2016-cı ildə professor Abbas Zamanovun anadan olmasının 105 ili tamam olur.

   …Tale elə gətirmişdi ki,mənə də Abbas Müəllimi tanımaq şərəfi cavanlığımdan nəsib olmuşdu və bu keçən 50 ilə yaxın dövrdə hər keçən vaxt-zaman kəsiyində  daha yaxından tanıdıqca Onun necə Görkəmli  Alim, Gözəl İnsan, Qeyrətli Vətəndaş, Mehriban Qohum olduğunu özüm üçün bir daha kəşf etməkdəyəm…      …Professor Abbas Zamanovun anadan olmasının 100 illiyi tədbirlərinə qoşulanlar sırasında ailə üzvləri,tanıdığımız ziyalılar və alimlərlə  […]

Əziz və qayğıkeş qaynata!

(2016-cı ildə professor Abbas Zamanovun anadan olmasının 105 ili tamam olur)           Abbas müəllim 1936-1938-ci illərdə Naxçıvan şəhərində komsomol katibi vəzifəsində işləmişdir. Elə o vaxtdan da mənim atam Əsəd müəllimlə tanış olub və sonralar yaxın dost olmuşdular. Mən 1957-ci ildə Moskva Dövlət Universitetinin fizika fakültəsində oxuyurdum. Ailədən təzəcə ayrılmışdım, orada mühit tam başqa idi. Yaman darıxırdım…Atama […]

ABŞ alimləri Piri Rəisin xəritəsini tədqiq edirlər

 (Əvvəli  –  “İstanbulun Topqapı muzeyindən tapılan sensassion xəritə”) XX əsrin 50-ci illərində başda ABŞ mütəxəssisləri olmaqla, qədim xəritəşünaslıq və naviqasiya üzrə peşəkar mütəxəssis sayılan yazıçı kapitan Arlinqton Melleri xəritənin tədqiqinə başlayır və sensassion nəticə əldə edir. Xəritənin cənub hissəsində verilən manuskriptdə, hazırda buz örtüyü altında qalan Kraliça Mod Torpağının sahil zolağı göstərilibdir. Belə çıxır ki, həmin ərazilər buzlardan azad olarkən […]

Piri Rəisin xəritəsinin izi haralara gedib çıxır?

(Əvvəli  –  “ABŞ alimləri Piri Rəisin xəritəsini tədqiq edirlər”) Qədim xəritələr kritlilərin və finikiyalıların vasitəsilə İsgəndəriyyənin məşhur kitabxanasında özünə yer tapmışdır. Əlbəttə, bu məsələyə dair mənim öz fikrim var. Antik dövrdən qabaq dünyanın qədim sivilizasiysı mərkəzlərindən biri qədim Babilistan idi. Ən istedadlı sənətkarlar, tanınmış alimlər və aqil insanlar demək olar ki, elə oraya toplaşmışdılar. Bizə məlum olmayan sivilizasiya zamanı Antarktidanın […]

Xəritənin əsl müəllifi kimdir, admiral Piri Rəis, yoxsa başqa bir alim?

(Əvvəli  –  “Piri Rəisin xəritəsinin izi haralara gedib çıxır?”) XX əsrdə böyük rezonansa səbəb olmuş xəritənin türk admiralının əlinə hansı yolla keçməsi xəritəşünas mütəxəssisləri ilə yanaşı, həm də tarixçilərin maraq dairəsini əhatə edirdi. Yuxarıda göstərildiyi kimi Piri Rəisin özünün bəyan etdiyi kimi, guya o, xəritənin qərb hissəsini Kolumbun birinci səyahət zamanı istifadə etdiyi xəritədə apardığı qeydiyyatlardan köçürmüşdü. “Kolumbun itmiş xəritəsi”nin […]

Piri Rəisin xəritəsindəki koordinat torunu Marağa alimləri çəkə bilərdilər

 (Əvvəli  –  “Xəritənin əsl müəllifi kimdir, admiral Piri Rəis, yoxsa başqa bir alim?”) Tusinin fəaliyyətini öyrənərkən aydın olur ki, o, Yaxın Şərqin məşhur şəhərləri və elm ocaqları ilə yanaşı, həm də Misirin İsgəndəriyyə şəhərində olmuş, oranın bir çox tədris, elm və mədəniyyət mərkəzlərində çoxsaylı maraqlı axtarışlarla məşğul olmuşdur. Həmin ərəfəyə qədər İsgəndəriyyə kitabxanasında saxlanılan bir çox əsərlər və tarixi sənədlər, […]

Türk admiralının xəritəsinin şərq hissəsi haradadır?

  (Əvvəli  –  “Piri Rəisin xəritəsindəki koordinat torunu Marağa alimləri çəkə bilərdilər”) Xəritənin şərq hissəsinin yoxa çıxması ilə bağlı üç fərziyyə söyləyəcəm: Piri Rəisi hərbi dəniz sərkərdəsi kimi fəaliyyət göstərdiyi məkanda yalnız strateji əhəmiyyətli obyektlər və coğrafi mövqelər maraqlandırırdı. Ola bilsin ki, vaxtı ilə Kolumbda olmuş həmin xəritə türk admiralının əlinə keçəndə o, tarixi materialı diqqətlə nəzərdən keçirmiş və Osmanlı Türkiyə […]

İstanbulun Topqapı muzeyindən tapılan sensassion xəritə

Osmanlı Türkiyənin hərbi dəniz donanmasının bir çox görkəmli nümayəndələri olubdur, onlardan da biri admiral Piri Rəis idi. Admiral Piri ibn Hacı Məmməd Rəis (1475-1554) dövrünün təcrübəli kapitanı, istedadlı naviqatoru, bacarıqlı donanma kapitanı, tanınmış donanma sərkərdəsi, peşəkar şturmanı, savadlı xəritəşünası kimi tanınırdı. Onun tərtib etdiyi xəritələr koordinat ölçülərinə və sahil zolaqlarının konturlarının dəqiqliyinə görə dənizçilik elmində ən lazımlı vəsait sayılırdı. Bundan […]

Sənətə ehtiramda vətəndaş qeyrəti

Musiqi mədəniyyətimizin qədimliyini söyləmək ümumi bir deyimdir. Bu ifadəni Azərbaycan mədəniyyətindən az-çox xəbəri olan hər bir kəs işlədə bilər. Burada «qədim» sözü bir qədər mücərrəd mə`na daşıyır. Onu elmi-nəzəri əsaslarla sübut etmək bir başqa məsələdir ki, bununla alimlərimiz məşğul olurlar. Məhz həmin alimlər qədimliyin tarixini də sübutlarla dəqiqləşdirirlər. Bir də var qədim mədəniyyət abidələrinə məhəbbətlə,  ehtiramla, vətəndaşlıq qeyrəti ilə onları […]

Kolumb əvvəlcədən Amerikanın varlığından hali idi

Rəsmi xronikalarda bildirilir ki, Kolumb Yeni Dünya sahillərinə dörd dəfə səyahət edib – 1492-1493, 1493-1496, 1498-1500, 1502-1504-cü illərdə – və həmişə də elə bilib ki, üzləşdiyi torpaq Asiya qitəsidir. Belə bir ifadələrə demək olar ki, bütün qaynaqlarda rast gəlmək olar. Mən isə bunun əksini fikirləşirəm. İndi çalışacağam ki, bunu mərhələ-mərhələ sübuta yetirim. Kolumb elə birinci səyahət zamanı bilirdi ki, qarşısındakı […]

1 16 17 18 19 20 29