Naxçıvan musiqi mədəniyyəti tarixindən-musiqi təhsili kitabından

Print Friendly, PDF & Email

Giriş

Naxçıvan Muxtar Respublikası dahi mütəfəkkirlər, dünya, ölkə və yerli əhəmiyyətli mədəni-tarixi abidələr diyarı olaraq bəşəri mədəni irs tarixində özünəməxsus yer tutmuşdur. Rəvayətlərdən və tarixi mənbələrdən belə mə`lum olur ki, baş verən mədəni-tarixi hadisələrin bir çoxu bu torpaqla bağlı olmuş və mədəniyyətimizin inkişafında Naxçıvan məfhumu, Naxçıvan varlığı mühüm rol oynamışdır.

Qədim dövrdən başlayaraq mədəni irs tariximiz ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında Gəmiqaya adlanan ərazidə, Kiçik Qafqazın Qapıcıq dağlarının cənub və şərq yamaclarmdakı Nəbi yurdunda və Qaranquş yaylaqlarında yerləşən, yaşı təxminən 5-6 min ilə yaxın olan qayaüstü rəsmlərdən başlamış və günümüzədək gəlib çataraq mədəni irs tariximizin inkişafı yolunda bir mayak rolunu oynamışdır. Qayaüstü rəsmlərdə əks etdirilən ovçuluq, heyvandarlıq və sair səhnələr içərisində sırf mədəniyyətlə bağlı rəqs səhnələri, rəssamlıq sənəti kimi rəsmlər daha çox diqqəti cəlb edir. Sivil dünyanın ilkin mədəniyyət nişanələrini özündə əks etdirən Gəmiqaya rəsmlərində təsvir edilən rəqs hərəkətlərinin elementləri, rəqslərin dinamikası, ifaçıların üzündə müşahidə edilən nəğmə oxuma mimikaları belədeməyə əsas verir ki, mədəniyyətimizin bir qolu olan musiqi ifaçılığı sənəti də məhz о dövrlərdən formalaşmağa başlamışdır. Bu fıkir müxtəlif mənbələrdə də dolayısı iləöz əksini tapır. Bəlli ki, ibtidai insanlar rəqs etməyə çox meyilli olduqlarından ilk hecaları, sözləri tələffüz edər-etməz rəqslərini müəyyən intonasiyalı heca və sözlərləmüşayiət edir- mişlər. Bu faktlar Gəmiqaya və Qobustandakı qayaüstü rəsmlərlə, xüsusilə də Naxçıvan Muxtar Respublikasında Qızılburun adlanan ərazidə aşkar edilmiş polixrom boyalı küpə üzərində təsvir edilmiş rəqs məqamlarında bir daha öz təsdiqini tapır.

Eyni zamanda, qayaüstü rəsmlər Azərbaycan rəsm məktəbinin əsası kimi də qiymətləndirilməlidir. О məktəb ki, sonralar miniatür və ilmələrdən yaranan xalçaçılıq, rəssamlıq sənətlərinin, misgərlərin əl işlərindəki naxışların və digər yaradıcılıq məktəblərinin təməl daşına çevrilmişdir.

Gəmiqaya rəsmləri

Əsrlər keçdikcə Naxçıvanın mədəni tarixi “Kitabi-Dədə Qorqud” boylarında, folklor və muğam yaradıcılığında, aşıq və xalq dastanlarında, nənələrimizin toxuduğu xalçalarda, miniatür sənətində, memarlıq abidələrində, rəssamlanmızın tablolarında və digər tarixi sənət nümunələrində öz əksini tapmışdır.

 

Nuh peyğəmbərin gəmisinin Naxçıvan Muxtar Respublikası ərazisində lövbər salması və qəbrinin Naxçıvan şəhərində olması, müqəddəs “Qurani-Kərim”də adı çəkilən “Əshabi- Kəhf” – in Naxçıvan şəhərinin təxminən 13 kilometrliyində yerləşməsi, müxtəlif dövrlərə aid nekropol və yaşayış məntəqələrinin, 1160-dan artıq mədəni-tarixi abidələrin burada günümüzədək qorunub saxlanılması dediklərimizə əyani sübutdur.

