Marağa alimləri Çində rəsədxana inşa ediblər

Hələ Marağa rəsədxanasının tikintisi davam etdirilən zaman, orada xeyli təcrübə topladıqdan sonra Cəmaləddin az-Zeydi Buxari, Çin alimi Fao Mun-Çi ilə birlikdə 1265-ci ildə Azərbaycanın hüdudlarını tərk edib Çinə yollanırlar. Onlar iki ildən sonra Çinə çatırlar. Azərbaycanda aparılan elmi tədqiqatlarla öz həmkarları ilə bölüşən Fao Mun-Çi, az bir zamanda nəinki yaşadığı əyalətin Nankin şəhərində, hətta imperator sarayında da böyük hörmətlə tanınır. […]

“Var Olandan, Var Olmuşuq” Kitabı haqqında ümumi mə’lumat

Rzayev Vahid Zeynal oğlu 1947-ci ildə Naxçıvan şəhərində qulluqçu ailəsində dünyaya gəlmişdir. Naxçıvan şəhər 1№-li orta məktəbi 1966-cı ildə bitirib. 1972-ci ildən 1992-ci ilə qədər SSRİ Dövlət Standartlar Komitəsinin Naxçıvan Respublika şö`bəsində mühəndis Standartlaşdırıcı vəzifəsində çalışmışdır. Rzayev Vahid Zeynal oğlu “Səmərəli və uzun müddətli iş fəaliyyətinə görə” SSRİ Dövlət Standartlar Komitəsi tərəfindən 9 noyabr 1987-ci ildə Fəxri Fərmanla təltif olunmuşdur. […]

İsgəndəriyyə kitabxanasından sonra dünyada ikinci böyük kitabxana Azərbaycanda olub

Görkəmli Azərbaycan alimi Nəsirəddin Tusi (1201-1274) dövrünün ən nəhəng Marağa rəsədxanasını (1259-1271) tikdirmişdi. O, monqol hökmdarı Hülaku xanın nüfuzundan istifadə edərək, rəsədxanada çalışan alimlər üçün zəngin kitabxana düzəltmişdi. Sahəsi 330 kv. metrə bərabər olan kitabxanada 400 min əlyazma vardı. Əlyazmaların əksəriyyəti Azərbaycanda, yerdə qalan hissəsi isə ölkə hüdudlarından kənarda yazılmışdı. Bağdad monqollar tərəfindən işğal olunanda (1258) Tusi Hülaku xanın razılığı […]

Dünyada ən qədim Göy qlobusu Azərbaycanda düzəldilibdir

Müəllif  bəlli olduğundan, artıq dünya ictimaiyyəti, dünyanın ən qədim Göy qlobusunun Azərbaycanda (Marağa rəsədxanasında) düzəldiyini qəbul edibdir. Buna alternativ bir ixtira yoxdur. Bəzi tarixi mənbələrin göstərdiyinə əsasən Marağa rəsədxanasında həm ulduz, həm də Yer kürəsinin qlobusları var imiş. Əlbəttə, görkəmli Azərbaycan alimi Nəsirəddin Tusinin (1201-1274) rəhbərlik etdiyi elmi kollektiv ulduz qlobusu düzəltdiyi halda, şübhəsiz ki, həmin dövrdə Yer kürəsinin qlobusunu […]

Azərbaycanın ən qədim Elmlər Akademiyaları sırasından

Şamaxı şəhəri yaxınlığında XI əsrdə Azərbaycanın ən qocaman Elmlər Akademiyalarından biri yaradılmışdı. Əsasən ona Tibb Elmlər Akademiyası deyilirdi və Azərbaycanın görkəmli alimi böyük filosof, riyaziyyatçı, astronom, anatom, kimyaçı və həkim kimi tanınan Şirvani Kafiəddin Ömər Osman (1080-1150) oğlu həmin mərkəzin banisi sayılırdı. O, orta əsrin təbabətinin, fəlsəfəsinin, farmakologiyasının və elm nəzəriyyəsinin korifeylərindən biridir.     Bu haqda professor Eybali Mehrəliyev […]

