Bu gün AMEA Geologiya İnstitutunun “Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə” mərkəzinin rəhbəri Nazim Sadıqovun doğum günüdür

Print Friendly, PDF & Email

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun “Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə” mərkəzinin rəhbəri Nazim Sadıqovun doğum günüdür. O, Azərbaycanın əməkdar mühəndisidir. Həmçinin 15-dən artıq elmi işləri var. Rentgenspetrik, spetrik və fiziki-kimyəvi üsulla filiz, torpaq, süxur, 

bitki, bitki qalıqları, sularda atom absorbsiyası, alovlu-fotometrik elementlərin sayının hesablanması kimi elmi tədqiqat işləri son 30 ildə birbaşa onun adı ilə əlaqəlidir. Bunlar öz yerində, mən onun elmi fəaliyyətindən yox, bir rəhbər kimi işçilərinə davranışından və işçilərin ona münasibətindən danışmaq istəyirəm. Bunun üçün iki sual qoyduq:
1. Nazım Sadıqov sizin üçün kimdir?
2. Nazim Sadıqova ad günündə nə arzulayırsız?

Bu iki suala Nazim Sadıqovun rəhbərlik etdiyi laboratoriyanın əməkdaşları cavab verəcək. Amma, öncə mən cavab verim:
– Nazim Sadıqov həqiqətən də çox yaxşı rəhbərdir.Həmişə bizim qayğımıza qalıb. Arzu edirəm ki, mən işə gecikəndə məni danlamasın.
Abdullayev Məhəmmədəli: -Tələbkar, qayğıkeş, kollektivi sevən, gözəl insan, gözəl mütəxəssis Nazim Sadıqov, sizi təbrik edirəm, 70 illiyinizi qeyd edək.

Qədirova Tamella: – Mən Nazim Sadıqovla 1981-ci ildən bir laboratoriyada çalışıram, o, hər bir işə ürəklə yanaşan, məcazi mənada desək, laboratoriyaya canını qoyan bir rəhbərdir. Bu laboratoriyanı məhz o ayağa qaldırıb, qanun-qayda yaradıb və özü də bu qanun-qaydalara riayət edən bir insandır. Laboratoriyamız böyük bir ailədir və Nazim müəllim onun rəhbəridir. O, buna layiqdir. Mən Nazim müəllimə öz təbrikimi Nüsrət Kəsəmənlinin bir bənd şeiri ilə bitirmək istəyirəm:

Doğum günün mübarəkdir əziz dost,
Sən layiqsən sözlərin ən xoşuna,
Nə arzun var ürəyində yaşayan,
Bu yaşında gəlsin sənin başına.

Babayeva Bahar: – Gözəl insan, gözəl rəhbər, insanlara, rəhbərlərə nümunə ola biləcək insan Nazim Sadıqov, sizə can sağlığı və uzun ömür arzulayıram, ailənizin və laboratoriyanın daim başında olasız.

Əliyev İmran: – Akif Əlizadənin tapıntısı, yaxşı yoldaş, qədirbilən rəhbər Nazim Sadıqov, allah sizə uzun ömür versin, həmişə bu kollektivə rəhbərlik edəsiz, arzularınız çin olsun.

Rüstəmova Könül: – Gözəl xasiyyətli, mehriban rəhbər, əvəzolunmaz insan Nazim Sadıqov, allah sizə can sağlığı, uzun ömür versin. Arzulayıram ki, bir rəhbər kimi kollektivin gənc əməkdaşlarının ev məsələsinin həll olunmasında öz köməkliyinizi də göstərəsiz.

Zöhrabova Vəzihə: – Əla insan, yaxşı dost, mərifətli adam, qədirbilən insan Nazim Sadıqov, özünüzə, övladlarınıza, nəvələrinizə can sağlığı arzulayıram. Həmçinin, istəyirəm ki, siz tez bir müddətə fəlsəfə doktoru elmi dərəcəsi alasız.

Aidə İbrahimova: – Gənc olmağı bacaran, gənclərlə gənc kimi, yaşlı nəsillərlə də öz dilində danışmağı bacaran gözəl insan Nazim Sadıqov, ad gününüzü təbrik edib, sizə can sağlığı arzulayıram.

Nuranə Əliyeva: – Gözəl rəhbər, mənəvi ata, əvəzolunmaz insan, işçilərə arxa-dayaq Nazim Sadıqov, arzu edirəm ki, gələcəyi gətirəcək hər yeni gününüz öncəki gündən daha gözəl, istəklərinizə uyğun və sizi xoşbəxt edəcək şəkildə olsun. Yaşınız neçə olursa olsun, üzünüzdə hər zaman təbəssüm olsun. Ad gününüz mübarək.

Azər Əmirov: – Gözəl rəhbər Nazim Sadıqov, sizə can sağlığı arzulayıram.

Aysel Manafova: güvəndiyim ən böyük insan, arxalandığım zirvə Nazim Sadıqov, sağlam bədən, sağlam ruh daim nəsibiniz olsun, ad gününüz mübarək.

Sevil Ağayeva: -Nazim müəllimi mən illər öncə tanımışam, amma, 2006-cı ildən onun rəhbərlik etdiyi şöbədə çalışıram. Onun necə işgüzar, işində dəqiq və tələbkar rəhbər olduğunu məhz o zaman daha yaxından gördüm. Həmişə işçilərinin ilk olaraq hal-əhvalı, sonra isə işin gedişatı ilə maraqlanır. Onun haqqında çox sözlər yaza bilərəm. Ona can sağlığı arzulayıram, həmişə belə cavan qalmağı və enerjili olmağı bacarsın.

Həmzəyeva İlahə: – Yaxşı insan, yaxşı rəhbər və məsuliyyətli şəxsiyyət Nazim Sadıqov, sizə ən birinci can sağlığı arzulayıram, allah ürəyinizcə versin.

Sadıqova Mətanət: – İşçilərin daim qayğısına qalan, zəhmətkeş rəhbər, gözəl insan Nazim Sadıqov, sizə can sağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Niyazova Səidə: – Nazim müəllim, allah sizi rəhbərlikdən əksik etməsin, bütün arzularınız çin olsun.

Yaqubova Ülkər:- Məsuliyyətli və tələbkar rəhbər Nazim Sadıqov, insan üçün ən əsas can sağlığıdır, ona görə sizə möhkəm can sağlığı arzulayıram.

Fatimə Hüseynova: – Məsuliyyətli və tələbkar olmağı öyrədən rəhbər Nazim Sadıqov, sizə can sağlığı və daha da böyük vəzifə arzulayıram.

Dinara Nuriyeva: – Əla rəhbər, gözəl insan Nazim Sadıqov, ALLAH sizi qorusun.

29.01.2015

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 20 =