B.Kəngərli “Nuhun qəbri”

Təsadüfı deyil ki, Oğuz ellərinin mərkəzində yerləşən Naxçıvan diyarında “Kitabi-Dədə Qorqud” boyları və onların personajları ilə bağlı əllidən artıq toponim yer alır. Onlann sırasında adları birbaşa göstərilən yer adları: Ağqaya, Altunqaya, Qaradərə, Qaraçuq, Əlincə qalası, Dərəşam, Şəruk (Şərur); toponim və mikrotoponimlər – Böyükdüz, Sədərək, Şərur düzləri, Daşarx, Daşqışlaq, Qazançı, Qazançı gölü və s. günümüzədək öz adını qoruyub saxlamış və ulu mədəniyyətimizin canlı səhifəsi kimi dörd bir yana işıq saçmaqdadır.

İntibah dövründən başlayaraq mədəni irs tariximiz Naxçıvanda doğulub boya-başa çatmış bir sıra yaradıcı mütəfəkkir, elm, mədəniyyət, dövlət xadimlərinin fəaliyyəti ilə bağlıdır ki, onların da yaradıcılığı təkcə Naxçıvan, Azərbaycan miqyası ilə deyil, ümumbəşər səviyyəsi ilə ölçülür. Maraqlıdır ki, bu dövrdə yaşayıb yaradan mütəfəkkirlərin əksəriyyəti “Naxçıvani” təxəllüsü ilə fəaliyyət göstərmişlər. Onlardan – memarlar: Əcəmi Əbubəkr oğlu Naxçıvani (XII əsr), Əhməd İbn Əyyubəl-Hafız Naxçıvani (XIV əsr); görkəmli dövlət xadimi Cahan Pəhləvanın qızı, Qızıl Arslanın qardaşı qızı Cəlaliyyə Naxçıvani (XII əsrin sonu-XIII əsrin əvvəli); alim, fılosof, dövlət xadimi Nəsrəddin Naxçıvani, Qutluqşah ibn Səncər ibn Abdullah əs-Sahibi ən-Naxçıvani (XIII əsr); tanınmış fılosof Naxçıvani Nəcməddin ibn Əbubəkr ibn Məhəmməd (XIII əsr); tarixçi, dilçi, şair, dövlət xadimi Naxçıvani Məhəmməd ibn Hinduşah ibn Səncər ibn Abdullah əl-Girani ən-Naxçıvani (XIII- XIV əslər) və başqa görkəmli mütəfəkkirləri göstərmək olar.

İntibah dövründə mədəniyyət sahəsində əldə olunan ən böyük nailiyyətlərdən biri də muğam sənətinin Azərbaycanda və bir sıra başqa ölkələrdə inkişafı, zirvəyə ucalması və müxtəlif ölkələrdə bu sənətin mükəmməl ustadlarının yetişməsi ilə bağlıdır. Muğam sənətinin bu dövrdəki tərəqqisi haqqında altı əsrdən sonra görkəmli Azərbaycan bəstəkarı, klassik Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyov çox gözəl demişdir: “Yaxm Şərq xalqlarının musiqi mədəniyyəti XIV əsrə yaxın özünün ən yüksək inkişaf  mərhələsinə çatmış, on iki sütunlu və altı qülləli bir “bargah” (dəsgah) şəklində vüqarla yüksəlməkdə idi. Onun zirvəsindən dünyanm dörd tərəfınə: Əndəlicdən Çinə və Afrikadan Qafqaza qədər möhtəşəm bir mənzərə açılmışdı. Həmin bu “musiqi mədəniyyəti sarayının” inşasında ensiklopedist və qədim yunan musiqi nəzəriyyəsini yaxşı bilən Əbu-Nəsr Fərabi kimi alim-memar, Avropada Avisenna adı ilə məşhur olan mütəfəkkir alim Əbu Əli ibn Sina, əl-Kindi və başqaları iştirak etmişlər. Bu musiqi “bargah”ının zahirən möhkəm surətdə istinad etdiyi 12 “sütun” 12 əsas muğamı, 6 qüllə isə 6 avazatı təmsil edirdi…” Söz yox ki, muğam sənətinin beşiyi sayılan Azərbaycanda və onun bölgələrində, о cümbdən Naxçıvanda da muğam sənəti sürətlə inkişaf etmiş və xalq tərəfındən böyük hörmət, ehtiramla qarşılanaraq həvəslə öyrənilmişdir.

