Azərbaycanın Naxçıvan bölgəsinin tarixi coğrafiyasına dair mənbə kimi

Print Friendly, PDF & Email

Orta əsrlərdə Naxçıvanın tarixi coğrafiyası ilə bağlı maraqlı məlumatlar verən mənbələrdən biri də alman hərbçi-səyyahı İohan Şiltberqerin 1394-ci ildən 1427-ci ilədək Avropa, Asiya və Afrikaya səyahətindən bəhs edən “Reisebuch”u və yaxud “Səyahət kitabı”dır.

Avropa, Asiya və Afrikanın bir çox ölkələrində – Macarıstan, Bolqarıstan, Valaxiya, Moldova, Ukrayna, Anadolu, Misir, Fələstin, İordaniya, İran, Azərbaycan, Gürcüstan, Dağıstan, Çərkəz, Krım və Mərkəzi Asiyada olan İ.Şiltberqer kitabda Azərbaycanın Təbriz, Maku, Marağa, Naxçıvan, Əlincəqala, Astara, Şirvan (Lahıc, Şamaxı və Şabran), Şəki və Dərbənd şəhərləri haqqında da məlumat verir. Bu məlumatlar “Səyahət kitabı”nın “İpək yığılan ölkələr, Persiya və digər krallıqlar” adlanan 33-cü bölümündədir.

Məqalədə Naxçıvan şəhərləri, qalaları, yaşayış məntəqələrindən bəhs olunur. Həmçinin kitabın tərcüməsi və izahı zamanı yol verilən bir çox yanlışlıqlara aydınlıq gətirilir. Naxson, Maragara, Gelat, Kirna, Gilan, Ress, Strauba, Aluitze şəhərlərinin Naxçıvan ərazisində yerləş-diyi əsaslı dəlillərlə təsdiq edilir.

Məqalədə kitabın Naxçıvanın Nuh peyğəmbərin Vətəni olması haqqında verdiyi maraqlı məlumatlara da aydınlıq gətirilir.

Açar sözlər: Naxçıvan, Kırna, Gilan, Ress, Astabad, Nuh, səyyah, tarixi coğrafiya, şəhər.

Naxçıvanın Nuh peyğəmbərin tufandan sonra quruya çıxdığı ilk yer olması ilə bağlı son illər genişlənməkdə olan tədqiqatlar getdikcə daha əsaslı dəlillər ortaya qoymaqdadır. Bu istiqamətdə tədqiqat aparan tarixçilər bir çox mənbə və qaynaqlara, səyyah, hərbçi və rəssamların əsərlərinə, fotoşəkillərə, xalq arasında yayılmış əfsanə və rəvayətlərə əsaslanmışlar. Orta əsrlərdə Naxçıvanın tarixi-coğrafiyası ilə bağlı mənbələri araşdırarkən Naxçıvan ərazisinin Nuh peyğəmbərlə bağlılığı haqqında məlumat verən daha bir mənbəyə rast gəlirik. Bu orta əsr mənbəsi XIV əsrin sonu-XV əsrin əvvəllərində yaşamış İohan Şiltberqerin 1394-ci ildən 1427-ci ilədək Avropa, Asiya və Afrikaya səyahə-tindən bəhs edən “Reisebuch”u və yaxud “Səyahət kitabı”dır. Qeyd edək ki, bu səyahətnaməni 1867-ci ildə Novorossiya (Odessa) Universitetinin professoru, ümumtarix elmləri doktoru F.K.Braun (1804-1880) “İohan Şiltberqerin səyahət-naməsi” adı altında qədim alman dilindən rus dilinə tərcümə etmişdir (4). Məhz Braunun tərcüməsindən sonra “Səyahət kitabı” ingilis və alman dillərində çap edilmişdir. Azərbaycanda isə bu tərcümə akademik Ziya Bünyadovun redaktəsi ilə 1984-cü ildə rus dilində çapdan çıxmışdır. Kitab Türkiyədə “Türkler ve Tatarlar arasında (1394-1427)” adı ilə tanınır.