Dövrünə görə dünyanın ən möhtəşəm Elmlər Akademiyası Marağada olub

Marağa rəsədxanası o dövrdə Şərqdə ilk çoxsahəli elm ocağı olduğundan, oranı dünyanın ən böyük Elmlər Akademiyası da adlandırmaq olardı. Marağada aparılan astronomik müşahidələrin, elmi tədqiqatların və araşdırmaların, astronomik cihazların ixtirası, elmi nailiyyətlərin əldə olunması, tədris proqramlarının çoxsahəli olması, buraya cəlb olunan alimlərin və tələbələrin sayının çoxluğu, yazılan elmi əsərlərin bolluğu, miqyasına görə Bağdadın “Beytül hükəması”, Ürgəncin “Məmun Akademiyası”nı və dünyanın başqa […]

Naxçıvan musiqi mədəniyyəti tarixindən-musiqi təhsili kitabından

Giriş Naxçıvan Muxtar Respublikası dahi mütəfəkkirlər, dünya, ölkə və yerli əhəmiyyətli mədəni-tarixi abidələr diyarı olaraq bəşəri mədəni irs tarixində özünəməxsus yer tutmuşdur. Rəvayətlərdən və tarixi mənbələrdən belə mə`lum olur ki, baş verən mədəni-tarixi hadisələrin bir çoxu bu torpaqla bağlı olmuş və mədəniyyətimizin inkişafında Naxçıvan məfhumu, Naxçıvan varlığı mühüm rol oynamışdır. Qədim dövrdən başlayaraq mədəni irs tariximiz ilk dəfə olaraq Naxçıvan […]

Mədəniyyət tariximizin tədqiqatçıları sırasından-gözəl ziyalı Rafail Məşədi Musa oğlu Kərimov haqqında

Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Rafail Məşədi Musa oğlu Kərimov 1949-cu ildə Naxçıvan şəhərində anadan olub. 1967-ci ildə A.S.Puşkin adma (V.Zeynalov) Naxçıvan şəhər 3 saylı ümumtəhsil məktəbini, Naxçıvan şəhər Uşaq Musiqi Məktəbinin tar sinfini bitirib. 1969-1974-cü illərdə A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinin xor-dirijorluq fakültəsini, 1980-ci ildə isə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili […]

Acı xəbər

Acı bir xəbər eşitdik, çox acı… Eşitdiyimiz bir neçə kəlmə söz beynimizdə ilişib qaldı, yaman qaldı… Dedilər, yanan evdə kiçik yaşlı uşaqlar, körpələr də yanıb həlak olub.  Ürəklər əsdi, dizlər büküldü, qulaqlar guruldadı bu acı xəbərdən… Acı bir xəbər eşitdik… Əl-qolumuz sustaldı, gözlərimiz qaraldı, dünya başımıza dolandı… Kimi başını tutub yerə çökdü, kimi üzünü tutub hönkürdü, kimi göz yaşlarını gizlətməyə […]

Əjdər Fərzəlinin “ Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” adlı əsərinə rəy

Mərhum alim Əjdər Fərzəlinin “ Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” adlı əsərində  maraqlı və çox aktual olan bir çox məsələlərə toxunmuşdur. Dünya tarix və dilçilik, həmçinin epiqrafiya elmində  yazının yaranma tarixi haqqında XX əsrdə qəbul edilmiş konsepsiyaya görə  bəşəriyyətin səsli işarəyə keçidi fonoqrafik yazı olaraq, son hədd hesab edilir. Bu  yazı növünə keçidə qədər bütün insanlıq 3 böyük  dövrdən-piktoqrafik, ideoqrafik və […]

1 18 19 20 21 22 29