Bu dövrdə elmin, mədəniyyətin Naxçıvanda güclü inkişafının ilk növbədə mövcud tarixi şəraitlə bağlı olması xüsusiqeyd olunmalıdır. Belə ki, 1146-cı ildə əmir Şəmsəddin Eldəgiz tərəfındən Atabəylər dövlətinin paytaxtının Naxçıvana köçürülməsi  Naxçıvanda bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də güclü inkişafa səbəb olmuşdur. Əmirin iqamətgahına dəvət olunan dövrün ən qabaqcıl, tərəqqipərvər elm adamları, memarlar, rəssamlar, aşıqlar, xanəndələr, çalğıçılar və digər sənət sahibləri bu prosesin zirvəsində duraraq Naxçıvanda mədəni irsin tərəqqisi və nəsildən-nəslə çatdırılması üçün xeyli iş görmüşlər.

Doğrudur, digər mədəniyyət sahələri və sənət növləri ilə müqayisədə musiqi mədəniyyətinin zəif inkişafı müşahidə olu- nur ki, bu da müəyyən obyektiv və subyektiv səbəblərlə bağlıdır. Atabəylər dövbtinin böyük bir ərazidə yerləşməsi (Azrbaycan Atabəyləri dövləti-Eldəgizlər sülaləsinin idarə etdiyi qüdrətli feodal dövləti (1136-1225) Kürdən cənuba, şimal-qərbi İran vilayətləri, İsfahan, Rey və s. yerləri əhatə edirdi. Paytaxtı müxtəlif  vaxtlarda Naxçıvan, Həmədan, Təbriz, Bərdə olmuş- dur. Mühüm şəhərləri: Naxçıvan, Təbriz, Gəncə, Beyləqan, Xoy və s.), bu torpaqların müxtəlif Atabəylər tərəfındən idarə olunması, daxili iğtişaşlar, atabəybrin və şahların tez-tez dəyi- şilməsi, əhalinin kasıb yaşaması və s. musiqi mədəniyyətinin inkişafına öz mənfı təsirini göstərməyə bilməzdi, lakin əsas və həlli çox çətin olan məsələ dini hökmranlığın baş alıb getməsi idi. Dini adət-ənənələrə görə musiqi, xanəndəlik, xüsusilə də rəssamlıqla məşğul olmaq qadağan edilməsə də ona çoxlu məhdudiyyətlər qoyulmuşdu. Bu sənətlə məşğul olanlar kafir adlandırılır, cəmiyyətdə, el içində onlara qarşı mənfi münasibət bəslənilirdi. Bu isə musiqi mədəniyyətinin, rəssamlıq sənətinin və incəsənətin digər janrları ilə bağlı sahələrin inkişafma mənfı təsir göstərirdi. Bu səbəbdəndir ki, xanəndəlik istedadına malik olanların əksəriyyəti məscidlərdə azan verər, mərsiyəvə sinəzən deyərdilər.

Müqayisə üçün qeyd olunmalıdır ki, bu illər tarixdə Azərbaycan memarlıq məktəbinin çiçəklənən dövrü kimi göstərilir. Belə ki, Naxçıvanda və digər bölgələrdə bu gün də əzəmətlə ucalan və dünya əhəmiyyətli abidələr siyahısına daxil edilən dahi me`mar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfındən inşa edilmiş Yusif  ibn Küseyir (1162), Mömünə Xatın (1174- 1186) türbələri, me`mar Əhməd ibn Əyyub əl-Hafız Naxçıvaninin Qarabağlar kəndində ucaltdığı “Qarabağlar” (XIV əsrin 30-cu illəri) türbəsi, habelə Bərdədəki “Türbə”(1322) bu inkişafm bariz nümunəsidir.

I FƏSİL

NAXÇIVAN MUSİQİ MƏDƏNİYYƏTİ HAQQINDA

Musiqi mədəniyyətimiz tarixən olduğu kimi, о zamanlar da folklor yaradıcılığı, milli bayramlar, el şənlikləri hesabına qorunub saxlamlmış və daha da zənginləşmiş bir formada günümüzədək gəlib çatmışdır. Bayramlar və el şənlikləri mə`naca iki qismə ayrılsalar da (milli Novruz bayramı, məhsul yığımı ilə bağlı keçirilən şənliklər və dini bayramlar: Qurban bayramı, Ramazan bayramı və s.) xalq tərəfindən yekdilliklə qeyd edildiyindən (Sovet dönəmi istisna olmaqla) tədricən ümumləşmiş və biri-biri ilə vəhdət təşkil edərək folklor, xalq yaradıcılığı və milli musiqimizin ilham mənbəyinə çevrilmişdir. Eyni zamanda, bayatı, meyxana və digər şifahi xalq ədəbiyyatı nümunələrimüəyyənintonasiya və avazlarla müşayiət edilirdi ki, bunlar da öz növbəsində xalq mahnılarının yaranmasmda müstəsna rol oynayırdı. Söz yox ki, aşıq yaradıcılığı və muğam sənəti hər zaman olduğu kimi, bu dövrdə də musiqi mədəniyyətimizin ke- şiyində durmuş və daima onu irəliyə doğru aparmışdır.