Bəs İohan Şiltberqer kimdir? O, 1380-ci ildə Münix və Freysinq şəhərləri arasında yerləşən Hollerndə əsilzadə ailəsində dünyaya gəlmişdir. 1394-cü ildə – macar kralı Sigizmundun Osmanlı imperiyası ilə müharibəyə başlaması ərəfəsində onun ordusuna qoşulmuş, 28 sentyabr 1396-cı ildə Nikopolis müharibəsində yaralanaraq türklər tərəfindən əsir alınmışdır. Sonradan isə I Sultan Bəyazid onu orduda xəbərçi (carçı) kimi xidmətə cəlb etmiş və o, bu vəzifədə 1402-ci ilə qədər fəaliyyət göstərmişdir. Şiltberqer Osmanlı ordusunun tərki-bində Anadolu və Misirə səfərlər etmişdir. Ankara müharibəsindən sonra Əmir Teymura xidmət etməyə başlayan Şiltberqer Qafqaz və Mərkəzi Asiya ölkələrini Teymuri ordusunun tərkibində gəzib dolaşmışdır. Əmir Teymurun ölümündən sonra Şahruxun, Miranşahın və Əbubəkrin xidmətində çalışmışdır. Bir çox ölkələrdə olduqdan sonra 1427-ci ildə İstanbula gəlmiş, bir müddət sonra isə yenidən vətəninə – Bavariyaya geri qayıtmışdır.

30 illik əsirliyi müddətində İohann Şiltberqer tabeliyində olduğu şəxslərlə bərabər Avropa, Asiya və Afrikanın bir çox ölkələrini – Macarıstan, Bolqarıstan, Valaxiya, Moldova, Ukrayna, Anadolu, Misir, Fələstin, İordaniya, İran, Azərbaycan, Gürcüstan, Dağıstan, Çərkəz, Krım və Mərkəzi Asiyanı gəzib dolaşmışdır. Şiltberqerin “Səyahətnamə”si o dövrdə bu ölkələrin siyasi həyatı ilə bağlı ciddi məlumatları əks etdirməsə də, əsər tarixi coğrafiyaya aid məsələlərin öyrənilməsi üçün əhəmiyyətlidir. Qeyd edək ki, bavariyalı hərbçi İohann Şiltberqer Azərbaycanın Təbriz, Maku, Marağa, Naxçıvan, Əlincəqala, Astara, Şirvan (Lahıc, Şamaxı və Şabran), Şəki və Dərbənd şəhərlərində də olmuşdur. Teymurun ordusu Bəyazidi məğlub edib Kiçik Asiya, Gürcüstan və Abxaziya-dan keçərək Qarabağda düşərgə salarkən Şiltberqer də bu düşərgədə olmuş, sonradan isə ordu ilə bərabər Araz çayından keçməklə Mərkəzi Asiyaya getmişdir.

“Səyahət kitabı”nın “İpək yığılan ölkələr, Persiya və digər krallıqlar” adlanan 33-cü bölümündə alman müəllifi Azərbaycandakı feodallıqlar və şəhərlər haqqında məlumatlar verir. Təbriz, Sultaniyyə və Rey haqqında bəhs etdikdən sonra İ.Şiltberqer yazır: “Daha bir şəhər Nuhun gəmisinin dayandığı dağların əhatəsində yerləşən Naxçıvandır. Bu şəhərin ətrafındakı torpaqlar məhsuldardır” (5, s. 44).

Qeyd edək ki, mənbənin həm Kaliforniya Berkley Universitetinin kitabxanasından əldə etdiyimiz professor Karl Fridrix Neymanın 1859-cu il tərcüməsi əsas götürülməklə J.Buçan Telfer tərəfidən hazırlanaraq Londonda nəşr et-dirdiyi ingilis dilli tam variantında, həm də 1984-cü ildə Braunun tərcüməsi əsasında akademik Ziya Bünyadovun redaktəsi ilə Azərbaycanda nəşr olunan rus dilli variantında bu məlumatlar bir-birini təkrarlayır. Lakin kitabın Berkley Universitetindən əldə etdiyimiz “Bavariyalı İohan Şiltberqerin əsirliyi və səyahətləri (Avropa, Asiya və Afrika. 1396-1427)” adı ilə nəşr olunmuş ingilis di-lində olan tam mətni ilə tanış olarkən aydın olur ki, rus dilli tərcümədə bəzi məsələlər və şəhərlərin adı təhrifə uğradılmışdır.

Rus dilində olan variantda mətnin davamı belədir: “Sonra isə üç şəhərin ölkəsi gəlir: Marağa, Hilat və Karni. Həmçinin dağlar üzərində yerləşən Maqu adlı şəhər də var.

…Burada daha bir zəngin ölkə var ki, Gilan adlanır. Hansı ki, orada dü-yü və pambıq yığılır. Onun sakinləri dəridən ayaqqabılar tikirlər. Sonra isə böyük bir vadidə yerləşən şəhər var ki, Rəşt adlanır. Sonra isə Astrabad, hansı ki o da əlverişli mövqedə yerləşir.

Qala divarları qırmızı olan Antioxiya adlı şəhər də var” (4).

