Bütün bəşəriyyət ağrıya, əzaba düşəndə, öz dilində öz anasını çağırar.

Print Friendly, PDF & Email

Hər bir insan hansı qitədə yaşamış olsa da milliyətindən, irqindən asılı olmayaraq əziyyətə düşəndə, əzablı, ağrılı olanda  öz dilində  “ana”  çağırar.

 

Çünki, o fərd  öz yaddaşını ( şüur altı) çağırar. O yaddaş   ki, ana varlığında olanda (müəyyən olunmuş müddət ərzində)  “İsti  yox, soyuq  yox, ağrı     yox, acmışam yox,  suzmuşam  yox,  təlatum  yox,  qorxu  yox” – u  səsləyib  çağırar.  Əzaba düşəndə  öz  dilində  O  anasını  çağırmaqla,  o  “anı” çağırar.

   Dahi də, Tiran  da  əziyyət,  ağrı qarşısında  acizanə “ana” çağırar.

  Yaddaşında – yaddaşını çağırar, o ana varlığını, o vücudu çağırar baxmayaraq ki, o  anda  anası  yaxınlığında,   yanında   olsa da,  yenə də ana   çağırar.

  Çox  körpə  uşaq da  ağlayanda  ailə  üzvlərinin  hamısı  o körpəni  sakitləşdirmək üçün  qucaqlarına  almış  olsalar  da  belə,  o  körpə  yenə  də ağlayar.  O  an  Ana körpəsini  qucağına  alanda  o  sakitləşər,  susar ( süd verməsə də).  Niyə?  O  körpə ana  vücudunun  istisini,  həlimliyini,   məhəbbətini  tapar  ki, susar, sakitləşər, səhv salmaz!

   Amma böyük  təəccüb,  gözlənilməyən  hal – hadisə  ilə  qarşılaşan  insan,  əlini dizinə  vurub  “vay ata, vay dədə” – deyər!

   Ana  haqda  kifayət  qədər  şe`rlər  yazılıb  və  yazılacaqdır  da,  amma  ata haqda  şe`rlər  demək  olar  ki,  yox  dərəcəsindədir.

   Ata  təəccüb,  hökm,  gücdür,  ana  ümiddir,  mehribandır!

   1969 – cu  ilin  yay  ayında  dramaturq  C.Cabbarlının  “Ana”  şe`rini  ilk  dəfə Naxçıvanda  mədəniyyət  işcisi  Nizami  Həmzəyev  və  elə  oradaca  həmin şe`ri  teatrşunas  Cəlil  Vəzirovdan  diksiya  ilə  eşitdim.  Sonrakı  mərhələlərdə televiziya  kanalında  aktyor  Həsən  Əblucun  ifasında  həmin  şe`ri dinlədim.

   O “Ana” şe`ri  yazılmış  bütün  ana  şe`rləri arasında  böyük  bir  nümunədir.

   Ana  çağırar  insan,  Ana  vücudunda  olduğu o anı çağırar insan, ana deyər insan. O  anı,  təlatümsüzlüyü,  ağrısızlığı  çağırar  insan!

     Övlad şirindir, şəkərdir, arzudur, inamdır

    Ailəyə  bəxş  olunmuş  övladın da mənaları var,  onlar  dörd  baxımdadır:

   Dünya  üçün  bəxş  olunan   övlad  (dahilər),   xalq   üçün  bəxş   olunan   övlad   ( tarixi  şəxsiyyətlər),  ərazi  üçün  bəxş  olunan  övlad  (qəhrəmanlar),  ailə  üçün bəxş  olunan  övlad  (ailə adını tanıdan,  şöhrətləndirən).

    Belə  övladların  bu  dünyaya  gəlməsi  isə  ata – ana  istəyi  və  hökmündə   deyil!

   Hökmlü,  güclü  “Ata”,  ümiddə, mehribançılıqda “Ana”, sevdaya düşəndə “Yar”, haqsızlıq  qarşısında  isə  üzünü  kainata  tutub  “O, bilər”  deyər insan. 

Vahid Rzayev.

Bu məqalə: 17.02.2014 tarixdə, baxış sayı: 1.483, www.aqra.az saytının Elm kateqoriyasının Fəlsəfə bölməsində dərc edilmişdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.