Naxçıvanda aşıq sənətinin yaranma tarixi uzaq keçmişə mənsub olsa da bu sənətin ilkin nişanələri və ərsəyə gəlməsi “Kitabi-Dədə Qorqud” dastanmdakı Dədə Qorqud və onun çaldığı qopuzla bağlıdır. Əminliklə demək olar ki, qopuz bir musiqi aləti kimi əsrlər boyu təkmilləşərək öz yerini saza vermişdir.

      Qeyd etmək lazımdır ki, Naxçıvanda aşıq sənəti öz inkişaf zirvəsinə XVIII əsrdə Ağ Aşığın yaradıcılığı ilə yüksəlmişdir.

1754-cü ildə Şərur mahalınm Kosacan kəndində dünyaya göz açmış Allahverdi Qara Osmanoğlu (Ağ Aşıq) nəinki Naxçıvanda, bütövlükdə Azərbaycanda, Qafqazda və s. bölgələrdə aşıq məktəbinin yaradıcılanndan biri olmaqla yanaşı, səsi və ifaçılığı ilə böyük şöhrət qazanmışdır. 1794-cü ildə Araz boyu tez-tez baş

verən iğtişaşlarla əlaqədar Ağ Aşıq ailəsi ilə birlikdə Göyçə ma- halına köçərək Kərkibaş kəndində məskunlaşır. Ağ Aşıq Kosa- candan Buxaraya, Kərkibaşdan Dərbəndə, Qarabağdan Urmiyayadək olan geniş bir ərazidə saz-söz sahibi olmuş və hansı bölgədə çıxış etməsindən asılı olmayaraq əhali tərəfındən hörmət və ehtiramla qarşılanmışdır. Aşıq Alı kimi sənətkarın (Aşıq Ələsgərin ustadı) Ağ Aşığa uzun müddət şagirdlik etməsi, ondan dərs alması Ağ Aşığın necə böyük ustad olmasından xəbər verir. Ağ Aşığın müxtəlif formalarda (qoşma, gəraylı, qıfılbənd, dodaqdəyməz divan və s.) olan qoşmaları əsl sənətkarlıq nümunəsidir. Aşığın yaratdığı “Ağ Aşıq və Keşişoğlu”, ”Ağ Aşığın Borçalı səfəri” dastanları, “Ağ Aşıq və Süsənbər” məhəbbət dastanı ona zamanında böyük şan-şöhrət gətirmişdir. Təəssüf ki, bu dastanlardan günümüzədək yalnız kiçik parçalar gəlib çatmışdır.

Ağ Aşığın sağlığında və ölümündən (1860) sonra Naxçıvanda və digər bölgələrdə aşığın çoxlu davamçısı fəaliyyət göstərmiş və aşıq sənətinin inkişafı yolunda davamlı, məqsədyönlü, xeyirxah iş aparmışlar. Zaman keçdikcə bu sənətkarlardan məşhur ustadlar yetişmiş ki, onlann da səsi-sorağı Azərbaycandan çox-çox uzaqlara yayılaraq aşıq sənətimizin əbədiliyinin göstəricisinə çevrilmişdir. Bu kimi ustadlardan XIX-XX əsrlərdə fəaliyyət göstərən Aşıq Cəlil, Aşıq Abbas Dəhri, Aşıq Əli Xanxanım oğlu, Gülali Məhəmməd, Vayxırlı Məmmədcəfər, Çobankərəli Məhəmməd, Aşıq Nabat, Aşıq Fətulla, Sərraf Qasım, Sədərəkli Yusif və başqalanın adı bu gün də dillər əzbəridir.

Naxçıvan aşıq məktəbi haqqında tam təsəvvür yaratmaq üçün məktəbin qadın təmsilçisi Nabat xanımın yaradıcılığını xüsusilə qeyd etmək lazımdır.

