Naxçıvan Arxeologiyası yeni tapıntılar İşığında

GİRİŞ Naxçıvanın əlverişli təbii-coğrafi şəraiti Paleolit dövründən başlayaraq insanların burada məskunlaşmasına şərait yaratmışdır. XIX əsrdə Duzdağın daş baltaları və Qızılburun boyalı keramikası ilə gündəmə gələn Naxçıvan arxeologiyası ilə bağlı XIX-XX əsrlərdə xeyli elmi əsərlər yazılsa da, bu əsrarəngiz diyarın qədim abidələri bütöv şəkildə dünyaya tanıdılmamışdır. 1997-ci ildə İstanbul Universiteti müəllimlərinin, xüsusilə Prof. Dr. Veli Sevinin, həmçinin “Arxeologiya və Sənət” furnalının […]

Ulu daş salnaməyə böyük sevgi

İri və inamlı addımlarla irəliləməsi heç vaxt səngiməyən Azərbaycanın sosial-mədəni həyatı yaşadığımız 2020-ci ildə də əlamətdar hadisələrlə zəngin olmuşdur. Onlardan biri Türk-oğuz dünyasının keşməkeşli çağlarını yaşadan və əks etdirən misilsiz Gəmiqayanın daş salnaməsi haqqında möhtəşəm yeni əsərin – ən dolğun kitabın nəşridir. Haqqında bəhs edəcəyimiz kitab, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla işıq üzü görən “Gəmiqaya qayaüstü rəsmləri” adlı fundamental nəşrdir. […]

GƏMİQAYA QAYAÜSTÜ RƏSMLƏRİ KİTABI

Gəmiqaya abidələri Azərbaycanın qədim mədəniyyət və incəsənət xəzinəsidir       Dünyanın müxtəlif ölkələrində mövcud olan qayaüstü rəsmlər həmişə tarixçi, arxeoloq, sənətşünas, etnoqraf, dilçi, folklorçu, habelə zoologiya və digər elm sahələri ilə məşğul olan tədqiqatçıları özünə cəlb edən və tarixi mənbə kimi böyük əhəmiyyətə malik olan nadir abidələrdəndir. Dövrümüzün sirli daş salnamələri hesab olunan bu cür abidələr Fransa (Şaffo və Limeylya), İspaniya […]

NAXÇIVANIN İLK TUNC DÖVRÜ KERAMİKASI

   Azərbaycanın qədim arxeologiyasında və tarixşünaslığında bir sıra mühüm problem məsələlərin həlli üçün XX əsrin 40-cı illərindən  tədqiq olunmağa başlanan ilk Tunc dövrü Kür-Araz mədəniyyəti abidələri əsas mənbələrdir. Yayılma arealı Şimali Qafqazdan Suriya və Fələstinədək geniş coğrafi ərazilərdə müəyyən edilmiş bu mədəniyyətin bir sıra yaşayış məskənləri və qəbir abidələrində geniş arxeoloji tədqiqat işləri aparılmışdır. Naxçıvan diyarı Kür-Araz mədəniyyətinin ilk yarandığı […]

Hər daşın altında bir tarix yatır

GƏMİQAYA MÖCÜZƏLƏRİ AZƏRBAYCAN ərazisində ən qədim və sərarlı təsvirlər qeydə alınmışdır. Qobustan qayaüstü rəsmləri bütün dünyada elmi ictimaiyyətin nəzərini cəlb etmişdir. Bunlar təkcə şəkil, rəsm olmaqla qalmır; eyni zamanda məqsəd, istək bildirən işarələr – təsviri yazılar kimi də maraqlıdır. Bəziləri təsviri və xətti yazıları Azərbaycan ərazisində çox vaxt təkcə Qobustanda axtarırlar. Halbuki diyarımızın bir çox yerlərində bu nümunələrə rast gəlirik. […]

GƏMİ-QAYA: “Ulu keçmişimizə bir nəzər”

   Neçə sənədir ki, görkəmli Azərbaycan alimi və tərcüməçisi Əbülfəzl Hüseyni aramızda yoxdur. Bu yanarlı şəxsiyyət Naxçıvanda, onun qədim abidələri ilə, ədəbi mühiti ilə yaxından məşğul olmuş, bu ulu diyar haqqında onlarca sanballı, elmi-publisistik məqalələr yazmışdır.  Oxucular tərəfindən sonsuz məhəbbətlə qarşılanan həmin yazılar içərisində “Gəmiqaya haqqında”kı elmi-publisistik məqalə vaxtı ilə “Şərq qapısı” qəzetində dərc olunmuş, müəllifə geniş oxucu kütləsi arasında böyük […]

Qədim Gəmiqaya-Qobustan əlifbamız

Əjdər Fərzəli(Əjdər Əliş oğlu Fərzəliyev, 1937-2011) 40 ilə yaxın apardığı tədqiqatlar nəticəsində Naxçıvanda-Gəmiqayada qayaüstü yazılarda və Azərbaycanın digər bölgələrində  Qədim Əlifbamızı kəşf etmişdir.Bu kəşflərin müəllifi olan görkəmli alim  AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi olmuş, filologiya elmləri namizədidir.          Əjdər Fərzəli ümumən 19 kitabın, o cümlədən “Dədə Qorqud” seriyasından 3, “Gəmiqaya-Qobustan” seriyasından 4 elmi kitabın,  300-dən çox elmi və […]

Gəmiqaya-Qobustan mədəniyyəti

1.1Mövzunun aktuallığı Azərbaycan prezidenti İlham Əliyevin «Qobustan Dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında» 11 iyun 2007-ci il tarixli sərəncamında göstərilir ki. Qobustan Azərbaycan xalqının Milli sərvətidir.     Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən Milli sərvətlər xəzinəsinin qorunması və gələcək nəsillərə çatdırılması, eləcə də Azərbaycan Respublikasının qədim mədəni irsinin geniş miqyasda təbliğ olunması Sərəncamda xüsusi […]

Gəmiqaya-Qobustan əlifbası…

Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinın öyrənilməsində yeni elmi mərhələdir Mərhum araşdırmaçı Əjdər Fərzəlinin (1937-2011) yaradıcılığı bundan sonrakı onillərdə də aktual olacaq. Professor Qara Məşədiyevin alimin yaradıcılığı haqqında qənaətləri maraq doğurur: “Onun saysız araşdırmalar və tarixi müqayisəli təhlillər əsasında aşkar etdiyi, gəldiyi nəticələr elm, xalqımızın qədim və zəngin mədəniyyətinin əl çatmayan  qatlarının aşkarlanması üçün çox gərəklidir. Bunu müəllifin 40 ildə çap etdirdiyi […]

Əjdər Fərzəlinin “ Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” adlı əsərinə rəy

Mərhum alim Əjdər Fərzəlinin “ Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” adlı əsərində  maraqlı və çox aktual olan bir çox məsələlərə toxunmuşdur. Dünya tarix və dilçilik, həmçinin epiqrafiya elmində  yazının yaranma tarixi haqqında XX əsrdə qəbul edilmiş konsepsiyaya görə  bəşəriyyətin səsli işarəyə keçidi fonoqrafik yazı olaraq, son hədd hesab edilir. Bu  yazı növünə keçidə qədər bütün insanlıq 3 böyük  dövrdən-piktoqrafik, ideoqrafik və […]

1 2