MƏHƏRRƏM OĞLU – Rəssam Heykəltaraş 1951 ci ildə Naxçıvan şəhərində anadan olmuşdur – orta təhsilini Əkbər Ağayev adına internat məktəbində almış, orta təhsilini başa çatdırıb 1968 ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbinə qəbul olmuş, 1972 ci ildə texnikomu bitirib Naxçıvan şəhərinə qayıtmış və əmək fəaliyyətini və yaradıcılığını Naxçıvan şəhərində davam etdirmişdir. 1975 ci ildə Azərbaycan Dövlət İncəsənət […]

Xəzərin səssiz şahidi “Nargin”

Bayırda zərif və çiskin yağan yağış damlaları daxmamın xəzərə baxan pəncərəsini elə döyür ki, sanki illərdir yoxluğuyla varlığa çevrilən birindən xəbər gətirir. Qapı çırpıntısına səksənib oyanıram xəyallarımdan. Sənələrin arxasından gələn məhzun baxışlı, qəmli yolçunun çəkdiyi qəm karvanı elə qocaltmışdı ki onu, kölgəsini itirmiş günəş kimi öz şəfəqlərində buz kəsmişdi. Saçlarının bəyazından asılan bu qadının siması, nuru və zülməti xatırladırdı. Saçındakı […]

Kərimli Xanəli. Tanrı müjdəsi. Şeirlər və poemalar

Rəyçi Əsgər RƏSULOV, Filologiya elmləri doktoru, professor Redaktoru Nəriman ƏBDÜLRƏHMANLI Kərimli X. Tanrı müjdəsi. Şeirlər və poemalar. Bakı, Qanun nəşriyyatı, 2021, 300 səh., 300 tiraj. Görkəmli şair, ədəbiyyatşünas və pedaqoq Xanəli Kərimli “Ay işığında” (1998), “Anamdan məktub” (2000), “Bu da bir nağıldı…” (2004), “Mənə elə gəlir ki…” (2008), “Duyğularım, düşüncələrim”, “Mənim könlüm bir ümmandır” (İran, 2011), “Payız duyğuları” (2013), “Ahlat […]

Azərbaycanlı xanım Beynəlxalq İntellektual Əməkdaşlıq Komitəsi İntellektual Liqası”nın həqiqi üzvü seçilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin əməkdaşı – Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova beynəlxalq jurnallarda nəşr olunan məqalələrin elmi əsərlərinə olunan istinadların çoxluğu nəzərə alınmaqla “Beynəlxalq İntellektual Əməkdaşlıq Komitəsi İntellektual Liqası”nın həqiqi üzvü seçilib. Mənbə: https://umayclub.com/az%C9%99rbaycanli-xanim-beyn%C9%99lxalq-intellektual-%C9%99m%C9%99kdasliq-komit%C9%99si-intellektual-liqasinin-h%C9%99qiqi-uzvu-secilib/

1 2 3 4 7