1.1.Gəmiqaya – Qobustan əlifbası

Print Friendly, PDF & Email

Son illərdə apardığım tədqiqatlar nəticəsində mənə aydın olmuşdur ki, Azərbaycan – dünyada ən qədim və ən mükəmməl əlifbanın vətəni, Azərbaycan – türk xalqı o əlifbanın yaradıcısıdır. Söhbət Gəmiqaya – Qobustan əlifbasından gedir. Mən bu əlifbanı Gəmiqaya və Qobustan abidələrini, həmin abidələr haqqında tədqiqat əsərlərini nəzərdən keçirərkən aşkar etmişəm.

   Qobustan abidələri haqqında ilk dəfə 1924 – cü ildə xəbər verilmişdir (1), 1938 – ci ildə arxeoloq alim İsaq Cəfərzadə onu aşkara çıxarmış, 1947 – ci ildən isə tədqiqinə başlamışdır. Arxeoloq aliçlər Firuzə Muradova və Cəfərqulu Rüstəmov bu işi İ.Cəfərzadənin ölümündən sonra davam etdirməkdədirlər. Qobustan haqqında birinci və əsas kitab – albom (“Qobustan”) 1973 – cü ildə İ. 

Cəfərzadənin müəllifliyi ilə çap olunmuşdur (2). Həmin kitabda Qobustan qaya rəsmlərinin və işarələrinin dəqiq foto – surətləri çap olunmuş və onların haqqında ümumi məlumat verilmişdir. Müəllifhəmin rəsm və işarələrin e.ə.8-ci minillikdən üzübəri qayalara həkk edildiyini qeyd etmişdir (3). Sonrakı illərdə Qobustan haqqında daha bir neçə kitab (4) çap olunmuşdur. Bu kitablarda da bildirilir ki, Qobustan təsvirləri “ibtidai insanların, ovçuların və çobanların əl işləridir” (5).

   Amma buradakı təsvirlərin özü sübut edir ki, onlar yüksək dərəcədə inkişaf etmiş mədəniyyətin danılmaz izləridir. Qobustan qayalarının rəsm və işarələri heç də “ovçuların və çobanların əl işləri” olmayıb, istedadlı rəssamlar və bilicilər tərəfindən qayalar üzərində bədii – həndəsi – riyazi dəqiqliklə qazılmış, həkk edilmişdir. Bunların hamısı sözlü işarələrdir. Və ilk növbədə Tanrıçılıq, odsevərlik inamını, yer-göy əlaqələrini, kosmik düşüncəni əks etdirir.

   Gəmiqaya abidələrini isə 1968 – ci ildə tarix elmləri doktoru, professor Vəli Əliyev kəşf etmişdir. Vəli müəllim öz tədqiqatlarının nəticələrini (6) kitablarında geniş şərh etmişdir. O, bəyan etmişdir ki, Gəmiqayada qədim yazı işarələrinə də təsadüf olunur. Onları açıqlamaq dilçi mütəxəssislərin üzərinə düşür.

   İ.Cəfərzadənin və C.Rüstəmovun adı çəkilən kitablaarında qeyd olunmuşdur ki, Qobustanda qaya təsvirləri arasında yazı işarlərinə və damğalara oxşayan işarələr nəzərə çarpır (7).

   Qobustanda və Gəmiqayada qədim əlifba işarələrinin varlığından ilk dəfə bu sətirlərin müəllifi xəbər tutmuş, həmin əlifbanı piktoqraflar sırasından aşkara çıxarmışdır.

   Mən Gəmiqaya-Qobustan əlifbasını bir neçə qədim əlifba işarələri ilə qeyd etdim, tutuşdurdum, hər bir işarənin – hərfin  yerini, səsini – piktoqrafik – ideoqrafik – mifik kodunu – məzmununu təyin etməyə çalışdım. Apardığım təhlillər, müqayisələr sübut etdi ki, bu, Azərbaycanda yaradılmış və Azərbaycan (türk) düşüncəsinin, zəkasının məhsulu olan qədim, orjinal, milli Azərbaycan (türk) əlifbasıdır.

“Orxon – Yenisey” lə müqayisə göstərdi ki:

1.         Orxon – Yeniseydə Gəmiqaya-Qobustanın A, B, Ə, O, Q, Ş, P, R, T, G, F, və J işarələri yoxdur. Bu hərflərin səslərini Orxon-Yeniseydə başqa işarələr təyin edir.

2.         Gəmiqaya-Qobustanda hər işarə bir səsin ünvanı olduğu halda, Orxon-Yeniseydə K səsini 10, Ş səsini 5 işarə toplu halında ifadə edir (8). Başqa səslərin də bir neçə işarəsi var.

