“Ноев Ковчег и Гямигая-Гобустанский Алфавит” kitabının xülasəsi

“Xülasə” Bu günlərdə Azərbaycanın görkəmli alimi Əjdər Fərzəlinin (1937-2011) “Ноев Ковчег и Гямигая-Гобустанский алфавит” əsəri yenidən işıq üzü görüb Xatırladaq ki, məşhur dilçi Naxçıvan qayalarında, Bakı yaxınlığında Qobustanda, digər arxeoloji abidələrdə və Azərbaycan xalçalarında ilk dəfə olaraq qədim Azərbaycan Əlifbasını kəşf edib. Həmçinin Nuh Gəmisinin Gəmiqaya və Qobustandakı təsvirləri də tarixdə ilk dəfə müəllif tərəfindən aşkarlanıb. Kitab Azərbaycan Respublikasının Prezidenti […]

Gültəkin Əsgərova

Qadın zəifdirmi?  Bu qoca dünyada bir adət də var,  Qadın olan yerdə ədalət olar   S.Vurğun               Görəsən, ilk dəfə kim deyib ki, qadın zəif məxluqdur? Qadının zəif olduğunu sübut etməyə çalışanlar həmişə məğlub olub. Çünki güclünü məğlub etmək çətindir, mümkünsüzdür. Qadın zərifdir. Amma, güclüdür! Bu zərifliyi görmək üçün onun qəlbinə, əxlaqına baxmaq kifayətdir. Gözəl əxlaq […]

Xoşbəxtlikdən danışacaqdım…

Kənd yerində bünövrə qoyub ev tikəndə ən birinci xeyir-şər məclisinə toplanacaq adamların rahat yerləşdirilməsi planlaşdırılır. Həyatın qacılmaz məqamlarını nəzərə alaraq qadınlar ücün geniş aynabənd, kişilər ücün üstüörtülü mağar yeri nəzərdə tutulur. Mağar yeri daha geniş olmalıdı – ən azı 250-300 nəfərlik. Ağlım hələ yaxşı kəsmədiyi vaxtlarda  bu məsələylə bağlı yekə-yekə öz fikirimi bildirdiyim yadımdadı:          –  Nə vaxtsa […]

Uşaq ədaləti

Mən Cavidin bacısı Ümmi Səlimə xanımın qızları ilə yaxın rəfiqə idim. Həftədə bir-iki dəfə ya mən onlara, ya da onlar bizə gələrdilər. Söhbət zamanı bəzən Ümmi Səlimə xanım Cavidin uşaqlığından maraqlı əhvalatlar danışardı. Mən sonralar Cavid haqqında ondan eşitdiyim xatirələri götür-qoy edər və həmişə uşaq xarakterilə böyük xarakteri arasında az da olsa bir yaxınlıq, bir doğmalıq görərdim. Ümmi Səlimə xanım […]

Saz havası

Saz havası Dünyanın düz vaxtıydı. Hamının özünə görə pis-yaxşı işi-gücü vardı. Ədəb-ərkan,  ətrafdakılara, qohum-qonşuya hörmət hissi, davranış tərzı yazılmamış əxlaq qanunu gücündəydı. Hər işdə, hər olayda, hər münasıbətdə əndazə gözlənilirdi. İstər qadın, istər kişi olsun, hər kəsin heç kəsi sıxmayan olar-olmazlıq çərcivəsi  mövcud idi.  Bu sətirləri yaza-yaza fikirləşirəm ki, birmənalı yaxşı sayılan nə var idısə hamısını hec  özümüzdə bilmədən  itirə-itirə, […]

Sağır nun haqqında

Hərf səsin qrafik işarəsidir. Gəmiqaya-Qobustan əlifbasında sağır nun belə işarələr sırasında xüsusi yer tutur. Bu işarə Orxon-Yeniseydə və Şumerli türkdə də işlənib. Tədqiqat göstərir ki, əlifbamızın kiril mərhələsindəki N (N) sağır nun işarəsinin güzgü üsulundan istifadə edilməklə yaranmışdır. Başqa əlifbalarda da həmin “bütöv” sağır nundan – N hərfindən istifadə olunmuşdur. Sağır nun ərəb  əlifbasında “nuni-səqir” adı ilə, həm də dörd […]

1.2 Əski əlifbamız ərəb əlifbası deyil

Ərəb əlifbası qədim Azərbaycan əlifbasından törəmə olmaqla, tamam yad bir dilin fonetikaslna əsaslandığına və bir sıra ciddi çətinliklərinə görə, Azərbaycan xalqı üçün qəbul edilməz olmuşdur. Mütəxəsislərin də etiraf etdikləri kimi, bu əlifba VIII_IX əsrlərdə Azərbaycan xalqının kütləvi savadsızlığının bünövrəsini qoymuşdur. Bu əlifbanı yalnız tək-tək adamlar çox çətinliklə mənimsəyə bilmişlər. İlk vaxtlar ərəb əlifbası ilə yalnız ərəb sözləri və mətnləti yazılmışdır.  […]

1.1.Gəmiqaya – Qobustan əlifbası

Son illərdə apardığım tədqiqatlar nəticəsində mənə aydın olmuşdur ki, Azərbaycan – dünyada ən qədim və ən mükəmməl əlifbanın vətəni, Azərbaycan – türk xalqı o əlifbanın yaradıcısıdır. Söhbət Gəmiqaya – Qobustan əlifbasından gedir. Mən bu əlifbanı Gəmiqaya və Qobustan abidələrini, həmin abidələr haqqında tədqiqat əsərlərini nəzərdən keçirərkən aşkar etmişəm.    Qobustan abidələri haqqında ilk dəfə 1924 – cü ildə xəbər verilmişdir (1), […]

Bir Neçə Söz

“‘Babam Hüseyn Cavid bir günəş idi. Yüksəldi. parladı, yarasaların gözünü kor etdi. Lakin dumanlar onun qarşısını aldılar. Qardaşım Ərtoğrol Cavid bu sözləri 1939-cıı ildə yazıb. Mən isə  Hüseyn Cavid haqqında heç vaxt yazmamışam , demək olar ki,  yazamamışam. Buna indi ehtiyac duyuram. Xatirələr qalaq –qalaqdır.Нər şeyi təfərrüatına kimi qələmə almaq niyyətindəyəm. İndilik isə mətnləri bərpa edib   beşcildliyi çapa hazırlayarkən  və […]

Həzrəti Nuhun xilaskarlığı və Gəmiqaya-Qobustan əlifbası –32 hərf: 9 sait, 23 samit

Fikrimcə, Orxon-Yenisey və Gəmiqaya-Qobustan əlifbaları bir-birinin ardınca gəlir, lakin müstəqilliyi ilə fərqlənir. Onlar qohum oğuz-türk əlifbalarıdır.      Orxon-Yenisey əlifbası işarələrin sayına görə Gəmiqaya-Qobustan əlifbası ilə müqayisədə “kasıb” görünür. Bu oğuz- türk əlifbası və ondakı işarələrin miqdarı barədə qəti mülahizə yürütmək mümkün deyil. Düşünürəm ki, hər iki oğuz-türk əlifbası son dərəcə qədim tarixə malikdir. Avrasiya məkanında Orxon-Yenisey əlifbası şərq, Gəmiqaya-Qobustan əlifbası […]

1 20 21 22 23 24 29