Naxçıvan şəhərlərindən danışan müəllifin qəflətən Xəzərin cənub sahillərindəki şəhərlər haqqında məlumatlara keçməsi, sonra isə yenidən Şərqi Ana-doludan cənubda – Aralıq dənizi sahillərində yerləşən Antioxiya şəhəri haqqında məlumatları qeyd etməsi bir az qəribə görünür. Şəhərlərin ərazi ardıcıllığı ilə deyil, qarışıq verilməsi sual doğurur. Elə bu məqsədlə də biz Kaliforniya Uni-versitetinin kitabxanasından əldə etdiyimiz kitaba üz tuturuq və mətnin analoji hissəsi ilə tanış olarkən məsələ aydınlaşır: “Burada Naxson (Nachson) adlanan daha bir şəhər var; Nuhun gəmisinin dayandığı dağların yaxınlığında yerləşir və bu ölkənin münbit əraziləri var. Burada üç şəhər də var, biri Marağa (Maragara), digəri Hilat (Gelat) və üçüncüsü Kırna (Kirna) adlanır. Hər üçünün torpaq-ları məhsuldardır. Burada, həmçinin dağlar üzərində yerləşmiş Maku (Meya) adlı bir şəhər də var. ….Burada pambıq və düyü yetişdirilən və əhalisi dəridən ayaqqabılar tikən Gilan adlı bölgə də var. İpək örtüklərin (ləçək) toxunduğu bö-yük bir şəhər də var ki, Ress adlanır. Həmçinin Strauba adlanan bir şəhər də var.

Digər bir şəhər isə qala divarları qırmızı rəngdə olan Antioxiyadır” (5, s. 44).

Bu nəşrin də izahlar bölümü Novorossiya Universitetinin professoru Braunun şərhlərinə əsaslandığı üçün Kırna Gərni kimi, Ress Rəşt kimi, Strauba (Strawba) Astrabad kimi təqdim olunub (5, s. 156-160).

Mətni diqqətlə araşdırdığımız zaman aydın olur ki, Şilterberqer ayrı-ayrı ölkələrin şəhərlərindən qarışıq olaraq deyil, Naxçıvan və ətrafındakı ərazilərdən bəhs edir. Mətndə bəhs olunan Naxson bütün müəlliflərin yekdilliklə razılaşdığı kimi Naxçıvandır. Bu dövrə aid məlumat verən digər bir səyyah Klavixo Kal-marainə (Calmarain – Türkiyə Cümhuriyyətinin İğdır rayonu ərazisində yerlə-şən Sürməli) çatmamışdan iki gün əvvəl gecə vaxtı Naucua (Naujua) adlı şəhərdən keçdiyi haqqında məlumat vermişdir. Tədqiqatçıların yekdil fikri ondan ibarətdir ki, Şiltberqerin “Naxson”, Klavixonun “Naujua” adlandırdığı şəhər birmənalı olaraq Naxçıvandır.

Mətndəki “Nuhun gəmisinin dayandığı dağların yaxınlığında yerləşir” ifadəsi (5, s. 44) Naxçıvanın Nuh yurdu olduğunu bir daha təsdiq edən faktdır. İstənilən halda səyyahın Ağrı dağlarından bəhs etdiyini iddia etmək mümkünsüzdür. Çünki müəllif əsərinin digər bir yerində “Agourou” (“Ağrı”) ifadəsini işlətmişdir. Əgər burada da Ağrı dağları nəzərdə tutulsaydı, Şiltberqer bunu qeyd etmədən keçməzdi. Deməli, almaniyalı hərbçi-səyyah gördüyü indiki Haçadağ və yaxud Kəmki dağlarının adını bilməmiş və onları sadəcə olaraq “Nuh gəmisinin dayandığı dağlar” adlandırmışdır.

“Burada üç şəhər də var, biri Marağa (Maragara), digəri Hilat (Gelat) və üçüncüsü Kırna (Kirna) adlanır”.Əsərin ruscaya tərcüməsində bu cümlə təhrif olunmuş formada tərcümə edilmişdir. Belə ki, ingilis dilli mətndə “İn it are olsa three city…” (“Bunun tərkibində üç şəhər də var…”) hissəsindəki “in” – “daxilində”, “tərkibində” ifadəsi bilərəkdən “in” – “sonra” kimi tərcümə edilmişdir.  Diqqət yetirək: “In it are also three cities, one called Maragara, the other Gelat and the third Kirna” (5, s. 44). – «Затем идет страна с тремя городами: Марага, Хилат и Карни» (4).Beləliklə, bu cümlənin düzgün tərcüməsindən də aydın olur ki, bu üç şəhər ayrıca bir feodallıq olmamış və Naxçıvanın ərazisi hesab edilmişdir.