3.         Gəmiqaya-Qobustandan fərqlə olaraq Orxon-Yeniseydə a-ə, ı-i, o-u, ö-ü, saitləri müştərək işarələrlə bildirilir. Samitlərdən bir neçəsi: D, Y, G, L, M, N, S, P, R fonetik baxımından Gəmiqaya-Qobustandakı samitlərdən fərqlənir.

4.         Gəmiqaya-Qobustanda Orxon-Yeniseydə olduğu kimi, səs birləşmələri yoxdur.

   Fikrimcə, Orxon-Yeniseylə Gəmiqaya_Qobustan bir-birini izləyən, bir-birindən fərqli, müstəqil əlifbalardır. Türk əlifbası kimi qohum əlifbalardır.

   Gəmiqaya-Qobustan və şumerli türk əlifbaları ilə müqayisədə Orxon-Yenisey, işarələrinin miqdarı ilə nisbətən “kasıb” görünür. Əlbəttə, Orxon-Yenisey əlifbasının hələ aşkara çıxarılmamış sirrləri çoxdur. Onun işarələrinin miqdarı haqqında da qəti fikir söyləmək mümkün deyil. Fikrimcə, hər iki türk əlifbası zaman etibarı ilə çox qədimdir. Orxon-Yenisey əlifbası Avrasiya mühitində şərq, Gəmiqaya-Qobustan isə qərb əlifbasıdır. Elə bu sebebdendir ki, qədim və müasir Avropa əlifbaları, Yaxın Şərqin bir sıra əlifbalarıda Gəmiqaya-Qobustanın törəmələridir. Mən bu fikrə demək olar ki, saysız müqayisələr, tutuşdurmalar apardıqdan sonra gəlmişəm. Bütün müqayisələrin cədvəllərini tərtib etmişəm. Müqayisələr göstərir ki, finikaya, yunan, latın, kiril, yəhudi, ərəb, iran (Pəhləvi) Sanskrit, braxmi (Hind) və s. əlifbaları Gəmiqaya-Qobustan əlifbasından iqtibasla yaradılmışdır.

   Gəmiqaya-Qobustan yuxarıda sözügedən əlifbaların hamısından ilkin-birinci olmaqla, həm də onların hamısından daha zəngin, tamamlanmış, bitkin əlifbalardır. O, bilavasitə Azərbaycan (türk) dilinin fonetik ve leksik quruluşuna tam cavab verir. Azərbaycanda aşkar edilən digər yazı işarələri: Gəncə 99), Şamaxı (10), Kəlbəcər (11), Mingəçevir (12), Hacıqabul, Nüvədi (13), Təbriz – Əhər (14), Pirallahı və İçəri Şəhər (15) yazı nümunələri Gəmiqaya-Qobustan əlifbasının işarələri ilə müasir terminlə desək: yüzdə yüz üst-üstə düşür.

   Azərbaycana yürüş etmiş işğalçılar üçün Qobustan qayaları əlçatan olduğuna görə burada qədim yazı işarələrinin qonşuluğunda ərəb, fars və roma yazılarına rast gəlinir (16). Mən tədqiqatçı kimi, Qobustanın qədim işarələrini bunlardan mütləq seçməyə, fərqləndirməyə çalışmam. Bununla əlaqədar Orxon-Yenisey və Gəmiqaya-Qobustanın törəmələri olan əlifbalar üzərində də müqayisələr aparmışam.

   Gəmiqaya isə işğalçılar üçün əlçatmaz olmuşdur. Qobustanın da ən qədim rəsmləri, yazı işarələri Gəmiqaya işarələri ilə tam təsdiq olunur.

Gəmiqaya-Qobustan əlifba işarələrinin Azərbaycanın digər ərazilərində də aşkarlanması faktı sübut edir ki, bu qədim Azərbaycan əlifbası eradan əvvəlki min illiklərdən ta eramızın 1-ci min illiyinin 8-9 əsrlərinə qədər, xüsusən ərəb işğalına qədər Azərbaycanda, Yaxın və Orta Şərqdə, nəhayət, Avropada yayılmış, işlənmiş, öyrənilmişdir. Mənimsəmələr və iqtibaslar da prosesdə baş vermişdir. Gəmiqaya-Qobustan əlifbası ilə çoxlu dastanlar, tanrıçılıq inamına bağlı boylar, hekayələr, bayatılar, atalar sözləri, müdrik kəlamlar qələmə alınmışdır. Tədqiqatçıların özlərinin də etiraf etdikləri kimi, Azərbaycanda və Qafqazda Orxon-Yenisey əlifbasının nümunələri aşkara çıxarılmamışdır. (Nizami Cəfərov, Nəsir Rzayev). Bu faktın özü də deməyə əsas verir ki, Azərbaycan ərazisində aşkar edilmiş yazı işarələri Azərbaycan xalqının öz yaradıcılıq məhsuludur. Gəmiqaya-Qobustan əlifbasının Azərbaycana kənardan gətirilməsi haqqında heç bir söz ola bilməz.

