Əjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” kitabının müzakirəsindən

Print Friendly, PDF & Email

Mən hamınızı salamlayıram və minnətdarlığımı bildirirəm ki, belə kitabın təqdimatını biz bu gün burada keçiririk.Çünki biz bilirik ki, dilçilik elmləri də, mifologiya və folklor elmləri də belə bir kitabın nəşr olunmasını çox yüksək qiymətləndirir və bunu böyük uğurlardan biri hesab edirik. Mənim Əjdər müəllimlə çox görüşlərim olub.O bizim instituta tez-tez gəlirdi, öz fikirlərini çatdırırdı, bəzi alimlər onun fikirləri ilə razılaşırdılar, bəziləri razılaşmırdılar, amma mən onunla vaxtilə  Qobustanda da olmuşam, Allah ona qəni-qəni rəhmət eləsin. Biz bilirik ki:

     Onun 19-a yaxın monoqrafiyası, 300 –dən artıq elmi əsərləri var, o da bu gün üçün böyük göstəricidir. Bütün əsərlərində azərbaycançılıq və türkçülük ideologiyası öz əksini tapır və bu kitabda da azərbaycançılıq ideologiyası böyük yer tutur.

    Əjdər müəllim öz tədqiqatlarında bizim Qobustanda və Gəmiqayada apardığımız tədqiqatlara söykənərək bu kitabı ərsəyə gətirmişdir, çünki:

   o həmişə deyərdi ki, bütün orada olan təsvirlər bizim qədim əlifbamızdır və bu qədim əlifbanı bizim əjdadlarımız ulu babalarımız yaradıblar və üzə çıxarıblar.  Sonra mən bir də onu qeyd etmək istəyirəm ki, bu kitabda Gəmiqaya- Qobustan əlifbası ilə əlaqədər orada çox gözəl təhlillər verib, Nuh Peyğəmbər barədə, Nuh Peyğəmbərin Naxçıvanda qəbri barədə, Naxçıvan diyarı haqqında gözəl fikirlər verilib.

     Bunu da çox minnətdarlıqla bildiririk ki:

    Əjdər müəllimin çox böyük əsərləri var, mən xahiş edərdim ki, elə onun digər əsərlərinin  də araşdırılması üçün belə bir təqdimatlar keçirilsin və orada arxeoloqların, etnoqrafların, ədəbiyyatçıların, dilçilərin və ümumiyyətlə mifologiya ilə folklorla məşğul olan alimlərin iştirakı məqsədə uyğun olardı.Mən bax bunu təklif edərdim.

    Sonda bir də onu demək istəyərdim ki, bizim Qobustanda   aparılan tədqiqatçılarımız mezolit dövründən başlayaraq indiki dövrə qədər gedir, demək olar ki, elə Arxeologiya İnstitutunun əməkdaşlarının apardığı tədqiqatlar nəticəsində bu kitabın çox məsələləri ərsəyə gəlib. Diqqətinizə görə təşəkkürümü bildirirəm.

                                Maisə Rəhimova, AMEA-nın Arxeologiya və Etnoqrafiya

                                                    İnstitutunun direktoru, tarix elmləri doktoru 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.