Qeyd olunan ilk şəhər – Marağa ilə bağlı belə bir faktın aşkarlanması Hülakü xanın vəziri olmuş Nəsrəddin Tusinin övladlarının Ordubad ərazisində yaşaması, Nəsrəddin Tusinin əslən Ordubaddan olması ilə bağlı mövcud fərziyyələrin təsdiqlənməsi üçün də müəyyən dərəcədə fakt rolunu oynaya bilər.

Şiltberqerin məlumatı bu dövrdə Hilatın (Əhlət) da Azərbaycan idarəçilərinin hakimiyyəti altında olduğunu deməyə əsas verir. Bu isə ermənilərin bu qədim türk torpağı ilə bağlı iddialarını darmadağın edir. Qeyd edək ki,“Nüzhət əl Qülub”un VIII bölümündə Azərbaycan ölkəsinin sərhədlərini təsvir edən Həmdullah Qəzvini Azərbaycan torpaqlarının fərsəxlə ölçüsünü verərkən Bakı-dan Xalxala, Bacravandan isə Sipan (Sübhan) dağlarına qədər olan məsafəni göstərmişdir(3, s. 37).Məlumat üçün qeyd edək ki, bugünkü Türkiyə ərazisində yerləşən Süphan dağları Van gölünün şimalında yerləşir. Deməli, yuxarıda da qeyd etdiyimiz kimi, nəinki Hilata, hətta Vana qədərki torpaqlar da hələ monqollar dövründə türk torpağı olmuş və Azərbaycana aid edilmişdir.

Məlumdur ki, Naxçıvan ərazisində Kırna adlı toponim bu günə qədər qalmaqdadır, Kırna ərazisində nekropol mövcuddur, şəhər mədəniyyətinə aid maddi-mədəniyyət nümunələri tapılmışdır (2, s. 219-220). Nəzərə almaq lazımdır ki, alman müəllif ondan qala kimi deyil, şəhər kimi bəhs etmişdir. Elə bu səbəbdən də, tərcüməçilər və sonrakı tədqiqatçılar tərəfindən orijinal mətndə “Kırna” kimi yazılmış sözün Gərni formasına salınaraq İrəvan yaxınlığındakı qala ilə eyniləşdirilməsi doğru deyildir.

Həmçinin haqqında danışılan Gilan şəhərinin Xəzər dənizinin sahilində yerləşən Gilanla, Ressin isə Rəştlə eyniləşdirilməsi yanlışdır. İohann Şiltberqer Naxçıvan ərazisində qalıqları indi də qalmaqda olan Kirandan (Xaraba Gilan – E.K.) və orta əsr mənbələrində “ər-Rass” kimi bəhs olunan Araz çayının sahilində yerləşən “Ress” adlı şəhərdən bəhs edir. Qeyd edək ki, XII əsrə aid olan digər ərəb dilli mənbə Əbu Səad Əbdülkərim ibn Məhəmməd əs-Səmani “Kitab əl-Ənsab” (“Nisbələr kitabı”) əsərində də “Ər-Rəas” nisbəsindən bəhs etmiş və bu nisbəni daşıyan şeyxin Naxçıvanda (Nəşəvada) olduğunu yazmışdır (1, s. 112). Yaxşı ölkədə yerləşən və Strauba (Strawba) adlanan şəhər isə indiki İran ərazisində yerləşən Astrabad yox, Naxçıvan şəhərindən 12 kilometr cənub-şərqdə yerləşən Astabad orta əsr şəhəridir. Qeyd edək ki, xarabalıqları Babək qəsəbəsinin yaxınlığında qalan bu şəhər orta əsrlərdə Hürufiliyin əsas mərkəzlərindən biri, Fəzlullah Nəimi Astabadinin doğulduğu yer olmuşdur. 1967-1971-ci illərdə Araz Su Qovşağının tikintisi ilə əlaqədar şəhərin xarabalıqları su altında qalmışdır (2, s. 28).

İohan Şiltberqerin “Səyahət kitabı”nda Naxçıvan ərazisi ilə bağlı adıçəkilən daha bir yaşayış məskəni Əlincədir. Əlincədən “Aluitze” kimi bəhs edən alman müəllif buranı sadəcə müdafiə qalası kimi deyil, şəhər kimi təsvir edir və Teymurun qalanı yalnız 16 il mühasirədə saxladıqdan sonra ələ keçirə bildiyini yazır (5, s. 44).