  Vəli Əliyev “Tarixin izləri ilə” kitabında (17) yazır ki, Gəmiqayada qədim yazını xatırladan müxtəlif şərti işarələrdən ibarət maraqlı rəsmlərə də təsadüf edilmişdir. Gəmiqayada 8 rəqəmi, latın U və b hərflərini xatırladan müxtəlif işarələr toplusundan yaranan komplekslər çox qədim yazıları xatırladır. Müəllif onu da nəzərə çatdırır ki, qayaüstü rəsmlərdə, o cümlədən Gəmiqayada qədim yazı işarələri, tayfa nişanları və damğaları axtarmaq elmi cəhətdən məqsədə uyğundur. Lakin düzgün elmi nəticələrə gəlmək üçün qayaüstü rəsmlər,işarələr üzərində linqvizt mütəxəsislər tərəfindən uzun müddət gərgin tədqiqat işi aparılmalıdır. Qayaüstü rəsmlər haqqında reklam xarakterli uydurma mülahizələr söyləməyə, geniş oxucuları aldatmağa heç bir ehtiyac yoxdur (18).

   Nəsir Rzayev 1960-cı ildə Gəncə diyarçünaslıq muzeyinə verilmiş daş kitabə ilə əlaqədar yazır ki, bu qədim yazı mütəxəssisləri maraqlandırmamış olmaz (19).

   Mən Gəmiqaya ilə yanaşı bu işarələri də nəzərdən keçirdim. Aydın oldu ki, Gəncə yazısı Gəmiqaya-Qobustan əlifbasının işarələri ilə tən gəlir. Yəni, bunlar da Şamaxı, Təbriz və Nüvədi işarələri kimi məhz qədim, yerli Azərbaycan əlifbasının işarələridir (cədvələ bax). Bununla yanaşı N.Rzayev və başqa müəlliflər fikir yürüdürlər ki, “Orta Asiyadan Azərbaycana köçüb gələn türk qəbilələri özləri ilə runi (Orxon-Yenisey; Ə.F.) əlifbası gətirə, bilərdilər” (20).

   Ümumiyyətlə , Orxon-Yenisey sistemli əlifbanın Azərbaycanda ola bilməsi, yayılması, işlənməsi fikri 1920-ci illərdən bugünədək dəfələrlə irəli sürülmüşdür. Lakin bu tipli əlifbanın Azərbaycanda yaradıla bilməsi, hətta güman edilməmişdir. Azərbaycan xalqının özü kimi qədim əlifbası da ən yaxşı halda “gəlmə” qələminə verilmişdir ki, bu da rus-sovet imperiyasının yeritdiyi şovinist siyasətinin xofundan yaranan yanlış və qorxaq fikrlər idi. Axı, Gəmiqaya və Qobustan qayaları da Azərbaycana Orta Asiyadan, yaxud Altaydan gələ bilməzdi.

   Şübhə yoxdur ki, Qobustanda “yerli yazı işarələri tapılmışdır” – fikri 1940-50-ci illərdə meydana atılmış olsaydı, o, imperiya ideoloqları tərəfindən ən yumşaq halda mütləq başqa xalqın ünvanına yazılmış olardı. İmperiya xofu hələ bu gün də Azərbaycanda öz təsirini göstərməkdədir. Məncə, Orxon-Yenisey əlifbası Azərbaycana öz səsləri ilə gələ bilərdi. Gəmiqaya-Qobustan əlifbasında “yeriyən”  A,P hərfləri, çox çalaları Фhərfi, bilavasitə suyu bildirən Өhərfi, Orxon-Yeniseydə olmayan T, Шvə başqa işarələr, Gəmiqaya-Qobustanda 8 və ulduz işarələrinin bolluğu və başqa yerli əlamətlər sübut edir ki, Gəmiqaya-Qobustan Azərbaycanın öz qədim, yerli fonetik əlifbasıdır və o, Azərbaycan xalqı tərəfindən yaradılmışdır və bu tarix eradan əvvəlki min illiklərə aiddir.

   Gəmiqaya-Qobustan əlifbası 32 hərfdən: 23 samit və 9 sait səsdən ibarətdir. Bunlar 100-ə yaxın işarədir. Bu əlifba ilə yazılmış bütöv mətnlər hələlik əldə edilməsə də, prinsip etibarıilə yəqin etdim ki, Gəmiqaya-Qobustan əlifbasının işarələri tanrıçılıq inamının tələbi ilə soldan sağa – Od tanrıya: Günəşə sarı yazılıb.

