Əjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” kitabının müzakirəsindən

Print Friendly, PDF & Email

 Kitab həqiqətən lazımlı kitabdır.

    Mənim orada bir balaca rəyim var yazmışam da, bu kitabın bu şəkildə müzakirə olunması üçün Sizə, burada iştirak edən şəxslərə və eyni zamanda bizə Naxçıvanda qulaq asanların hamısına böyük minnətdarlığımı, təşəkkürümü bildirirəm ki, Siz belə işlərin belə yüksək səviyyədə dünyaya çatdırılması üçün cəhd edirsiniz.       Bunların mən də tərəfdarıyam ki, kitabların müxtəlif sistemli dillərə tərcümə olunub yayılmasına çox böyük ehtiyac var.

    Ermənilərdən söhbət gedəndə rəhmətlik Əjdər müəllim deyirdi ki, bizim hərfləri ya üzüaşağı çevirirlər ya başından bir hissəsini qırırlar və ya böyründən, ayağından bir  munçuq qoyub özümünküləşdirirlər. Bunların əlifbasını qoyurdu tapdığının qabağına, baxırdım ki, bu həqiqətən də belədir. Belə hallar çox olub, göstərilib. Bu baxımdan da Əjdər müəllimin gördüyü işi mən o vaxt da çox yüksək qiymətləndirmişəm indi də çox dəyərli hesab edirəm və onun bu şəkildə müzakirə olunmasında Sizin zəhmətinizi qeyd edirəm və burada iştirakınıza görə minnətdarlığımı bildirirəm,  ailəsinə də can sağlığı arzu edirəm.

    Qara Məşədiyev, AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.