Beləliklə, Naxçıvanın Nuh yurdu olduğunu bir daha təsdiqləyən ən qədim yazılı mənbələrdən biri kimi təqdim edə biləcəyimiz İohan Şiltberqerin “Səyahət kitabı” Azərbaycanın, o cümlədən Naxçıvanın orta əsrlər dövrü tarixi coğrafiyası üçün zəngin mənbədir.

 

ƏDƏBİYYAT

1. Əliyeva N. Əs-Səmaninin “Kitab əl-Ənsab” əsəri Azərbaycanın mədəniyyət

    tarixinə dair mənbə kimi. Bakı: Şərq-Qərb, 2010, 224 s.

2. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, 2008, 519 s.

3. Хамдаллах Казвини. Нузхат ал-Кулуб (Материалы по Азербайджану).

    Баку: Элм, 1983, 65 c.

4. www.vostlit.info. Шильтбергер И. Путешествие по Европе, Азии и Аф-

    рике с 1394 года по 1427 год / Перевод со старонемецкого Ф.К.Бруна.

    Издание, редакция и примечания академика АН Азерб. З.М.Буниятова.

    Баку:Элм, 1984.

5. The Bondage and travels Johann Schiltberger, a native of Bavaria, in Europe,

    Asia and Africa 1396-1427. London, 263 p.

 

Эльнур Кельбизаде

«КНИГА ПУТЕШЕСТВИЙ» ИОГАННА ШИЛЬТБЕРГЕРА

КАК ИСТОЧНИК ПО ИСТОРИИ И ГЕОГРАФИИ НАХЧЫВАНСКОГО РЕГИОНА АЗЕРБАЙДЖАНА

Одним из источников, дающих интересные сведения об исторической географии Нахчыванского региона в средние века, является «Книга путешествий» немецкого военного-путешественника Иоганна Шильтбергера, посвященная его путешествиям в Европу, Азию и Африку с 1394 по 1427 гг.

И.Шильтбергер, побывавший во многих странах Европы, Азии и Африки, в своей книге рассказывает об Азербайджанских городах Тебриз, Маку, Марага, Нахчыван, Алинджагала, Астара, Ширван, (Лахыдж, Ша-махы, Шабран), Шеки и Дербенд. Эти сведения находятся в 33-м разделе под названием «Страны, где собирается шёлк, Персия и другие коро-левства».

В статье рассказывается о городах, крепостях и населенных пунк-тах Нахчыванского региона. Также вносится ясность в некоторые неточ-ности, допущенные во время перевода книги. Основательными аргумента-ми доказывается факт нахождения городов Нахсон, Марагара, Гелат, Кир-на, Гилан, Ресс, Страуба, Алуитзе на территории Нахчыванского региона.

В статье также вносится ясность в интересные сведения о том, что Нахчыван является родиной пророка Ноя.

Ключевые слова: Нахчыван, Кырна, Гилан, Ресс, Астабад, Ной, путешествен-ник, историческая география, город.

 

Elnur Kelbizadeh

“THE TRAVEL BOOKOF JOHANN SHILTBERGER

AS THE SOURCE ON HISTORY AND GEOGRAPHY OF THE NAKHCHIVAN REGION OF AZERBAIJAN

One of the sources with interesting information on historical geography of the Nakhchivan region in the Middle Ages is “The travel book” of the Ger-man military man and traveler Johann Shiltberger, devoted to his travel to Europe, Asia and Africa from 1394 to 1427.

J.Shiltberger who has visited many countries of Europe, Asia and Africa in this book tells about the Azerbaijani cities of Tabriz, Maku, Maraga, Nakh-chivan, Alinjagala, Astara, Shirvan, (Lakhyj, Shamakhy, Shabran), Sheki and Derbent. These data are in the 33rd section under the name “The countries where silk is gathered, Persia and other kingdoms”.

In the paper it is told about the cities, fortresses and settlements of the Nakhchivan region. Also some discrepancies allowed during translation of the book are cleared up. Thorough arguments prove the fact that the cities of Nakh-son, Maragara, Gelat, Kirna, Gilan, Ress, Strauba, Aluitza are located in the ter-ritory of the Nakhchivan region.

In the paper also are clarified interesting data that Nakhchivan is the homeland of the prophet Noah.

Key words: Nakhchivan, Kirna, Gilan, Ress, Astabad, Noah, traveler, historical geo-graphy, city.

(Akademik İ.M.Hacıyev tərəfindən təqdim edilmişdir)

ELNUR KƏLBİZADƏ

AMEA Naxçıvan Bölməsi

E-mail: caspianman@mail.ru

N1,2014, səh. 70 – 76

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.