   Gəmiqaya-Qobustanın yenidən dünyaya qayıtması ilə Finikiya əlifbasının uydurma “birinciliyinə” həmişəlik son qoyulmuşdur. Finikiya daha “Orxon-Yeniseydən avvəlki əlifba” deyil və Orxon-Yenisey heç də Finikiya – Arami əlifbasının yox, Gəmiqaya-Qobustan əlifbasının modeli əsasında meydana çıxa bilərdi. Lakin bu hal da Orxon-Yeniseyin öz modeli, öz daxili sirri hələ tam öyrənilməmiş qalır. Odur ki, məncə hələlik belə fikir yürütmək olar: Orxon-Yenisey Gəmiqaya-Qobustandan bəhrələnmişdir. Bunun açımı gələcək tədqiqatlara bağlıdır. Orxon-Yeniseyin Finikiya – Yunan və Arami yazıları ilə müqayisədə meydana çıxan uyğunluqları ( A.S.A manjolov) Gəmiqaya-Qobustana aid edilə bilər. Finikiya – Yunan və Arami yazılarının Gəmiqaya-Qobustanın törəməsi olduğunu Şümerli türk əlifbası təsdiq edir, həm də bunun tarixliyini meydana qoyur. Yəni, tarix təsdiq etmişdir ki, Şumerli türk (Şumer) əlifbası azı 600 il əvvəl mövcud olmuşdur. Gəmiqaya-Qobustan Şumerli türk əlifbası ilə – bütün hərfləri və piktoqrafları ilə tən gəlir (şumerlər türklərə mədəni yaxınlıqdan bəhrələnmişlər).

   Orxon-Yenisey əlifbası mətnlə oxunub. Onun hərflərinin səsləri məhz mətnə əsasən müəyyən edilib, onu mətnsiz oxumaq bəlkə də bu günə qədər də mümkün olmazdı.

   Gəmiqaya-Qobustan əlifbasını isə mətnsiz oxumaq – hərflərin səsslərini müəyyən etmək mənim üçün ona görə mümkün olmuşdur ki, mən buna harflərin piktoqrafik – mifik kodlarını aşkar etməklə nail ola bilmişəm. Mən əvvəlcə Gəmiqaya-Qobustan əlifba işarələrini Orxon-Yeniseylə müqayisə etdim, tutuçdurdum və Gəmiqaya-Qobustan işarələrini Orxon-Yeniseyin müvafiq işarələri ilə eyni yuvaya-ardıcılıqla köçürtdüm. Orxon-Yenisey işarələrinin səssləri ilə Gəmiqaya-Qobustanın səsləri bir-birinə uyğun gəlmədi. Nəhayət, yəqin etdim ki, Orxon-Yenisey işarələrinin səsləri şərtiylə daha yaxındır. Yəni, məsələn “güzgü” üsulu ilə 2 zet və iks işarəsi: a/ə, (21)? V isə k oxunur və s. Axı niyə V-məhz V`X niyə X (xı) oxunmasın?

   Tədqiqatı davam etdirdim. Mən Qobustan qayalarına həkk edilmiş təsvirlərə, işarələrə yenidən baxdım, o məntiqlə ki, Gəmiqaya ilə Qobustan eyni mədəniyyəti, eyni soy düşüncəsi əks etdirməlidir.

   Axtarışım gözlədiyimdən artıq nəticələr verdi.

   1.Mən hesab edirdim ki, Qobustan Gəmiqayadan daha qədim olmalıdır. Mərhum alim İsaqb Cəfərzadənin yazdığına görə, Qobustanda rəsmlərin cızılması e.ə. VIII minillikdən üzübəri – bizim eranın II minilliyinin əvvəllərinədək davam edib (22). 2. Prinsipcə Qobustanda təkcə rəsmlər yox, yazı-piktoqrafik işarələr də olmalıdır və yəqin ki, bəzi fonetik fərqlə Gəmiqayanı təkrar etməlidir.

   Nəticələr göstərdi ki, Qobustan Gəmiqayanın davamıdır və ya ən azı onunla yaşıddır. Hər halda Qobustan-Gəmiqayadan heç cür “qoca” ola bilmir.