Cavadova Nabat Paşa qızı (Aşıq Nabat) 1914-cü ildə Şərur rayonunun Parçı kəndində dünyaya gəlmişdir. Erkən yaşlarından ata-ana nəvazişindən məhrum olan Nabat qohumlarının himayəsində yaşayır. Ailə vəziyyəti ilə əlaqədar Nabat xanım Bərdə rayonuna köçür. Gözəl səsə malik olan Nabatxanım bir müddət burada Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov və tarzən Qurban Pirimovla birlikdə fəaliyyət göstərmiş, xanəndəlik etmişdir. Aşıq Ələsgərin qardaşı oğlu Musadan aşıqlıq sənətinin sirlərinə yiyələnən Nabat xanım tədricən aşıq sənətinin görkəmli nümayəndələrindən biri olmuş və nəinki Azərbaycanda, qonşu ölkələrdə də ustad aşıq kimi tanınmışdır. Bir neçə yüz şeirin müəllifi olan və bir sıra xalq dastanlarını əzbər bilən Aşıq Nabat nəinki xalq, həmçinin həmkarları arasında da böyük ad-san qazanmışdır. Aşıq Nabat bir sıra qoşma və gəraylıların (“Sinəmdə”, “Bahara”, “Yaxşıdı”, “Baxtımı” və s.) müəllifıdir. Aşıq müxtəlif festivalların, Azərbaycan Aşıqlarının II qurultayının, 1938-ci ildə Moskvada keçirilən mədəniyyət və incəsənət ongünlüyünün fəal iştirakcısı olmuş, müxtəlif mükafatlara layiq görülmüşdür. Aşıq Nabat 1973-cü ildə Şərur rayonunun Siyaqut kəndində dünyasını dəyişmişdir.

Aşıq sənəti ilə yanaşı xanəndəlik, instrumental ifaçılıq və başqa musiqiçi sənətkarların bu dövrdəki fəaliyyəti musiqi mədəniyyətimizin ümumilikdə tərəqqisinə müsbət təsir göstərirdi. XVIII əsrdə Türkiyə sultanı IV Muradm sarayında çalğıçı kimi fəaliyyət göstərən Muradağa Naxçıvanlı, XIX əsrin 1-ci yarısında bir müddət Naxçıvanda yaşamış xanəndə Səttar (xanəndənin Naxçıvanla bağlı fəaliyyəti, Ehsan xanın qızı gənc şairə Qönçəbəyim, gürcü şairi N.Barataşvili ilə yaradıcılıq münasibətbri, məclislərdə iştirakı və burada Azərbaycan muğamını layiqincə təmsil etməsi mərhum şair Müzəffər Nəsirlinin “Qönçəbəyimin nəğməsi” adlı iki hissəli pyesində çox gözəl və ətraflı təcəssüm etdirilmişdir), xanəndə Cəfər, qarmonçalan Səlminaz, kamança ifaçısı Firuz, XIX əsrin sonu-XX əsrin birinci yarısında fəaliyyət göstərən xanəndə və müğənnilərdən Mandi Mələk, Gülanoğlu, Məşədi Əsəd, Məşədi Həsən, Məşədi Əbil, Məşədi İsmayıl, Həsənqulu, Sarı Heydər, İdris Nağıyev, Kərbəlayı Baxşəli və başqalannm fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü Abdulla Babayev bu gün də xanəndələr Məşədi Həsən və Həsənqulunun “Heyratı”, Məşədi Əbilin “Çahargah”, Məşədi İsmayılın “Şahnaz” və “Qatar”, İdris Nağıyev tərəfindən ifa edilən “Şur” muğamları haqqında heyranlıqla danışır.

Göründüyü kimi, aşıq və muğam sənəti milli musiqi mədəniyyətimizin əsasını təşkil edən sənət növü kimi əsrlər boyu Azərbaycan xalqının qürur mənbəyi olmuşdur. Muğamat və muğam sənəti haqqında görkəmli musiqiçilər hər zaman dəyərli fıkirlər söyləmiş və musiqi mədəniyyəti tarixində muğamatın yerini müəyyənləşdirməyə çalışmışlar. Bu baxımdan XX əsrin korifey bəstəkarı Qara Qarayevin söylədiklərini bir daha xatırlamaq istəyirəm. О yazırdı: “Muğamat yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış, kamilləşmişdir. Muğamat xalq vokal-instrumental kompozisiyasının ən yüksək yaradıcılıq mərhələsinə çatdırılan nümunəsidir”.

Rafail  Kərimov, «Naxçıvan musiqi mədəniyyəti   tarixindən.  Musiqi  təhsili» kitabından  səh. 9-18

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.