   Qobustanda, gözlədiyim kimi, heş də bir neşə yox, 200-dən artıq piktoqrafik işarə ilə üzləşdim. Bunlar İ.Cəfərzadənin “Qobustan” kitabında rəsmlər arasından məhz piktoqraf-işarələr kimi seşilmişdir (23). Mən əlifba işarələrini piktoqraflardan seçib yazdım. Rəsmlər arasında Gəmiqayada olduğu kimi, srxeoloqun diqqətindən yayınmış, yaxud bilərəkdən qeydə alınmamış işarələr də var. Mən təzədən Orxon-Yeniseyə və Gəmiqayaya müraciət etdim və bu qərara gəldim ki, Orxon-Yenisey səsləri Azərbaycan əlifbasının səsləri ilə eynilik yaratmır. Bu, qədim altay türklərinin dili ilə Azərbaycan dilinin səsləri arasında fərqlə bağlı ola bilər. Gəmiqaya-Qobustanın səsləri Orxon-Yeniseylə müqayisədə piktoqrafın məzmunu ilə daha çox uyuşur.

   “A” piktoqrafı buna birinci misaldır. “A” sanki “yeriyən adamdır”. Deməli, adam-A-dır, Adəmdir. A-“Ağ” dır, “Ad”-“Od” dur: Orxon-Yeniseydə ilk hərf məlum A işarəsi ilə başlamasa da, qanunauyğunluq pozulmur. O da Gəmiqaya-Qobustan kimi, a səsi, daha doğrusu a/ə səsləri ilə başlanır.

   Burada mifdən gələn qanunauyğunluq 2 zet və X-işarəsi iks-insan və ümumiyyətlə, canlı varlıq məzmunu ilə a/ə səsinə cavab vermiş olur. Orxon-Yeniseydə yalnız görünən şərtilikdən danışmaq olar.

   Bu şəkildə Gəmiqaya-Qobustan əlifbası Orxon-Yeniseydən fərqlənir. Dediyimiz kimi, Gəmiqaya-Qobustanda yazı işarələri səslərə və məzmuna – koda daha yaxındır.

   İlk baxışda Gəmiqaya-Qobustan əlifbasının səslərinin “müasirliyi” heyrət doğurur. Lakin belə “müasirlik” Orxon-Yeniseydə də var. Məsələn, müasir latın, hətta kiril “b”-sı Orxon-Yeniseydə də işarə və səs kimi 5-ci sırada azacıq fərqlə iştirak edir. Əlbəttə ki, latın və kirillə müqayisədə birincilik Orxon-Yeniseydir. Kiril əlifbasının Gəmiqaya-Qobustandan aldığı S hərfi Orxon-Yeniseyin s hərfindən sola əyilən xətti çıxmaqla düzəlir. Səs isə Orxon-Yeniseydə və kirildə eynidir. Orxon-Yeniseydə X (X-ı) səsi yoxdur (24). Amma üç )ı( işarəsi X səsinə yaxın qeydə alınması mənə kiril mərhələsindəki Ğ səsini tapmağa imkan verdi.

   Tanrıçılıq inamından, əzəli od-su ikiliyindən və ucalıq-dərinlik prinsipindən gələn mifoloji ardıcılıq mənə Gəmiqaya-Qobustanda işarələrin səslərini təyin etməkdə yardımçı oldu. Məsələn, həmin prinsiplə Ö səsini bildirir. Ö-su, “üstəgəl”  + – +  isə od və su tarazlığı məzmunundadır. Burada piktoqrafik işarə: Ö göl çəklidir, kiçik göldür. Bunu türk mifologiyasına əsaslanan “ucalıq-dərinlik” prinsipi də bir daha təsdiq edir. Onu da təsdiq edir ki, Ö-Azərbaycan dilinin doğma səsidir və onun qrafik işarəsi də Azərbaycan dilinin qrammatik qanunlarına bağlıdır. Orxon-Yeniseydə Ö səsini Ü ilə birlikdə N işarəsi əvəz edir.

   Orxon-Yeniseydə bir neçə işarə eyni vaxtda iki hərfi bildirir (25). Məsələn a/ə, ı/i, o/u, ö/ü, və s. Müştərək səsli 4 işarə, eyni səsin 2-3 işarəsi: Kbl, Kl, dl, d2, ul, u2, ll, Ny, n2, rl, sl, ml, çl, ç2 Ml içarələrini bildirir. Gəmiqaya-Qobustan Orxon-Yeniseyin davamı, ya təkrarı olsaydı o, Orxon-Yeniseyin səslərini edən bilici babalarımız onu məhz Azərbaycan dilinin qaydalarına uyğun şəkildə düşünüb yaratmışlar.

   Orxon-Yenisey   əlifbasının   hərflərinin   Gəmiqaya-Qobustana doğru qrafik inkişafı tablosundan bu əlifbaların qarşılıqlı əlaqələri muşahidə olunur. Bilmək olur ki, Orxon-Yeniseylə müqayisədə Gəmiqaya-Qobustanda hərflər daha tamdır, bütövdür. Orxon-Yeniseydə çoxşəkillilik demək olar ki, xeyli dərəcədə oxşarsızlıqla müşahidə olunur. Belə ki, eyni   hərfin   (tablodan   göründüyü   kimi)   bir-birinə oxşamayan, tam fərqli şəkilləri var. Məsələn, T, K, N, D, M hərflərində bunu daha aydın görmək olur. Orxon-Yenisey hərflərinin Gəmiqaya-Qobustana  doğru qrafik açımında bəzi hərflər  (eyni hərfin  variantlarından biri) Gəmiqaya-Qobustanda aşkar olunur. Məsələn, Orxon-Yeniseyin K hərfinin bir variantı Gəmiqaya-Qobustanın  Ğ hərfində tam təkrar olunur. Başqa təkrarları, oxşarlıq və oxşarsızlıqları tablolarda müşahidə etmək mümkündür.

   Sami tayfalar (yəhudilər, ərəblər və b.) 22 samit işarəsi ilə “sami” adını daşıyıblar (26). Amma 22 samit onların heç də “öz yaradıcılığı” olmayıb. Əslində 22 samit Gəmiqaya-Qobustan əlifbasından gəlir.

   “Gəmiqaya-Qobustan” əlifbası belə bir həqiqəti təsdiq edir ki, əlifba bir nəfər tərəfindən bir ayda, bir ildə yaradıla bilməz. O, uzun illərin təcrübəsindən, sınaqlarından keçərək insan kollektivinin, etnosun – xalqın soy psixologiyasına, dünya görünüşünə, dil və din birliyinə əsaslanaraq, piktoqraflar – şəkilli sözlər, damğalar, rəmzlər toplusundan seçilərək, bir sapa düzülərək, formalaşaraq yaradıla bilər. Belə əlifbanın yaradıcısı bütün xalq olur. Əlifba məhz əlifba kimi formalaşana qədər bir neçə mərhələdən keçir. Onun nizama – “sapa” düzülməsində azı bir neçə, yaxud onlarla bilici iştirak edir. Onlar ana dilinin coxlu şivələrini və dialektlərini ümumiləşdirməklə “ana dialekti” düzgün təyin etməklə səsin sözə çevrilməsinin sirrinə vaqif olmaqla – yalnız bu şəraitdə, bu imkanlarla illər ərzində yetişməkdə, formalaşmaqda – yaradılmaqda olan əlifbanın yaradılmasını başa çatdırırlar. Bu yaradıcılıqda kiminsə xidməti daha çox olur. Gəmiqaya-Qobustan əlifbası məhz bu şəraitdə, bu tələblərə əsaslanmaqla yaradılmışdır. Bu əlifbada az qala hər bir hərfin, işarənin öz yaranma tarixçəsi var. Kitabda yeri gəldikcə onlardan bəhs ediləcək. Onlardan bir qisminin inkişaf yoluna qısaca nəzər yetirək.

   Gəmiqaya-Qobustan çoxşəkilli əlifba olmuşdur. Törəmə əlifbalar onun çoxşəkilli hərflərindən özlərinə lazım olanı seçib-götürmüşlər. Sonra da hər iqtibasçı əvvəlki iqtibasçıdan faydalanmışdır.

   A hərfi – Göy öküzünün (öküz bürcünün) başına oxşadılmışdır:

   Бhərfi– buta formasını əks etdirir. Şəkilləri “buta” başlanğıcından törəmişdir. Б – həm də “insan” piktoqrafıdır.

   B hərfinin V variantı onun öz yarım hissəsidir.

   İ hərfi “İşıq” məzmunu ilə Günəşin şüasının – şüy Ağın piktoqrafıdır. Onun paralel şəkildə yuxarı yarım hissəsində, ortada “uzun” nöqtə qoymaqla │`│, daha sonra İ və onun da kiçik şəkli: i yaranmışdır.

   “Gəmiqaya-Qobustan” da “doğum” piktoqrafı   9  –  Do, “döl” – Do, dağ   şəkillərində qayalara cızılmışdır.

   L hərfi “əl” və ayaq piktoqraflarından düzəlmişdir.

   Qədim Azərbaycan əlifbasında Y hərfinin U hissəsi ilə “2-ci u” yaranmışdır.

   Y hərfi bu əlifbada u-dan daha artıq “büzülməsi” ilə seçilən damğa – piktoqrafdır.

   O hərfi ağızda səslənərkən dodaqların dairəvi bildirməklə yanaşı, Günəşin və Yerin də piktoqrafıdır. Günəşi bildirəndə o-nun ortasına bir nöqtə qoyulur. Ulduz əlifbasında “O” Yer planetinin “ulduz işarəsi” kimi, yada salır ki, Yerin məhz “yumru planet” olması əski azərə – türkə 8-10 min il əvvəldən bəlli imiş. Amma burdan bura XVI əsrdə qoca Qalileyi ölümlə hədələmişlər ki, gərək deyəsən ki, “yox! Yer yumru deyil!”

   Ө göl işarəsidirvə ana dilimizin ən qocaman hərflərindən və səslərindəndir. Amma hörmətli alimlərimizdən biri inadla deyir ki, guya XIII əsrə qədər Azərbaycan dilində “ö” səsi olmayıbmış. İndi görün bu yolda başımız nələr çəkib!

   Gəmiqaya-Qobustanın M hərfi qrafik işarə kimi “göldən böyük suyu” – çox suyu: dənizi ünvanlayır. O, “göl” dəki kiçik “su dalğası”nın davamı kimi “uzun dalğa”dır. Dənizçi köynəyində də “uzun dalğalar” M ünsürüdür:

   M – “çox su” piktoqraflarından M hərfi belə yaranmışdır. Mərmər (Mərmərə dənizi), QəMər (ay), NəM (nəmişlik), More, yağ=Mur, Ur=Miya, Şi=Mal, Moloko, Mələk… sözlərindəki “M” səsləri də “çox su”, “böyük su” piktoqrafının qədim əlifbamızdakı törəmələridir.

   Mifologiyada Günəş – odu, Ay – suyu təmsil edir. Üç günlük Ay – C piktoqrafını və C hərfini yardır. Və elə sin (Ay) su, sən, suvar, sever (şimal) sözlərinin… C hərfi ilə başlaması da bu ardıcıllıqda qanunauyğundur.

   Gəmiqaya-Qobustan əlifbasında “C” hərfindən güzgü üsulu ilə S işarəsi də yaranmış olur. Göy qübbəsi – səma – C şəkli ilə, Su üzü yenə də Su (S,C) piktoqrafdır.

   S hərfi – işarə kimi “çox su” məchulluğu ilə seçilir.

   Gəmiqaya-Qobustanın N hərfinin sağır nun – – (nq), en – N və kiçik n işarələri eyni piktoqrafın törəmələridir.

   Gəmiqaya-Qobustan T hərfinin m törəməsi “Tarak” – daraq piktoqraf – damğan işarəsidir (27).

   Gəmiqaya-Qobustan əlifbasının daha bir neçə fonetik xüsusiyyətini müəyyən etmək mümkün olmuşdur. Məsələn, bu əlifba:

1.      Bir neçə hərf (A, O, Ө, Ф, Ҝ) əsasən bir formada yazılır:

2.      Bəzi hərflər 2 və daha artıq formada yazılır (Б, V, D, U, Y, T, N, S, P);

3.      Hərflərin bir qismi mətndə – sözdə yerinə görə güzgü üsulu ilə yazılır.

4.      Mətndə hərflər soldan sağa ardıcıl yazılır, birləşdirilmir. Bunu bir neçə sözün yazılışı ilə təyin etmək olur: ANA, SYPBAN, CEVIT, İŞTAR, GÜN, XAN, BAĞ, AY və sş

   Bununla yanaşı, hərflərdən qurulmuş piktoqrafların mətn daxilində də işlənib-işlənməməsi haqqında hələlik qəti fikir söyləmək çətindir.

   Qədim Azərbaycan əlifbası dünyanın vahid əlifba sisteminin əsasına dayanan əlifbalardan biridir.

   Gəmiqaya-Qobustan əlifbası Azərbaycan xalqının zəngin mədəni keçmişinin parlaq aynası, tarixi hünəri, onun ən qədim çağlardan öz doğma torpağında sakin olduğunu, əzəldən türksoylu xalq kimi heç vaxt heç bir assimiliyasiyadan törəmə olmadığını təsdiq və bu sahədə bütün şübhələri darmadağın edən danılmaz, dəqiq elmi sübutdur. Gəmiqaya-Qobustan əlifbası müstəqil Azərbaycanın beynəlxalq aləmdə şöhrət və nüfüzunun artmasına xidmət göstərir.

   Gəmiqaya və Qobustan abidələri Azərbaycan mifologiyasının, “Dədə Qorqud Kitabı”nın əsas ideyasını aşkar edən ən qədim və asas qaynaqdır. Bu qaynaq belə bir məsələyə də aydınlıq gətirir ki, “Dədə Qorqud Kitabı”, onun süjetləri-hekayələri-boyları Azərbaycana kənardan gətirilməyib. “Dədə Qorqud Kitabı” Azərbaycanda doğulub-yaranıb və öz möhtəşəmliyi ilə bütün türk dünyasına yayılıb. Bütün türk dünyası ona baş mənbə kimi “mənimdir” deməyə özünü haqlı sanıb.

   Gəmiqayada bir neçə hərfin 2-4 şəkli var ki, bunlar bir-birindən törəmişdir. A, b, V, Q, d, I, N, T, U, Ü, h, f, X. Ç hərflərində müşahidə edilən bu dinamik fərqlər cədvəldə əksini tapmışdır. Uzaq min illiklərdə bu şəkillərin hər birindən mətndə istifadə edilmişdir. Gələcəkdə mətnlər aşkar edilərsə bu əlaməti bir daha aydınlaşdırmaq mümkün olacaq.

   Atlay türklərinin “doğum,döl” rəsmində insan, başından ayağına qədər 32 sümük birləşməsindən ibarət təsvir edilmişdir. Ağızda 32 diş bəlkə bunun yığcam təkrarıdır? Qobustanda gəmi rəsmlərində (məsələn 29-cu daşda, həm də 23+9 hesabı ilə) 32 işarə yaradılış yaddaşının timsalıdır. Müqəddəs sayıldığına görə 32 rəqəmi həm də qəbilə, oba, kənd adına (imişli rayonunda 32-lər kəndi) çevrilmişdir. 32 rəqəmi yaradılışın 4 ünsürü ilə də səslənir: 32:4 =8; 8:2 = 4.

   Nəhayət, yaradılış əlifbasının – Gəmiqaya-Qobustanın məhz 32 hərfdən ibarət olması yəqin ki, təsadüf düyil. Bu sirrin də izi ilə çox uzağa getmək olar.

Əjdər Fərzəli (Əjdər Əliş oğlu Fərzəliyev)

Ə.Fərzəli “Gəmiqaya – Qobustan Əlifbası” kitabı səh. 4 – 12

.. AMEA-nın Naxçıvan bölməsinin rəhbəri akademik İsmayıl Hacıyevin fikrincə bu araşdırmalarda V.Əliyev, Ə.Hüseyni, Ə.Fərzəli, S.Babayev, N.Müseyibov, N.Babayev, F.Səfərli, S.Aşurov, V.Baxşəliyev, A.Qədim və başqalarının xidməti olmuşdur.  “Gəmiqaya təsvirlərinin öyrənilməsi-GƏMİQAYA AZƏRBAYCAN TARİXŞÜNASLIĞINDA”  İSMAYIL HACIYEV, AMEA Naxçıvan Bölməsi, AMEA Naxçıvan Bölməsinin «Xəbərlər»i, 2005, №1, səh. 55-62

** Belə bir abidənin mövcud olduğunun elmi ictimaiyyətə çatdırılmasında xidməti olan milli ruhlu aşağıdakı soydaşlarımızın da xidməti olmuşdur (01.06.2014-cü il tarixə bizə məlum olanlar bunlardır: eyni zamanda hörmətli oxucularımızı bu işdə bizə yardımçı olmağa dəvət edirik). Mərhumlar: İsrafil Əhmədov – Naxçıvan şəhərində bədən tərbiyəsi müəllimi, Burcu İbrahimov – Cəhri kəndindən, Tağı Qasımoğlu – AMEA-nın fizika inistitunun əməkdaşı, Gülağa Mirzəyev – Naxçıvan Duzdağ mədənində işləmişdir; Qəzənfər Qədimov – Araz Elm İstehsalat Birliyinin direktoru      f.r.e.n,    Qadir Əliyev – hazırda NDU- memarlıq kafedrasının müdiri, Etibar Əliyev – Ordubadın Tivi kəndindən, Oktay Daşoğlu – Naxçıvan şəhərindən fotoqraf, Arif Qədimov – teleoperator, yazıçı, Naxçıvan xalça müzeyinin sabiq direktoru, Famil Məmmədov – əslən Babək rayonunun Təzəkənd kəndindən.

AMEA – nın Naxçıvan bölməsinin əməkdaşı, əslən Ordubad rayonunun Tivi kəndindən olan tarix elmləri namizədi Toğrul Xəlilovun fikrincə həmin abidələrin tapılmasında aşağıdakıların da xidməti olmuşdur:

 Naxçıvan MR-nın Ordubad rayonunun Tivi kəndindən:
Həsənov Həsən,
Xəlilov Fərman,
Səfərova Xanım,
İsmayılova Gülçöhrə,
Zeynalabdinova Qəmər,
Əliyev Ramazan,
Hüseynova Sona,
Hüseynov Əli,
Quliyeva Zeynəb,
Naxçivan MR-nın Ordubad rayonunun Bist kəndindən:

Ağayarov Əvəz,
Fətullayeva Kübra,
Fətullayev Teymur,
 Şimiyeva Ruqiyə,
Nəsirova Gülzar,
Tağıyeva Bülbül,
Tahirov Mahmud,

Vəliyev Zöhrab

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.